6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ayrı-seçkiliyi hədəf alan siyasətlərin qəbuledilməz olduğunu bəyan edərək, hökumətin daxili birlik, sosial ədalət və insan hüquqları prinsipindən geri çəkilməyəcəyini bildirib.

15 Dekabr 2025 22:06
Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ayrı-seçkiliyi hədəf alan siyasətlərin qəbuledilməz olduğunu bəyan edərək, hökumətin daxili birlik, sosial ədalət və insan hüquqları prinsipindən geri çəkilməyəcəyini bildirib.

AzerVoice xəbər verir ki, Prezident Ərdoğan bu fikirləri Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib. Onun sözlərinə görə, Türkiyə regionda və dünyada mürəkkəb geosiyasi proseslər fonunda müəyyən etdiyi strateji hədəflərə ardıcıl və qətiyyətlə doğru irəliləyir.

Ərdoğan vurğulayıb ki, ölkənin gücü etnik, dini və məzhəbi fərqlərdən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinin birliyindən qaynaqlanır. O bildirib ki, qadınlara, alevilərə, kürdlərə və digər sosial qruplara qarşı yönəlmiş təxribat xarakterli çağırışlara qarşı nifrət siyasətinə deyil, daha möhkəm həmrəyliyə üstünlük veriləcək.Prezident Ərdoğan Türkiyənin insan hüquqları və ədalət sahəsində əldə etdiyi nəticələrə də toxunub. Onun sözlərinə görə, son 23 ildə ölkədə məhkəmə infrastrukturu, hakim və prokurorların sayı əhəmiyyətli dərəcədə artırılıb, məhkəmə proseslərinin müddəti qısaldılıb.

Ərdoğan qeyd edib ki, Türkiyənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etmə göstəricisi 90 faizə çataraq bir çox Avropa ölkələrini geridə qoyub. O, bu sahədə Türkiyəyə qarşı selektiv və qeyri-obyektiv yanaşmaların mövcud olduğunu da bildirib.

Prezident çıxışında Qəzza, Suriya, Somali, Liviya və Yəməndə davam edən münaqişələrə toxunaraq, Türkiyənin bu bölgələrdə barış və ədalətə əsaslanan siyasət yürütməklə beynəlxalq ictimaiyyətə insan hüquqları baxımından nümunə göstərdiyini deyib.

Ərdoğan İsrailin Qəzzada apardığı hərbi əməliyyatları sərt tənqid edib, eyni zamanda Suriyada uzun illər davam edən insan hüquqları pozuntularının beynəlxalq mexanizmlər tərəfindən qarşısının alınmadığını vurğulayıb.

Prezident hökumətin nəqliyyat və logistika sahəsində genişmiqyaslı layihələri davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Türkiyənin dəniz ticarət donanması dünya üzrə ilk onluğa daxil olub, limanlarda yüklərin həcminin isə 2025-ci ildə 550 milyon tona çatması gözlənilir.

Ərdoğan paytaxt Ankara üçün strateji əhəmiyyət daşıyan Esenboğa Hava Limanı metro xəttinin tikintisinə 2026-cı ildə başlanmasının planlaşdırıldığını da açıqlayıb.Prezident Macarıstan, Türkmənistan və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirildiyini, ikitərəfli ticarət dövriyyəsinin artırılması üçün konkret hədəflər müəyyən edildiyini bildirib.

Sonda Ərdoğan vurğulayıb ki, hökumət fəaliyyəti boyunca ictimai etimadın qorunmasına xüsusi həssaslıqla yanaşılıb və bu yanaşma gələcəkdə də davam etdiriləcək.

Məqalədə: #Ərdoğan Qəzza açıqlaması #Prezident Ərdoğanın çıxışı #Türkiyədə nifrət siyasəti #Nazirlər Kabinetinin iclası #Türkiyənin insan hüquqları mövqeyi #Türkiyənin regional siyasəti #hüquqi islahatlar Türkiyə #nəqliyyat və infrastruktur layihələri #Erdogan cabinet meeting speech #Turkey rejects hate politics #human rights reforms in Turkey #Erdogan on Gaza and Syria #Turkey regional diplomacy #judicial reform Turkey #infrastructure investments Turkey #Ankara foreign policy stance #заявление президента Эрдогана #политика ненависти в Турции #права человека в Турции #позиция Анкары по Газе #региональная политика Турции #судебные реформы #инфраструктурные проекты Турции

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.