15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin gücünü dünyaya bir daha nümayiş etdirdik, 455 min yeni mənzil istifadəyə verildi - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin miqyasını rəqəmlərlə ifadə edərək bildirib ki, fəlakət 11 əyalətdə 14 milyon insana birbaşa təsir edib. 53 min 697 vətəndaşın həyatını itirdiyi bu fəlakətin Türkiyə iqtisadiyyatına birbaşa və dolayısı ilə ümumi maliyyə yükü 254 milyard dolları tapıb. Bu məbləğ ölkənin 2023-cü il üzrə milli gəlirinin təxminən 9 faizinə bərabərdir.

6 Fevral 2026 17:36
Türkiyənin gücünü dünyaya bir daha nümayiş etdirdik, 455 min yeni mənzil istifadəyə verildi - Ərdoğan
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin miqyasını rəqəmlərlə ifadə edərək bildirib ki, fəlakət 11 əyalətdə 14 milyon insana birbaşa təsir edib.

AzerVoice xəbər verir ki, 53 min 697 vətəndaşın həyatını itirdiyi bu fəlakətin Türkiyə iqtisadiyyatına birbaşa və dolayısı ilə ümumi maliyyə yükü 254 milyard dolları tapıb. Bu məbləğ ölkənin 2023-cü il üzrə milli gəlirinin təxminən 9 faizinə bərabərdir.

"Türkiyənin gücünü dünyaya göstərdik" deyən dövlət başçısı ilk dəqiqələrdən etibarən hərəkətə keçildiyini və 650 min personelin sahəyə cəlb edildiyini vurğulayıb. Ərdoğan qeyd edib ki, dövlət-millət həmrəyliyinin ən gözəl nümunəsini nümayiş etdirərək zəlzələnin açdığı yaraları birlikdə sarıblar. Onun sözlərinə görə, Türkiyə 86 milyon olaraq küllərindən yenidən doğulub və öz gücünü bütün dünyaya bir daha göstərib.

Zəlzələ bölgəsində 455 min müstəqil bölmənin tamamlandığını bildirən Prezident müxalifətin "bu evləri bitirə bilməzlər" iddialarına da cavab verib. O, görülən işlərin statistikasını paylaşaraq qeyd edib ki, 433 min 667-si mənzil, 21 min 690-ı iş yeri olmaqla cəmi 455 min 357 müstəqil bölmə artıq tamamlanıb. Təhvil prosesi çərçivəsində dekabrın 27-də Hatayda 455 mininci fəlakət mənzilinin açarları sahiblərinə təslim edilib.

Ərdoğan çıxışının sonunda xüsusi olaraq vurğulayıb ki, bəzi dairələrin siyasi maraq güdməsinə və dezinformasiya yaymasına baxmayaraq, Türkiyə öz iradəsini ortaya qoyaraq 3 il kimi qısa müddətdə şəhərləri yenidən ayağa qaldırmağa nail olub.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #zəlzələ #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Bam zəlzələsi 2003 #Zəlzələlərin siyasi təsiri #zəlzələ fay xətti #Türkiyədə zəlzələ 2025 #Türkiyənin aktiv zəlzələ zonaları #2023 Kahramanmaraş zəlzələsi #Zəlzələnin təsiri və nəticələri #zəlzələ qorxusu #zəlzələ sonrası layihələr #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ

Mövzu üzrə digər xəbərlər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib

16:53
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00

Son Xəbərlər

Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
19:15
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
19:08
Məhəmməd bin Salman Qahirəyə səfər edib
Məhəmməd bin Salman Qahirəyə səfər edib
18:02
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.