7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ASELSAN ÇELİKKUBBE hava hücumundan müdafiə sisteminin tədarükünü artırır, EJDERHA istifadəyə verilir

ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək. ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.

9 Yanvar 2026 14:42
ASELSAN ÇELİKKUBBE hava hücumundan müdafiə sisteminin tədarükünü artırır, EJDERHA istifadəyə verilir

BAKI, AzerVoice, Nailə Babazadə

ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək.

AzerVoice xəbər verir ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.

Akyol Ankarada yerləşən obyektin Avropanın ən böyük inteqrasiya olunmuş hava hücumundan müdafiə kompleksi olduğunu vurğulayıb. O bildirib ki, müxtəlif tezliklərdə çalışan radarlar, IRST sensorları və elektron müharibə sistemləri eyni struktura inteqrasiya edilib.

Prezident Recep Tayyip Erdoğan-ın iştirakı ilə keçirilən mərasimdə 47 ədəd ÇELİKKUBBE sisteminin təhvil verildiyini bildirən Akyol, 2026-cı ildə bu sayın iki dəfədən çox artırılacağını açıqlayıb.

ÇELİKKUBBE-nin əsas elementlərindən biri olan EJDERHA sisteminin sürü hücumlarına və FPV dronlara qarşı yüksək effektivlik göstərdiyini deyən Akyol, sistemin azsaylı seriya istehsalı mərhələsinə çatdığını və bu il istifadəyə veriləcəyini bildirib.

Məqalədə: #ASELSAN #ASELSAN ÇELİKKUBBE hava hücumundan müdafiə sistemi #ASELSAN EJDERHA elektromaqnit qarşı tədbir sistemi #Türkiyənin inteqrasiya olunmuş hava müdafiə texnologiyaları #ÇELİKKUBBE çoxqatlı hava hücumundan müdafiə sistemi #ASELSAN yeni nəsil dronlara qarşı müdafiə sistemi #Türkiyə hava hücumundan müdafiə sistemi 2026

Mövzu üzrə digər xəbərlər

NATO-da tarixi razılaşmalar imzalandı - Türkiyə şirkətləri alyansın əsas müdafiə layihələrində yer alacaq
Türkiyə

NATO-da tarixi razılaşmalar imzalandı - Türkiyə şirkətləri alyansın əsas müdafiə layihələrində yer alacaq

7 İyul 15:59
Türkiyənin hərbi dənizçilikdə sistematik transformasiyası: MİLGEM proqramı
Hərbi innovasiyalar

Türkiyənin hərbi dənizçilikdə sistematik transformasiyası: MİLGEM proqramı

28 İyun 14:00
ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı
Türkiyə

ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

1 İyun 11:07
ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı
Türkiyə

ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı

4 May 10:52

Son Xəbərlər

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.