12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı polisə atəş açaraq üç polis əməkdaşının şəhid olmasına səbəb olan və zərərsizləşdirilən terrorçu Zafer Umutlunun cənazəsi ailəsi tərəfindən qəbul edilməyib. Məlumata görə, Yalovada təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Qarşıdurma nəticəsində üç polis əməkdaşı şəhid olub, terrorçu Zafer Umutlu isə öldürülüb. Hadisədən sonra Umutlunun cənazəsinin ailə üzvləri tərəfindən götürülmədiyi bildirilib.

2 Yanvar 2026 19:09
Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

BAKI, AzerVocie, Orxan Qədirzadə

Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı polisə atəş açaraq üç polis əməkdaşının şəhid olmasına səbəb olan və zərərsizləşdirilən terrorçu Zafer Umutlunun cənazəsi ailəsi tərəfindən qəbul edilməyib.

AzerVocie-un məlumatına görə, Yalovada təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Qarşıdurma nəticəsində üç polis əməkdaşı şəhid olub, terrorçu Zafer Umutlu isə öldürülüb. Hadisədən sonra Umutlunun cənazəsinin ailə üzvləri tərəfindən götürülmədiyi bildirilib.

Terrorçunun əmisi Metin Umutlu yerli mediaya açıqlamasında ailənin cənazəyə sahib çıxmaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, ailə üzvləri Zafer Umutlunun radikallaşması ilə bağlı əvvəllər də narahatlıq keçirib və mümkün təhlükə səbəbilə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

“Biz bu cənazəyə sahib çıxmırıq və çıxmayacağıq. Dövlətimə, polisimizə silah qaldıran bir insanın cənazəsini almaq fikrində deyilik,” – deyə Metin Umutlu qeyd edib.

Ailə üzvlərinin bildirdiyinə görə, Zafer Umutlu təxminən altı il əvvəl Yalovaya köçüb və sonrakı dövrdə radikal baxışlar sərgiləməyə başlayıb. Onun dini məsələlərlə bağlı aqressiv və ekstremist mövqelər ifadə etdiyi, ailə üzvlərini və yaxınlarını hədələdiyi də iddia olunur.

Məlumatda qeyd edilir ki, Umutlu ailə üzvlərini və yaxın ətrafını “kafir” adlandıraraq, mümkün “cihad əmri” halında ilk olaraq onları hədəf alacağını deyib.

Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir. Terror əməliyyatı və baş verən qarşıdurma ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə: #v #Yalovada DEAŞ əməliyyatı #Yalova terror hücumu #DEAŞ terrorçusu zərərsizləşdirildi #Türkiyədə polisə silahlı hücum #Yalovada 3 polis şəhid oldu #DEAŞ-a qarşı təhlükəsizlik əməliyyatı #Terrorçunun cənazəsi ailə tərəfindən qəbul edilmədi #Radikal terror qrupları Türkiyədə #Daxili təhlükəsizlik və terrorla mübarizə #Yalova DEAŞ operasyonu #DEAŞ’lı terörist öldürüldü #Türkiye’de DEAŞ ile mücadele #Terör operasyonunda çatışma

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.