12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

"Terrorsuz Türkiyə" dövründə qarşımızdakı fürsəti itirməməliyik - Bahçeli

“Terrorsuz Türkiyə” dövründə qarşımızdakı qızıl fürsət itirilməməli, qardaşlıq ruhu və milli birliyimiz zədələnməməlidir. Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib. Bahçeli çıxışında Türk millətinin tarix boyu mədəniyyətin daşıyıcısı olduğunu vurğulayıb və millətin birliyindən narahat olan dairələrin planlarına diqqət çəkib.

26 Avqust 2025 18:26
"Terrorsuz Türkiyə" dövründə qarşımızdakı fürsəti itirməməliyik - Bahçeli

BAKI, AzerVoice, Səməd Əyyubov

“Terrorsuz Türkiyə” dövründə qarşımızdakı qızıl fürsət itirilməməli, qardaşlıq ruhu və milli birliyimiz zədələnməməlidir.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

Bahçeli çıxışında Türk millətinin tarix boyu mədəniyyətin daşıyıcısı olduğunu vurğulayıb və millətin birliyindən narahat olan dairələrin planlarına diqqət çəkib.

“Nə qədər oyunlar qurulsa, tələlər hazırlansa da, Malazgirt zəfərinin mənəvi mirası sarsılmayıb” – deyə o bildirib.

MHP sədri, Türkiyənin terrordan azad gələcəyə doğru inamla irəlilədiyini xüsusi qeyd edib.

“Terrorsuz Türkiyə, fəthlər ənənəsinin, mübarizə ruhunun və Malazgirt zəfərinin gələcəyə yönəlmiş təmiz simasının vəhdətidir” – deyə Bahçeli vurğulayıb.

O, Türk millətinin tarixin hər dövründə mərhəmət, böyüklük və mədəniyyət daşıyıcısı kimi çıxış etdiyini də xatırladıb.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

Məqalədə: #Türkiyə #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #PKK terror təşkilatı #terror aktı #terrorçu #terror #terror üzvləri #terrorizm #Terrorla mübarizə #Terrorçuluğa qarşı mübarizə #Terror təşkilatı #Terror fəaliyyətləri #Türkiyə ərazilərində terror #terrorsuz Türkiyə

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
18:28
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.