6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

PKK Türkiyədən çıxır

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin Türkiyə Böyük Millət Məclisində (TBMM) terror təşkilatı PKK və onun lideri Abdullah Öcalana ünvanladığı tarixi çağırışdan sonra prosesdə diqqətçəkən addımlar atılır.Bahçelinin çıxışının ardından terror təşkilatının başçısı Abdullah Öcalan da bəyanat yayaraq təşkilatın özünü buraxdığını və silahlı mübarizədən imtina etdiyini açıqlamışdı.

26 Oktyabr 2025 12:10
PKK Türkiyədən çıxır

BAKI,AzerVoice

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin Türkiyə Böyük Millət Məclisində (TBMM) terror təşkilatı PKK və onun lideri Abdullah Öcalana ünvanladığı tarixi çağırışdan sonra prosesdə diqqətçəkən addımlar atılır.Bahçelinin çıxışının ardından terror təşkilatının başçısı Abdullah Öcalan da bəyanat yayaraq təşkilatın özünü buraxdığını və silahlı mübarizədən imtina etdiyini açıqlamışdı.

Bu qərarın ardınca PKK-nın 12-ci konqresi keçirilib və təşkilat yeni strateji qərarlar qəbul edib.

Məlumata görə, 28 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğan, “Terrorçusuz Türkiyə” təşəbbüsü çərçivəsində İmralı adasında saxlanılan Abdullah Öcalanla təmasda olan DEM Partiyasının İmralı heyətini qəbul edəcək.

PKK isə konqresdən əvvəl “tarixi addım” atmağa hazırlaşdıqlarını elan etmişdi.

PKK Türkiyədən çəkildiyini bəyan etdi

Terror təşkilatına yaxın mənbələr bildiriblər ki, PKK-nın Türkiyədən çəkilmə qərarını təşkilatın rəhbərlərindən Sabri Ok elan edib.

Açıqlamada deyilir:

“Yaxın Şərqdə davam edən münaqişə və savaşlar həm Türkiyənin, həm də kürd xalqının gələcəyini ciddi şəkildə təhdid etməyə başlayıb. Bu səbəbdən, ötən il Prezident və MHP sədri Devlet Bahçelinin, eləcə də Öndər Abdullah Öcalanın açıqlamaları ilə başlanan və 27 fevral 2025-ci ildə Öcalanın ‘Sülh və Demokratik Cəmiyyət’ çağırışı ilə rəsmi xarakter alan proses, hazırda olduqca mühüm və kritik mərhələdədir.”

PKK açıqlamasında son səkkiz ayda atılan addımlardan da bəhs edib:
“Kürd tərəfi olaraq biz ‘Sülh və Demokratik Cəmiyyət Çağırışı’ əsasında tarixi əhəmiyyət daşıyan addımlar atdıq. Sakit və sağlam müzakirə mühiti yaratmaq məqsədilə 1 mart tarixində atəşkəs elan etdik.

Abdullah Öcalanın yönləndirməsi ilə 5-7 may tarixlərində keçirilən PKK-nın 12-ci Konqresində təşkilatın mövcud strukturunu və silahlı mübarizə strategiyasını bitirmək qərarına gəldik.

Həmçinin bu qərarların yalnız Abdullah Öcalanın birbaşa rəhbərliyi altında həyata keçirilə biləcəyini qeyd etdik.”

Məqalədə: #PKK #PKK terror təşkilatı #PKK/YPG #Abdullah Öcalan #PKK/YPG və Suriya #PKK terrorçuları #PKK və Türkiyə münaqişəsi #Abdullah Öcalan son açıqlaması #Abdullah Öcalanın çağırışı #terrorsuz Türkiyə

Mövzu üzrə digər xəbərlər

Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı
Suriya

Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı

21 Avqust 09:18
PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb
Türkiyə

PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb

20 Avqust 10:11
“Terrorsuz Türkiyə” prosesində yol xəritəsi müəyyənləşdi
Türkiyə

“Terrorsuz Türkiyə” prosesində yol xəritəsi müəyyənləşdi

12 Avqust 13:36
Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı 81 vilayətin valisi toplantıya çağırılıb
Türkiyə

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı 81 vilayətin valisi toplantıya çağırılıb

11 Avqust 15:30

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.