10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı

Şirkətin 2025-ci il üzrə fəaliyyət hesabatında KORKUT hava müdafiə sisteminin əldə etdiyi texnoloji irəliləyişlər və həyata keçirilən layihələr geniş şəkildə təqdim olunub. Hesabatda sistemin həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra ilk nailiyyətlərə imza atdığı vurğulanıb.

4 May 2026 10:52
ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı

BAKI,VOA, Fərid Mikayılov

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN KORKUT sistemi üzrə yeni texnoloji və istehsal nailiyyətlərini açıqlayıb.

VOA xəbər verir ki, şirkətin 2025-ci il üzrə fəaliyyət hesabatında KORKUT hava müdafiə sisteminin əldə etdiyi texnoloji irəliləyişlər və həyata keçirilən layihələr geniş şəkildə təqdim olunub. Hesabatda sistemin həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra ilk nailiyyətlərə imza atdığı vurğulanıb.

Bildirilib ki, KORKUT 240/35 və KORKUT 250/35 modelləri üzrə yerli ehtiyacların qarşılanması məqsədilə yeni hava müdafiə müqaviləsi imzalanıb və bununla da sistemin kütləvi istehsal mərhələsində mühüm mərhələyə keçilib.

Eyni zamanda, sistemin mobilliyini artırmaq üçün hazırlanmış KORKUT 140/35 modelinin 8×8 təkərli taktiki platforma üzərində ilk atış sınaqları uğurla başa çatdırılıb. Testlər zamanı yüksək dəqiqlik nümayiş etdirən sistemin əməliyyat imkanlarını təsdiqlədiyi qeyd olunub.

Şirkət həmçinin bildirib ki, KORKUT 141/35 sisteminin Yaxın Şərqdə fəaliyyət göstərən bir şirkətin platformasına inteqrasiyası uğurla tamamlanıb və son istifadəçilər üçün yerində geniş sınaq təqdimatları keçirilib.

Yerli tədarük istiqamətində isə KORKUT 130/FCS və KORKUT 130/35 konfiqurasiyalarının hərbi birliklərə çatdırılması plan üzrə davam edir. Qeyd olunub ki, sistemə beynəlxalq maraq artmaqda davam edir və müxtəlif ölkələrdən gələn hərbi nümayəndə heyətləri üçün təqdimat və sınaq tədbirləri təşkil olunur.

Məqalədə: #Türkiyə #ASELSAN #KORKUT #ASELSAN KORKUT #KORKUT 240/35 #KORKUT 250/35 #Türkiyənin müdafiə sənayesi

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.