7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

Qazaxıstana səfərini başa çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən NATO-nun gələcəyi, Avropa Birliyi ilə münasibətlər, türk dövlətləri ilə əməkdaşlıq və Yaxın Şərqdəki gərginlik barədə mühüm açıqlamalar verib.

16 May 2026 15:31
Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

BAKI,VOA Orxan Qədirzadə

Qazaxıstana səfərini başa çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən NATO-nun gələcəyi, Avropa Birliyi ilə münasibətlər, türk dövlətləri ilə əməkdaşlıq və Yaxın Şərqdəki gərginlik barədə mühüm açıqlamalar verib.

VOA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi alyansın gələcək istiqamətini müəyyən edən mühüm mərhələlərdən biri olacaq. Onun sözlərinə görə, dünyada və regionda baş verən son hadisələr Ankarada keçiriləcək zirvənin əhəmiyyətini daha da artırıb.

Ərdoğan qeyd edib ki, NATO-nun yaradıldığı dövrdəki dünya artıq mövcud deyil və yeni geosiyasi reallıqlar alyans qarşısında daha mürəkkəb təhdidlər yaradıb. O vurğulayıb ki, risklər genişlənib, qlobal sistem zəifləyib və bu şəraitdə alyans daxilində ədalətli məsuliyyət bölgüsü, səmimi əməkdaşlıq və ortaq təhlükəsizlik anlayışı əsas prioritetlərdən biridir. Türkiyənin daha hazırlıqlı və daha qətiyyətli NATO üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğu bildirilib.

Prezident çıxışında türk dövlətləri ilə münasibətlərə də toxunub. O bildirib ki, Türkiyə türk dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bunu Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da gücləndirib. Ərdoğan deyib ki, təşkilat "ailə məclisi" kimi qiymətləndirilir və burada iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik, müdafiə, diplomatiya və digər sahələr üzrə əməkdaşlıq genişləndirilir. O, həmçinin Türkiyədə ilk dəfə "Türk Dünyası Baxış Sənədi"nin hazırlandığını və bu il Türk Dövlətləri Təşkilatının Liderlər Zirvəsinə Türkiyənin ev sahibliyi edəcəyini açıqlayıb.

Yaxın Şərqdəki vəziyyət barədə danışan Türkiyə Prezidenti bölgədəki gərginliyin əsas səbəblərindən birinin İsrailin təxribat xarakterli siyasəti olduğunu bildirib. Onun sözlərinə görə, bəzi qüvvələr regionun daha geniş münaqişəyə cəlb olunmasına çalışır. Ərdoğan qeyd edib ki, Türkiyə vəziyyətin daha da ağırlaşmaması üçün diplomatik səylərini davam etdirəcək və region problemlərinin region ölkələri tərəfindən həll edilməsinin vacibliyini müdafiə edir.

Avropa Birliyi ilə münasibətlərdən danışan Ərdoğan Türkiyənin tamhüquqlu üzvlük hədəfindən geri çəkilməyəcəyini vurğulayıb. O bildirib ki, Türkiyə heç bir qurum üçün yük yaradan ölkə deyil, əksinə iştirak etdiyi bütün platformalara əlavə dəyər qazandırır. Türkiyə Prezidentinin sözlərinə görə, Avropa Birliyi Türkiyəni rəqib kimi deyil, strateji imkan kimi qiymətləndirməlidir və bu məsələdə tarixi qərar vermək mərhələsinə gəlib.

Məqalədə: #Türk Dövlətləri Təşkilatı #Yaxın Şərq gərginliyi #Türkiyə Avropa münasibətləri #türk dünyası əməkdaşlığı #NATO liderlər zirvəsi #Ankara təhlükəsizlik gündəliyi #Türkiyənin NATO siyasəti #Rəcəb Tayyib Ərdoğanın açıqlamaları #Avropa Birliyi üzvlüyü #Ankara zirvəsi qərarları

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

30 Avqust 03:00
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

20 Avqust 11:40

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.