6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə İŞİD-ə ağır zərbə: 34 şəhərdə eyni vaxtda əməliyyat keçirildi

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, İstanbulun Levent rayonunda polis nöqtəsinə edilən silahlı hücumdan dərhal sonra İŞİD terror təşkilatına qarşı ölkə boyu genişmiqyaslı əməliyyatların başladıldığını elan edib. Nazir bildirib ki, 34 şəhərdə eyni vaxtda keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 273 şübhəli barəsində hüquqi tədbir görülüb, onlardan 198-i saxlanılıb.

8 Aprel 2026 21:55
Türkiyədə İŞİD-ə ağır zərbə: 34 şəhərdə eyni vaxtda əməliyyat keçirildi

BAKI,VOA, Nailə Babazadə

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, İstanbulun Levent rayonunda polis nöqtəsinə edilən silahlı hücumdan dərhal sonra İŞİD terror təşkilatına qarşı ölkə boyu genişmiqyaslı əməliyyatların başladıldığını elan edib.

VOA xəbər verir ki, nazir bildirib ki, 34 şəhərdə eyni vaxtda keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 273 şübhəli barəsində hüquqi tədbir görülüb, onlardan 198-i saxlanılıb.

Məlumata görə, bu əməliyyatlar dünən İstanbulda üç terrorçu tərəfindən törədilən hücumdan sonra Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib. Əməliyyatlar İstanbul, Ankara, İzmir, Adana və Antalya daxil olmaqla, Türkiyənin 34 fərqli bölgəsini əhatə edib. Nazir Gürlek terrorla mübarizənin hüquq dövləti prinsipləri çərçivəsində "sıfır tolerantlıq" anlayışı ilə davam etdiriləcəyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində müəyyən edilən "Terrorsuz Türkiyə" hədəfinə sadiq qaldıqlarını bildirən nazir, İŞİD-ə qarşı əməliyyatların böyük titizliklə davam edəcəyini qeyd edib. Akın Gürlek həmçinin Leventdəki xain hücum nəticəsində yaralanan qəhrəman polislərə şəfa diləyib və onlara tezliklə sağalaraq sıralarına dönməyi arzulayıb.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Akın Gürlek Adalet Bakanı oldu #Akın Gürlek

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.