6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Əsas məsələ Qəzzada atəşkəsin tətbiq edilməsidir - Devlet Bahçeli

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Misirdə keçirilən Qəzza sammitinə münasibət bildirərək, İsrailin törətdiyi soyqırım cəzasız qalmayacağını və Qəzzalı şəhidlərin qanının yerdə qalmayacağını vurğulayıb. Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli lideri Türkiyə Böyük Millət Məclisi iclasında çıxışında deyib.

14 Oktyabr 2025 13:08
Əsas məsələ Qəzzada atəşkəsin tətbiq edilməsidir - Devlet Bahçeli

BAKI, AzerVoice, Fərid Mikayılov

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Misirdə keçirilən Qəzza sammitinə münasibət bildirərək, İsrailin törətdiyi soyqırım cəzasız qalmayacağını və Qəzzalı şəhidlərin qanının yerdə qalmayacağını vurğulayıb.

AzerVoice xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli lideri Türkiyə Böyük Millət Məclisi iclasında çıxışında deyib.

“İsrail baş naziri və soyqırım törədən vandallar qlobal ədalət qarşısında cavab verməlidirlər. 7 oktyabr 2023-dən bu günə qədər tarixdə görünməmiş faciəvi və dəhşətli bir soyqırım İsrail tərəfindən həyata keçirilib”- deyə Bahçeli qeyd edib.

Bahçeli Qəzzada 9 oktyabr 2025-də baş verən hadisələrdən sonra tərəflər arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayaraq bildirib ki, 10 oktyabrdan etibarən atəşkəs rejimi rəsmi qüvvəyə minib.

Bu çərçivədə əsir mübadiləsi, humanitar yardımların bərpası və İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi istiqamətində müsbət irəliləyişlər əldə olunub.

Bahçeli İsrailin törətdiyi dağıntıların miqyasına toxunaraq bildirib ki, Qəzza 356 kvadratkilometrlik bir xarabalığa çevrilib, on minlərlə günahsız insan həyatını itirib.

“Bu qədər qan, göz yaşı və fəlakətdən sonra soyqırımda payı olanlar ədalət qarşısında cavab verməlidirlər. İsrail ordusunun geri çəkilməsi və atəşkəsin təmin olunması ilə minlərlə fələstinli ehtiyatla da olsa evlərinə qayıtmağa başlayıb”- deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, Türkiyə və bölgə ölkələrinin təşəbbüsü ilə beynəlxalq müşahidə və sabitlik qüvvəsi yaradılarsa, bu, regionda sabitliyə və humanitar təhlükəsizliyə ciddi töhfə verəcək.

MHP sədri çıxışının sonunda Türkiyənin bölgədə və beynəlxalq aləmdə ədalətli və ağıllı vasitəçi rolunu möhkəmləndirdiyini qeyd edib.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Benyamin Netanyahu #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #Misir #İsrail və Qəzza münaqişəsi #Türkiyə Qəzzaya yardım aksiyası #qəzza samiti

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.