7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İlber Ortaylı dünyasını dəyişib

Tarixçi və yazıçı Prof. Dr. İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib.VOA xəbər verir ki, nazir Memişoğlu sosial media hesabında paylaşım edərək Türkiyənin əhəmiyyətli bir şəxsiyyət itirdiyini bildirib.

13 Mart 2026 16:54
İlber Ortaylı dünyasını dəyişib

BAKI, VOA, Nailə Babazadə

Tarixçi və yazıçı Prof. Dr. İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib.

VOA xəbər verir ki, Türkiyənin Səhiyyə nazir Memişoğlu sosial media hesabında paylaşım edərək Türkiyənin əhəmiyyətli bir şəxsiyyət itirdiyini bildirib.

Professor Dr. İlber Ortaylının vəfatından dərin kədərini ifadə edən Memişoğlunun mesajında ​​aşağıdakılar yer alıb:

"Ölkəmizin yetişdirdiyi ən müstəsna şəxsiyyətlərdən biri olan hörmətli professorumuz, professor Dr. İlber Ortaylının vəfatını böyük kədərlə öyrəndim. Allah ona rəhmət eləsin; ailəsinə, tələbələrinə və sevimli millətimizə başsağlığı verirəm. Məkanı cənnətdə, rütbəsi uca olsun. Ən dərin hüznlə başsağlığı veririk."

Qeyd edək ki, Prof. Dr. İlber Ortaylı 21 may 1947-ci ildə Avstriyanın Bregenz şəhərində anadan olub.

Ankara Universitetinin Siyasi Elmlər fakültəsini (1969) və Tarix fakültəsini bitirib.

Daha sonra ABŞ-ın Çikaqo Universitetində magistr təhsilini bitirib.

“Tənzimatdan Sonra Yerli İdarələr” adlı dissertasiya işi ilə doktor, “Osmanlı İmperatorluğunda Alman Təsiri” adlı işi ilə dosent olub.

O, Vyana, Berlin, Paris, Prinston, Moskvada qonaq professor kimi iştirak edib, Roma, Sofiya, Kembric, Oksford və Tunis universitetlərində seminarlar və mühazirələr oxumuşdur.

O, yerli və xarici elmi jurnallarda 16-19-cu əsrlər Osmanlı tarixi və Rusiya tarixi ilə bağlı məqalələr dərc etdirmişdir.

1989-2002-ci illərdə Siyasi Elmlər Fakültəsinin İnzibati tarix kafedrasının müdiri, 2002-ci ildə isə Qalatasaray Universiteti Hüquq Fakültəsinin Hüquq tarixi kafedrasının müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə Topqapı Saray Muzeyinin rəhbəri olub. Hal-hazırda Milli Saraylar Elm Şurasının sədridir.

Ortaylı ingilis, fransız, alman, rus və italyan dillərini bilir.

O, Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin vitse-prezidenti və Avropa İranşünaslıq Assosiasiyasının üzvüdür.

Rusiya Elmlər Akademiyasının Şərq İnstitutunun fəxri professoru, Makedoniya Elmlər Akademiyasının (MANU) fəxri üzvü və İtalia Solidariata (İtaliya Prezidentliyi) şövalyesi olan Ortaylı, eyni zamanda, Rusiya Federasiyası Prezidentinin Puşkin ordeninə, Avstriya Dövlət Mədəniyyət Ordeninə və Fransa Dövlət Mədəniyyət Ordeninə malikdir.

Məqalədə: #İlber Ortaylı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.