15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə 16 ölkəyə yeni səfir təyin edib

Türkiyənin xarici siyasət aparatında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bir sıra səfirliklər və daimi nümayəndəliklər üzrə yeni təyinatları təsdiqləyib. Qərara əsasən, Türkiyənin 16 ölkədəki səfiri dəyişdirilib və diplomatik nümayəndəliklərdə yeni vəzifə bölgüsü aparılıb. Yeni təyinatlara əsasən, Konsulluq Baş direktoru səfir Gülsün Erkul Budapeştə səfiri, İkitərəfli Münasibətlər (Suriya) üzrə Baş direktor səfir İhsan Mustafa Yurdakul UNESCO yanında Türkiyənin daimi nümayəndəsi, San-Paulu baş konsulu Özgür Uludüz Luanda səfiri təyin olunub.

20 Yanvar 2026 02:00
Türkiyə 16 ölkəyə yeni səfir təyin edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyənin xarici siyasət aparatında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib.

AzerVoice xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bir sıra səfirliklər və daimi nümayəndəliklər üzrə yeni təyinatları təsdiqləyib. Qərara əsasən, Türkiyənin 16 ölkədəki səfiri dəyişdirilib və diplomatik nümayəndəliklərdə yeni vəzifə bölgüsü aparılıb.

Yeni təyinatlara əsasən, Konsulluq Baş direktoru səfir Gülsün Erkul Budapeştə səfiri, İkitərəfli Münasibətlər (Suriya) üzrə Baş direktor səfir İhsan Mustafa Yurdakul UNESCO yanında Türkiyənin daimi nümayəndəsi, San-Paulu baş konsulu Özgür Uludüz Luanda səfiri təyin olunub.

Kütləvi diplomatiya və Strateji Kommunikasiya üzrə Baş direktor səfir Nevzat Uyanık Kuala-Lumpur səfiri, Protokol üzrə Baş direktor səfir Ahmed Cemil Miroğlu Riqa səfiri, Balkanlar üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Barış Ceyhun Erciyes Tiran səfiri vəzifəsinə gətirilib.

Humanitar və Texniki Yardımlar üzrə Baş direktor səfir Korhan Karakoç Stokholm səfiri, səfir Mustafa Türker Arı Tiflis səfiri, Mustafa Kibaroğlu isə BMT-nin Vyana Ofisi yanında Türkiyənin daimi nümayəndəsi təyin edilib.

Şimal-Şərqi Aralıq dənizi üzrə İkitərəfli Münasibətlər Baş direktoru səfir Burak Özügergin Kopenhagen səfiri, Diplomatiya Akademiyasının sədr müavini Mesud Özcan Punom Pen səfiri, səfir Mehmet Cem Kahyaoğlu isə Bissau səfiri olub.

İƏT və D-8 üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Özgür Arslan Niamey səfiri, Cənub və Qərbi Avropa üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Dilşad Kırbaşlı Karaoğlu Dakar səfiri vəzifəsinə təyin edilib.

Kuala-Lumpur səfiri Emir Salim Yüksel Boqota səfiri, Lissabon səfirliyinin birinci katibi Zeyneb Kalali Kito səfiri, Riqa səfiri Şule Öztunç San-Salvador səfiri, Meltem Güney La-Pas səfiri, Avropa Şurası üzrə Çoxtərəfli Münasibətlər Baş direktorunun müavini Halime Ebru Demircan isə Antananarivo səfiri kimi fəaliyyət göstərəcək.

Məqalədə: #Türkiyədə 16 ölkə üzrə səfir dəyişiklikləri aparıldı #Hakan Fidan yeni səfir təyinatlarını təsdiqlədi #Türkiyənin diplomatik nümayəndəliklərində kadr islahatı #Xarici işlər nazirliyində genişmiqyaslı səfir dəyişiklikləri #Ankara 16 ölkədə diplomatik heyəti yenilədi #Türkiyənin yeni səfirləri bəlli oldu #Hakan Fidan 16 ülkenin büyükelçisini değiştirdi #Türkiye’de kapsamlı büyükelçi atamaları #Dışişleri’nde kritik diplomatik görev değişiklikleri #Yeni büyükelçiler belli oldu #Ankara’dan 16 ülkeye yeni büyükelçi #Türk diplomasisinde geniş kadro revizyonu

Mövzu üzrə digər xəbərlər

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59

Son Xəbərlər

İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.