15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İrandan atılan ballistik raket Türkiyə hava məkanına daxil olmadan məhv edildi

BAKI,VOA NATO müdafiə qüvvələri İrandan atılan ballistik raketin Türkiyə hava məkanına girməzdən əvvəl zərərsizləşdirib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

4 Mart 2026 15:52
İrandan atılan ballistik raket Türkiyə hava məkanına daxil olmadan məhv edildi

BAKI,VOA

İrandan atılan və Türkiyənin hava məkanına yönələn ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

VOA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Nazirliyin açıqlamasına görə, təhlükə havada zərərsizləşdirildikdən sonra raketdən müdafiə sisteminə aid qalıqlar Hatay vilayətinin Dörtyol rayonunda açıq əraziyə düşüb. Hadisə nəticəsində insan tələfatı və yaralanma qeydə alınmayıb.

Bildirilib ki, Türkiyə regional sabitliyin qorunmasının tərəfdarıdır və ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər qətiyyətlə həyata keçiriləcək.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, dövlət qurumları hadisəni operativ şəkildə koordinasiya edib və ölkənin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

O vurğulayıb ki, Türkiyə öz ərazisi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün addımları atmaq gücündədir və hər hansı düşmən mövqeyinə beynəlxalq hüquq çərçivəsində cavab vermək hüququnu özündə saxlayır.

Açıqlamada tərəflərə regional gərginliyin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmək çağırışı edilib və qeyd olunub ki, Türkiyə bu prosesdə NATO və müttəfiqlərlə məsləhətləşmələri davam etdirəcək.

Eyni zamanda media və sosial şəbəkə istifadəçilərinə rəsmi mənbələrə istinad etmələri, təsdiqlənməmiş məlumatların yayılmamasına diqqət yetirmələri tövsiyə olunub.

Məqalədə: #Türkiyə #İran #NATO #Hatay #İsrail və İran gərginliyi #İran–ABŞ danışıqları #Burhanəddin Duran

Mövzu üzrə digər xəbərlər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib

16:53
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00

Son Xəbərlər

İsrail HƏMAS-ın Cəbaliya batalyonunun komandirini öldürdüyünü bildirib
İsrail HƏMAS-ın Cəbaliya batalyonunun komandirini öldürdüyünü bildirib
20:02
İran və Livan regional vəziyyəti müzakirə edib
İran və Livan regional vəziyyəti müzakirə edib
19:59
İran Hörmüz boğazı üzərində daha bir MQ-1 pilotsuz uçuş aparatını vurduğunu bildirib
İran Hörmüz boğazı üzərində daha bir MQ-1 pilotsuz uçuş aparatını vurduğunu bildirib
19:55
Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
19:15
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
19:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.