13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib

Türkiyə Daxili İşlər Nazirliyi son iki həftə ərzində 29 şəhərdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 139 şübhəlinin yaxalandığını bildirib.Türkiyə Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə (TEM) İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamaya görə, son 2 həftədir 29 bölgədə davam edən əməliyyatlarda terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən 139 şübhəli saxlanılıb.

21 Mart 2026 16:46
Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Daxili İşlər Nazirliyi son iki həftə ərzində 29 şəhərdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 139 şübhəlinin yaxalandığını bildirib.

Türkiyə Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə (TEM) İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamaya görə, son 2 həftədir 29 bölgədə davam edən əməliyyatlarda terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən 139 şübhəli saxlanılıb.

Respublika Baş Prokurorluqları ilə əlaqəli şəkildə Rayon Emniyyət İdarələrinin TEM şöbələri tərəfindən həyata keçirilən işlərdə yaxalanan şübhəlilərin; barələrində terror təşkilatı üzvlüyündən axtarış qərarı olduğu, təşkilatın fəaliyyətlərinə maliyyə dəstəyi təmin etdikləri və keçmiş dövrlərdə təşkilat daxilində fəaliyyət göstərdikləri müəyyən edilib.

Emniyyətdəki prosedurlardan sonra məhkəməyə sövq edilən şübhəlilərdən 14-ü çıxarıldıqları məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib. 9 nəfər haqqında adli nəzarət qərarı tətbiq olunarkən, digər şübhəlilərin emniyyətdəki prosedurları və dindirilmə proseslərinin davam etdiyi öyrənilib.

Açıqlamada həmçinin, "İŞİD terror təşkilatının fəaliyyət və maliyyə strukturlarına qarşı əməliyyatlarımızı davam etdiririk. Əməliyyatları müvəffəqiyyətlə həyata keçirən idarələrimizi, qəhrəman polisimizi, MİT rəhbərliyimizi və koordinasiyanı təmin edən Respublika Baş Prokurorluqlarımızı təbrik edirik" ifadələrinə yer verilib.

Məqalədə: #İŞİD #İŞİD terror təşkilatı #İŞİD-lə mübarizə Suriyada #İŞİD Türkiyə

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.