10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə bayrağa qarşı hücumla bağlı 14 nəfər saxlanılıb

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dövlət bayrağına qarşı törədilən hücumla bağlı aparılan istintaqın davam etdiyini və indiyədək 14 nəfərin saxlanıldığını açıqlayıb. AK Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında iştirak edən nazir Tunç toplantıdan öncə jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda 105 nəfər barəsində saxlanılma qərarı, 50 nəfər barəsində isə axtarış (tutma) qərarı mövcuddur.

21 Yanvar 2026 14:15
Türkiyədə bayrağa qarşı hücumla bağlı 14 nəfər saxlanılıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dövlət bayrağına qarşı törədilən hücumla bağlı aparılan istintaqın davam etdiyini və indiyədək 14 nəfərin saxlanıldığını açıqlayıb.

AzerVoicexəbər verir ki, Ədalət və İnkişaf (AK) Partiyasının Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında iştirak edən nazir Tunç toplantıdan öncə jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda 105 nəfər barəsində saxlanılma qərarı, 50 nəfər barəsində isə axtarış (tutma) qərarı mövcuddur.

Nazirin sözlərinə görə, baş verən hadisələrlə bağlı Mardin və Nusaybin başda olmaqla müvafiq Cumhuriyyət Baş Prokurorluqları tərəfindən zəruri hüquqi araşdırmalar başlanılıb. “Dünənki hadisələrlə əlaqədar ümumilikdə 393 nəfər barəsində hüquqi tədbir görülüb, onlardan 35-i barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə Yılmaz Tunç qeyd edib.

Ədliyyə naziri əlavə edib ki, Suriya hökumət qüvvələri ilə SDQ/YPG terror təşkilatı üzvləri arasında baş verən toqquşmaları bəhanə edən qruplar tərəfindən Türkiyənin müxtəlif bölgələrində keçirilən aksiyalarla bağlı provokativ halların araşdırılması davam edir.

Tunç xüsusilə bayrağın endirilməsi hadisəsinə toxunaraq bildirib ki, bu faktla bağlı 14 nəfər saxlanılıb və həm saxlanılan şəxslərlə bağlı prosedurlar, həm də bayrağı endirən şəxsin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Məqalədə: #Türkiyə Ədliyyə Nazirliyi #Türkiyə Böyük Millət Məclisi (TBMM) #SDQ və Suriya ordusunun birləşməsi #Ədalət və İnkişaf Partiyası (AKP) #SDQ (Suriya Demokratik Qüvvələri) #SDQ inteqrasiyası #Türkiyə: SDQ razılaşmaları gecikdirir

Mövzu üzrə digər xəbərlər

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.