6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Rusiya İstanbulda dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib

Rusiya Ukrayna ilə danışıqların İstanbul platformasında bərpasına açıq olduğunu və Türkiyənin bu prosesdəki rolunu yüksək qiymətləndirdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk Moskvada verdiyi açıqlamada Rusiyanın Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyənin göstərdiyi qonaqpərvərliyi xüsusi dəyərləndirir və İstanbulun danışıqlar üçün uyğun platforma olduğunu hesab edir.

24 Yanvar 2026 21:34
Rusiya İstanbulda dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Rusiya Ukrayna ilə danışıqların İstanbul platformasında bərpasına açıq olduğunu və Türkiyənin bu prosesdəki rolunu yüksək qiymətləndirdiyini bildirib.

AzerVoice xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk Moskvada verdiyi açıqlamada Rusiyanın Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyənin göstərdiyi qonaqpərvərliyi xüsusi dəyərləndirir və İstanbulun danışıqlar üçün uyğun platforma olduğunu hesab edir.

Polişuk xatırladıb ki, 2025-ci ildə Ukrayna Xarici İşlər Nazirliyi İstanbulda aparılan danışıqların dayandırıldığını elan edib və bunu “real irəliləyişin olmaması” ilə əsaslandırıb. Rusiyalı diplomat bu mövqeni əsassız adlandıraraq bildirib ki, məhz Kiyev 2025-ci ilin iyul ayından etibarən Moskvanın irəli sürdüyü təkliflərə cavab verməyib.

Onun sözlərinə görə, Rusiya tərəfi ikitərəfli atəşkəsə nəzarət və monitorinq mərkəzinin yaradılması, üç işçi qrupunun formalaşdırılması və nümayəndə heyətlərinin səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürsə də, Ukrayna bunlara reaksiya göstərməyib. Polişuk danışıqlardakı fasiləyə görə məsuliyyətin Ukrayna tərəfinin üzərində olduğunu vurğulayıb və “top artıq Ukraynanın tərəfindədir” deyə qeyd edib.

Xatırladaq ki, Rusiya və Ukrayna əvvəllər dəfələrlə İstanbulda danışıqlar aparıblar və bu formatda son görüş 2025-ci ilin iyul ayında keçirilib. 2025-ci ilin noyabr ayının sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva ilə Kiyev arasında birbaşa danışıqların təşkili üçün vasitəçi olmağa hazır olduğunu, mümkün platforma kimi isə İstanbulun nəzərdən keçirildiyini bəyan etmişdi.

Bununla yanaşı, 23–24 yanvar tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar baş tutub. Görüşlərdə ən mürəkkəb məsələ kimi ərazi mövzusu ön planda olub. Danışıqlardan sonra yeni raundun hazırlanması ilə bağlı məlumatlar yayılıb.

Məqalədə: #Rusiya Ukrayna ilə İstanbulda dialoqu davam etdirməyə hazırdır #Moskva danışıqlar üçün yenidən İstanbul platformasını təklif edir #Rusiya XİN: Top Ukraynanın tərəfindədir #Polişuk: Rusiya Türkiyənin vasitəçiliyini yüksək qiymətləndirir #Moskva İstanbul danışıqlarına açıq qaldığını açıqladı #Rusiya-Ukrayna dialoqu üçün İstanbul yenidən gündəmdə #Rusya İstanbul’da diyaloğa hazır olduğunu açıkladı #Moskova Ukrayna ile müzakereler için İstanbul’u işaret etti #Rusya’dan Ukrayna’ya çağrı: Top Kiev’de #Polişuk: Türkiye’nin ev sahipliğini takdir ediyoruz #Rusya İstanbul görüşmelerine açık #Moskova’dan yeni İstanbul mesajı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.