13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Cənubi Kipr Türkiyəyə əməkdaşlıq təklif edib

Cənubi Kipr prezidenti “Financial Times” qəzetinə verdiyi müsahibədə Ankara ilə əməkdaşlığa açıq olduqlarını bildirib. O, bölgədə sabitlik və dialoqun yalnız qarşılıqlı hörmət və Avropa İttifaqının hüquqi prinsipləri əsasında mümkün ola biləcəyini vurğulayıb. Prezident Xristodulidis Aİ–Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyini qeyd edib.

12 Noyabr 2025 19:09
Cənubi Kipr Türkiyəyə əməkdaşlıq təklif edib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Cənubi Kipr Rum İdarəsinin (GKRY) Prezidenti Nikos Xristodulidis Türkiyəyə əməkdaşlıq təklif edib.

AzerVoice xəbər verir ki, Cənubi Kipr prezidenti “Financial Times” qəzetinə verdiyi müsahibədə Ankara ilə əməkdaşlığa açıq olduqlarını bildirib. O, bölgədə sabitlik və dialoqun yalnız qarşılıqlı hörmət və Avropa İttifaqının hüquqi prinsipləri əsasında mümkün ola biləcəyini vurğulayıb.

Prezident Xristodulidis Aİ–Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyini qeyd edib.

“Coğrafiyanı dəyişmək mümkün deyil. Türkiyə həmişə Kiprin qonşusu olacaq. Biz Avropa İttifaqına yaxın bir qonşunu görmək istəyərik”, – deyə o bildirib.

O, GKRY-nin suverenliyinə və Avropa dəyərlərinə hörmət olunacağı təqdirdə iqtisadi əlaqələrin və təhlükəsizlik dialoqunun bərpa olunmasının mümkün olduğunu qeyd edib.

“İzolyasiya heç kimə fayda vermir. Daha yaxın tərəfdaşlığa doğru addım ata biləcəyimizə inanırıq. Qapıları bağlamırıq”, – GKRY lideri əlavə edib.

Məlumata görə, 2025-ci ilin yanvar ayında Avropa İttifaqının sədrlik missiyasını təhvil alacaq Cənubi Kipr, bu müddət ərzində Türkiyə Prezidentini və ya Xarici İşlər naziri səviyyəsində nümayəndələri qeyri-rəsmi Aİ toplantılarına dəvət etməyi planlaşdırır.

Türkiyə tərəfindən məsələyə müsbət reaksiya verilib. Ankara rəsmiləri Atina və Lefkoşadan gələn konstruktiv mesajları “məmnuniyyətlə qarşıladıqlarını” açıqlayıblar.

Xristodulidis həmçinin enerji sahəsində yeni regional əməkdaşlıq modellərinə işarə edib. O, İsrail və Yunanıstanın da iştirak edə biləcəyi üçtərəfli enerji formatının mümkün olduğunu, Cənubi Kiprin bu prosesdə fəal rol almaq niyyətində olduğunu deyib.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Yunanıstan #Şimali Kipr Türk Cümhuriyyəti #Cənubi Kipr Yunan Administrasiyası (GKRY) #Nikos Xristodulidis #Cənubi Kipr Türkiyə münasibətləri #Aİ–Türkiyə münasibətləri #İsrail Cənubi Kipr əlaqələri

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.