9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasında Qəzzə və Suriya ilə bağlı çağırış edib

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu gün Azərbaycanın Qəbələ şəhərində ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsi ərəfəsində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib. Çıxışı zamanı nazir Fidan Qəzzadə baş verən soyqırımın bütün dünyanın vicdanını sarsıtdığını vurğulayıb. O, bölgədə daimi atəşkəsin təmin olunmasının, humanitar yardımların qarşısının alınmadan bölgəyə çatdırılmasının və iki dövlətli həll yolunun həyata keçirilməsinin zəruriliyini qeyd edib.

7 Oktyabr 2025 12:56
Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasında Qəzzə və Suriya ilə bağlı çağırış edib

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu gün Azərbaycanın Qəbələ şəhərində ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsi ərəfəsində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib.

AzerVoice xəbər verir ki, çıxışı zamanı nazir Fidan Qəzzadə baş verən soyqırımın bütün dünyanın vicdanını sarsıtdığını vurğulayıb. O, bölgədə daimi atəşkəsin təmin olunmasının, humanitar yardımların qarşısının alınmadan bölgəyə çatdırılmasının və iki dövlətli həll yolunun həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Suriyanın ərazi bütövlüyü və birliyinə verdikləri önəmi xüsusi olaraq qeyd edən Fidan, bu istiqamətdə yaranan tarixi fürsətin düzgün dəyərləndirilməsinin və Suriya xalqının iqtisadi inkişaf yolunda dəstəklənməsinin vacibliyini bildirib.

Nazir əlavə edib ki, Suriyanın parçalanmasına yönəlmiş cəhdlərin qarşısının alınması və əhatəli bir siyasi prosesin qurulması üçün Türkiyə səylərini davam etdirəcək.

Məqalədə: #Türkiyə #Qəzza #Qəzza zolağı #Hakan Fidan #Suriya #humanitar yardım #Qəzza hücumu #Suriya xəbərləri #Suriya münaqişəsi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzzada humanitar böhran

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.