7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı 81 vilayətin valisi toplantıya çağırılıb

Türkiyədə “Terrorsuz Türkiyə” prosesinin yeni mərhələsi ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi məqsədilə ölkənin 81 vilayətinin valisi, polis rəisləri və jandarma komandanlarının iştirakı ilə koordinasiya toplantısı keçiriləcək. Toplantıya Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və daxili işlər naziri Mustafa Çiftçinin də qatılacağı bildirilib.

11 Avqust 2026 15:30
Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı 81 vilayətin valisi toplantıya çağırılıb

BAKI,VOA Orxan Qədirzadə

Türkiyədə “Terrorsuz Türkiyə” prosesinin yeni mərhələsi ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi məqsədilə ölkənin 81 vilayətinin valisi, polis rəisləri və jandarma komandanlarının iştirakı ilə koordinasiya toplantısı keçiriləcək.

Toplantıya Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və daxili işlər naziri Mustafa Çiftçinin də qatılacağı bildirilib.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, toplantı avqustun 12-də saat 15:00-da Daxili İşlər Nazirliyinin GAMER toplantı salonunda keçiriləcək.

Nazir Mustafa Çiftçi toplantıdan əvvəl verdiyi açıqlamada prosesin uğursuzluğa düçar olmaması üçün hər kəsin üzərinə düşən vəzifəni yerinə yetirəcəyini bildirib.

Qanuni çərçivədən sahə mərhələsinə keçid

Nazirliyin açıqlamasında bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən ortaya qoyulan siyasi xətt istiqamətində “Terrorsuz Türkiyə” prosesi qanuni çərçivəyə daxil edilib.

TBMM-də qəbul edilən və proseslə bağlı hüquqi addımları müəyyənləşdirən “Çərçivə Qanun”un ardınca əsas diqqət onun ölkə üzrə tətbiq mexanizmlərinin müəyyənləşdirilməsinə yönəldiləcək.

Bu məqsədlə 81 vilayətin valisi, polis və jandarma rəhbərlərinin iştirakı ilə genişmiqyaslı videokonfrans keçirilməsi planlaşdırılır.

Toplantının qanunverici hakimiyyəti təmsil edən TBMM ilə icra hakimiyyətinin yerli səviyyədəki nümayəndələrini vahid koordinasiya mexanizmində bir araya gətirməsi nəzərdə tutulur.

Vilayətlərdə yarana biləcək problemlər müzakirə olunacaq

Toplantıda prosesin bütün vilayətlərdə valilər tərəfindən operativ şəkildə izlənilməsi məsələsi müzakirə ediləcək.

Proses çərçivəsində sosial inteqrasiya, reabilitasiya və ictimai asayişin təmin olunması ilə bağlı atılacaq addımların koordinasiyası da gündəmdə olacaq.

Bundan başqa, valilər və hüquq-mühafizə orqanlarının prosesin icrası zamanı qarşılaşa biləcəyi mümkün problemlər müzakirə ediləcək.

Mümkün təxribatların, dezinformasiya kampaniyalarının və prosesi pozmağa çalışa biləcək qrupların fəaliyyətinin qarşısının alınması üçün yerli səviyyədə görüləcək tədbirlərin də nəzərdən keçiriləcəyi bildirilir.

Valilər əsas koordinasiya funksiyasını yerinə yetirəcək

Toplantıda 81 vilayətin yerli idarəetmə rəhbərlərinə və hüquq-mühafizə orqanlarına prosesin icrası ilə bağlı müvafiq göstərişlərin veriləcəyi gözlənilir.

Valilər öz vilayətlərində prosesin ən yüksək səviyyəli koordinatorları və mülki rəhbərləri kimi fəaliyyət göstərəcəklər. Onların dövlət qurumları arasında koordinasiyanın təmin edilməsinə və ictimaiyyətin proses barədə düzgün məlumatlandırılmasına nəzarət etməsi nəzərdə tutulur.

Şəhər mərkəzlərində polis, kənd və ucqar ərazilərdə isə jandarma qüvvələrinin ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh olacağı bildirilir.

Açıqlamada hüquq-mühafizə orqanlarının mümkün təxribatların qarşısının alınması ilə yanaşı, vətəndaşlarla etimad münasibətlərinin gücləndirilməsinə də diqqət yetirəcəyi vurğulanıb.

Nazirliyin məlumatına görə, keçiriləcək toplantı “Terrorsuz Türkiyə” prosesinin yeni mərhələsinin ölkə üzrə tətbiqinə dair əsas yol xəritəsini müəyyənləşdirəcək.

Məqalədə: #terrorsuz Türkiyə #Terrorsuz Türkiyə prosesi #Terrorsuz Türkiyə layihəsi #Terrorsuz Türkiyə yol xəritəsi #Terrorsuz Türkiyə toplantısı #Terrorsuz Türkiyə koordinasiya toplantısı #Terrorsuz Türkiyə yeni mərhələ #Terrorsuz Türkiyə qanunu

Mövzu üzrə digər xəbərlər

PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb
Türkiyə

PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb

20 Avqust 10:11
Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib
Türkiyə

Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

18 Avqust 09:27
“Terrorsuz Türkiyə” prosesində yol xəritəsi müəyyənləşdi
Türkiyə

“Terrorsuz Türkiyə” prosesində yol xəritəsi müəyyənləşdi

12 Avqust 13:36
Ərdoğanın prezidentliyində 12 il: Türkiyə siyasətində dəyişən mənzərə
Türkiyə

Ərdoğanın prezidentliyində 12 il: Türkiyə siyasətində dəyişən mənzərə

10 Avqust 15:23

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.