13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Yunanıstan rəsmiləri dənizdəki gərginliyi müzakirə etdilər

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Yunanıstanın Xarici işlər naziri Yorgo Gerapetritis arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazirlər görüş zamanı İsrail ordusunun "Qlobal Sumud" (Global Sumud Flotilla) yardım gəmilərinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni müzakirə ediblər. Tərəflər bölgədəki son vəziyyət və beynəlxalq hüququn pozulması halları ətrafında fikir mübadiləsi aparıblar.

30 Aprel 2026 22:39
Türkiyə və Yunanıstan rəsmiləri dənizdəki gərginliyi müzakirə etdilər

BAKI,VOA Nailə Babazadə

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Yunanıstanın Xarici işlər naziri Yorgo Gerapetritis arasında telefon danışığı baş tutub.

VOA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazirlər görüş zamanı İsrail ordusunun "Qlobal Sumud" (Global Sumud Flotilla) yardım gəmilərinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni müzakirə ediblər. Tərəflər bölgədəki son vəziyyət və beynəlxalq hüququn pozulması halları ətrafında fikir mübadiləsi aparıblar.

İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və bölgəyə həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədilə yola düşən "Qlobal Sumud" gəmilərinin 2026-cı il Bahar Missiyası aprelin 12-də İspaniyanın Barselona şəhərindən start götürüb.

İtaliyanın Siciliya adasından da iştirakçıların qoşulması ilə aprelin 26-da yenidən hərəkətə keçən flotiliya aprelin 29-u gecə saatlarında Krit adası yaxınlığındakı beynəlxalq sularda İsrail ordusunun qanunsuz hücumuna məruz qalıb. Aktivistləri daşıyan qayıqlar hərbi müdaxilə ilə dayandırılıb.

Flotiliya rəsmilərinin verdiyi məlumata görə, gəmilərdə 39 fərqli ölkədən, aralarında Türkiyə vətəndaşlarının da olduğu cəmi 345 iştirakçı var. Xatırladaq ki, "Qlobal Sumud" flotiliyasının 2025-ci ilin sentyabrındakı ilk cəhdi zamanı da İsrail ordusu beynəlxalq sularda qanunsuz müdaxilə edərək aktivistləri və texnikaları saxlamışdı.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Hakan Fidan #Türkiyə XİN #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.