10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan Ukraynaya gedəcək

Səfər çərçivəsində Fidan, Türkiyə-Ukrayna əlaqələrinin iqtisadiyyat, enerji və müdafiə sahələrində daha da inkişaf etdirilməsi və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün görüləcək birgə addımlar barədə fikir mübadiləsi aparacaq. Nazir həmçinin Türkiyənin Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyəcək, Ukraynaya göstərilən yardım və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayacaq. Fidan Türkiyənin Ukrayna və Rusiyanı yenidən danışıqlar masasına gətirməyə hazır olduğunu da qeyd edəcək.

15 İyul 2026 13:22
Hakan Fidan Ukraynaya gedəcək

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bu gün Ukraynaya rəsmi səfər edəcək.

VOA xəbər verir ki, Nazirliyin mənbələrindən əldə edilən məlumata görə, Fidanın səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunması, həmçinin Ukrayna Xarici İşlər Naziri Andrii Sybiha, Dövlət Başçısı Ofisinin rəhbəri Kirilo Budanov, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov, həmçinin Kırım Tatarlarının milli lideri Mustafa Abdulcemil Kırımoğlu və Kırım Tatar Milli Məclisi (KTMM) rəhbəri Rıfat Çubarov ilə görüşlər planlaşdırılıb.

Səfər çərçivəsində Fidan, Türkiyə-Ukrayna əlaqələrinin iqtisadiyyat, enerji və müdafiə sahələrində daha da inkişaf etdirilməsi və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün görüləcək birgə addımlar barədə fikir mübadiləsi aparacaq.

Nazir həmçinin Türkiyənin Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyəcək, Ukraynaya göstərilən yardım və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayacaq. Fidan Türkiyənin Ukrayna və Rusiyanı yenidən danışıqlar masasına gətirməyə hazır olduğunu da qeyd edəcək.

Səfər zamanı Fidan Rusya-Ukrayna müharibəsinin Qara dənizə keçməməsinin vacibliyini qeyd edərək, bölgədə gərginliyin azaldılması və gəmiçilik təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətinə diqqət çəkəcək. O, limanlar və dəniz nəqliyyat vasitələrinin hər hansı hədəfə alınmasının qəbuledilməz olduğunu vurğulayacaq və Türkiyənin Qara dənizi barış, sabitlik və əməkdaşlıq havzası kimi qorumaq üzrə diplomatik səylərini davam etdirdiyini bildirəcək.

Fidan həmçinin Türkiyə şirkətlərinin Ukraynadakı mövcud investisiyaları və layihələri ilə Ukraynanın bərpasına töhfə verə biləcəyini, Kırımın qanunsuz ilhaqı ilə bağlı Türkiyənin mövqeyini və Kırım Tatarlarının hüquqlarının gücləndirilməsi üçün atılacaq əlavə addımların vacibliyini qeyd edəcək.

Türkiyə ilə Ukrayna arasında 3 Fevral 2022-ci il tarixində imzalanmış Serbest Ticarət Müqaviləsi, Fidanın Kiyev səfərindən əvvəl Ukrayna Parlamenti tərəfindən təsdiqlənib. Müqavilənin dövlət başçısı Zelenskiy tərəfindən imzalanması ilə qüvvəyə minəcəyi gözlənilir.

Bu müqavilənin Türk ixracatçılarının Ukrayna bazarında Avropa İttifaqı şirkətləri ilə bərabər rəqabət aparmasına imkan yaradacağı və iki ölkə arasında ticarət həcminin 10 milyard dollara çatmasına töhfə verəcəyi bildirilir. 2024-cü ildə Türkiyə-Ukrayna ikili ticarət həcmi 6,2 milyard dollar, 2025-ci ildə isə 6,6 milyard dollar olub.

Xatırladaq ki, Hakan Fidan Ukraynanı son dəfə 29-30 May 2025-ci il tarixində ziyarət etmişdi, Türkiyəyə isə Ukrayna XİN rəhbəri səviyyəsində son səfər 7-8 İyul tarixində 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ankarada baş tutmuşdu.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Ukrayna #Volodimir Zelenski

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.