5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu ölkədə dəmir yolu infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, dəmir yolları 2026-cı ilə qədər 14 min 437 kilometrə çatacaq və bu sahədə aparılan layihələr Türkiyəni Avrasiyanın logistik supergücünə çevirməyi hədəfləyir. Nazir bildirib ki, Cümhuriyyətin ilk illərində başlanan dəmir yolu inkişafına verilən fasilə artıq aradan qaldırılır.

21 Oktyabr 2025 20:00
Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu ölkədə dəmir yolu infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, dəmir yolları 2026-cı ilə qədər 14 min 437 kilometrə çatacaq və bu sahədə aparılan layihələr Türkiyəni Avrasiyanın logistik supergücünə çevirməyi hədəfləyir.

AzerVoice xəbər verir ki, nazir bildirib ki, Cümhuriyyətin ilk illərində başlanan dəmir yolu inkişafına verilən fasilə artıq aradan qaldırılır.

“Biz Türkiyəni yalnız regional deyil, qlobal logistik şəbəkənin mərkəzinə çevirmək istəyirik. Məqsədimiz ölkəmizi beynəlxalq ticarətin ürəyinə yerləşdirərək, regional liderlikdən qlobal ticarət qovşağına yüksəltməkdir.”-deyə o bildirib.

Uraloğlu əlavə edib ki, ağıllı nəqliyyat sistemləri və rəqəmsal transformasiya layihələri sayəsində dəmir yollarında təhlükəsizlik və səmərəlilik səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Nazirliyin məlumatına görə, 2026-cı ildə dəmir yolu uzunluğu 14 min 437 km, 2027-ci ildə 15 min 934 km, 2028-ci ildə isə 17 min 728 km olacaq və bu məqsədlə 2025-ci il üçün 377 milyard lirədən çox investisiya ayrılıb.

Eyni zamanda, sinyal sistemi ilə təchiz edilmiş xətlərin payı 2026-cı ildə 65 faiz, 2027-ci ildə 71 faiz, 2028-ci ildə isə 76 faizə çatdırılacaq.

Qeyd edək ki, hazırda Ankara–İzmir, Mersin–Gaziantep və İstanbul Hava Limanı–Halkalı yüksək standartlı dəmir yolu xətləri üzrə işlər davam edir. Nazir vurğulayıb ki, sənaye bölgələri, limanlar və logistika mərkəzləri bu yeni xətlərlə birləşdiriləcək.

Şəhərdaxili metro və relsli sistemlərin uzunluğu da artacaq. Mövcud 465,8 kilometrlik şəbəkənin uzunluğu gələn il 487,1 kilometrə, 2027-ci ildə isə 522,1 kilometrə çatdırılacaq.

Məqalədə: #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Türkiyə iqtisadiyyatı #Dəmir yolu infrastrukturu #Nəqliyyat və logistika #2026–2028 dəmir yolu layihələri #Dəmir yolu modernləşdirilməsi

Mövzu üzrə digər xəbərlər

İordaniyada daşınmaz əmlak qanununa dəyişiklik niyə mübahisə yaradıb?
İordaniya

İordaniyada daşınmaz əmlak qanununa dəyişiklik niyə mübahisə yaradıb?

18 Avqust 09:00
Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 16:00
Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 14:00
İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 12:00

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.