Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu
Global Firepower-ın 2026-cı il üzrə dünyanın ən güclü hava qüvvələri reytinqi açıqlanıb. Türkiyə 1 101 aktiv hava vasitəsi ilə siyahıda 8-ci yeri tutub. Reytinqdə ABŞ 1-ci, Rusiya 2-ci, Çin isə 3-cü sırada qərarlaşıb. İlk beşliyə həmçinin Hindistan və Cənubi Koreya daxil olub. Türkiyə reytinqdə Pakistan, Yaponiya, Fransa və Böyük Britaniya kimi ölkələri geridə qoyub. Siyahıda Yaxın Şərqdən Səudiyyə Ərəbistanı 11-ci, İsrail 17-ci, Birləşmiş Ərəb Əmirlikləri 18-ci, İran isə 21-ci yerdə qərarlaşıb.
“PAMİR 4x4”ü ilk dəfə SAHA 2026-da təqdim edildi
Türkiyənin müdafiə sənayesi şirkəti BMC təhlükəsizlik qüvvələri üçün hazırladığı zirehsiz “PAMİR 4x4” yük və şəxsi heyət daşıma vasitəsini ilk dəfə SAHA 2026 sərgisində təqdim edib. Şirkətin İdarə Heyətinin sədri Fuat Tosyalı bildirib ki, yeni nəqliyyat vasitəsi sahədə yaranan operativ ehtiyaclara cavab vermək üçün hazırlanıb və bütün sınaqları tamamlayaraq təhvilə hazır vəziyyətə gətirilib.
Baykar SAHA EXPO 2026-da yeni nəsil pilotsuz sistemlərini təqdim edəcək
Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkəti yeni texnologiyalarını beynəlxalq platformada nümayiş etdirəcək. Məlumata görə, şirkət sərgi çərçivəsində ilk dəfə olaraq K2 kamikadze pilotsuz uçuş aparatı, həmçinin “Mızrak” və “Sivrisinek” adlı ağıllı dolaşan döyüş sursatlarını təqdim edəcək.
ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı
Şirkətin 2025-ci il üzrə fəaliyyət hesabatında KORKUT hava müdafiə sisteminin əldə etdiyi texnoloji irəliləyişlər və həyata keçirilən layihələr geniş şəkildə təqdim olunub. Hesabatda sistemin həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra ilk nailiyyətlərə imza atdığı vurğulanıb.