6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Adanada ikinci "Patriot" sistemi yerləşdirilir - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.

18 Mart 2026 13:17
Adanada ikinci "Patriot" sistemi yerləşdirilir - Türkiyə MN

BAKI, VOA, Nailə Babazadə

Adanada ikinci "Patriot" sistemi yerləşdirilir.

VOA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.

Açıqlamaya görə, Adanada hazırda mövcud olan İspaniya "Patriot" sisteminə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığı tərəfindən daha bir "Patriot" batareyası Adanada yerləşdirilir. Bu addım martın 13-də İrandan atılaraq Türkiyə hava məkanına daxil olan və Şərqi Aralıq dənizindəki NATO qüvvələri tərəfindən zərərsizləşdirilən balistik raket hadisəsindən sonra atılıb. Nazirlik rəsmisi vurğulayıb ki, milli təhlükəsizliyə yönələn hər növ təhdidə qarşı qətiyyətli tədbirlər davam etdirilir.

Konfransda həmçinin İsrailin Livanın suverenliyini pozan quru əməliyyatları pislənilib və bu hərəkətlərin regional qeyri-sabitliyi dərinləşdirdiyi qeyd olunub. Hörmüz boğazındakı dəniz təhlükəsizliyi məsələsinə də toxunan Aktürk, boğazın kəsintisiz işləməsinin qlobal enerji təhlükəsizliyi üçün strateji önəm daşıdığını və Türkiyənin bütün tərəfləri beynəlxalq hüquqa uyğun hərəkət etməyə çağırdığını bildirib. Bundan əlavə, yerli istehsal olan "Süper Şimşək" hava vasitələrinin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edildiyi elan olunub.

Məqalədə: #Türkiyənin Milli Müdafiə nazirliyi #Patriot #Adana

Mövzu üzrə digər xəbərlər

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib
Türkiyə

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

30 Avqust 09:18
Məkkə Sazişi çərçivəsində hərbi əməkdaşlıq mərhələli şəkildə inkişaf etdiriləcək - Türkiyə MN
Türkiyə

Məkkə Sazişi çərçivəsində hərbi əməkdaşlıq mərhələli şəkildə inkişaf etdiriləcək - Türkiyə MN

13 Avqust 14:27
Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski
Digər Dövlətlər

Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski

28 İyul 21:12
ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp
Digər Dövlətlər

ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

27 İyul 21:38

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.