13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Naci Görür Türkiyədə Baş Verən Zəlzələlərdən Sonra Xəbərdarlıq Edib

Balıkəsirin Sındırğı rayonunda ardıcıl zəlzələlərin baş verməsindən sonra tanınmış geoloq, professor Naci Görür sosial şəbəkə üzərindən sərt açıqlama ilə çıxış edib. O, bəzi mütəxəssislərin açıqlamalarını tənqid edərək, Türkiyədə hələ də zəlzələyə davamlı şəhərlərin qurulmamasını kəskin şəkildə qınayıb.

25 Avqust 2025 13:23
Naci Görür Türkiyədə Baş Verən Zəlzələlərdən Sonra Xəbərdarlıq Edib

BAKI, AzerVoice, Fərid Mikayılov

Balıkesirin Sındırğı rayonunda ardıcıl zəlzələlərin baş verməsindən sonra tanınmış geoloq, professor Naci Görür sosial şəbəkə üzərindən sərt açıqlama ilə çıxış edib.

AzerVoice xəbər verir ki, o, bəzi mütəxəssislərin açıqlamalarını tənqid edərək, Türkiyədə hələ də zəlzələyə davamlı şəhərlərin qurulmamasını kəskin şəkildə qınayıb.

Sındırğıda 4,8 bal gücündə əsas təkanın ardından 4,2 və 4,3 bal gücündə iki zəlzələ də qeydə alınıb. Zəlzələlər Bursa və ətraf bölgələrdə hiss edilsə də, ciddi dağıntı və ya itki qeydə alınmayıb.

Professor Okan Tüysüz açıqlamasında bu təkanların adi artçılardan çox “zəlzələ fırtınası”nı xatırlatdığını bildirib. Digər geoloq Şener Üşümezsoy isə Simav fay zonasının uzunmüddətli böyük zəlzələ potensialı daşıdığını qeyd edib.

Naci Görür bəzi mütəxəssislərin vəziyyəti “normal” kimi qiymətləndirməsini tənqid edib.

“Bir neçə gün öncə Kamçatkada 8,8 bal gücündə zəlzələ oldu, nə ölən oldu, nə də ev dağıldı. Bizdə olsaydı, on minlərlə insan həyatını itirərdi. Çünki hələ də zəlzələyə davamlı şəhərlər salınmayıb”- deyə o bildirib.

Geoloq vurğulayıb ki, Türkiyə təbii fəlakət risklərinə qarşı dərhal addımlar atmalı, zəlzələyə davamlı şəhərlərin qurulması milli təhlükəsizlik məsələsi kimi gündəmə gətirilməlidir.

Məqalədə: #Türkiyə #zəlzələ #Bursa #Balıkesir #Naci Görür #Zəlzələ Xəbərləri #Türkiyədə zəlzələ 2025 #geoloq #Türkiyədə təbii fəlakət #Zəlzələ Mütəxəssisləri

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.