4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 2005–2016-cı illərdə törədilmiş 6 açılmamış qətlin üstü açılıb

Türkiyənin ədliyyə naziri Akın Gürlek 2005–2016-cı illər arasında ölkənin müxtəlif bölgələrində törədilən və uzun illər açılmamış qalan 6 qətl hadisəsinin yenidən aparılan istintaq nəticəsində tam şəkildə aydınlaşdırıldığını açıqlayıb.

18 İyul 2026 17:15
Türkiyədə 2005–2016-cı illərdə törədilmiş 6 açılmamış qətlin üstü açılıb

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin ədliyyə naziri Akın Gürlek 2005–2016-cı illər arasında ölkənin müxtəlif bölgələrində törədilən və uzun illər açılmamış qalan 6 qətl hadisəsinin yenidən aparılan istintaq nəticəsində tam şəkildə aydınlaşdırıldığını açıqlayıb.

Nazir sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Daxili İşlər Nazirliyi və digər dövlət qurumları ilə koordinasiyalı şəkildə açılmamış cinayətlərin üzə çıxarılması və təqsirkarların ədalət mühakiməsinə cəlb olunması istiqamətində işlər davam etdirilir.

Akın Gürlek qeyd edib ki, Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Açılmamış Cinayətlərin Araşdırılması İdarəsinin koordinasiyası ilə yenidən araşdırılan cinayət işləri üzrə aparılan geniş və hərtərəfli istintaq nəticəsində Ali Sarıoğlu, Esra Aşık, Gültekin Yıldırım, Mehmet Ali Türkmen, Selbi Uyğur və Yusuf Sayanerin həlak olduqları hadisələr tam şəkildə aydınlaşdırılıb.

Nazirin sözlərinə görə, 2005–2016-cı illər arasında müxtəlif şəhərlərdə törədilən və uzun müddət ictimaiyyət üçün cavabsız qalan bu altı qətl işi müasir texnoloji imkanlar, kriminal ekspertizalar, DNT uyğunlaşdırmaları, telefon rabitəsi və baza stansiyası analizləri, yenidən alınan şahid ifadələri və əldə edilən yeni sübutlar əsasında yenidən araşdırılıb.

Balıkəsirdə 21 il əvvəl yandırılan evdə həyatını itirən azyaşlı Esra Aşıkın işi üzrə əvvəllər cinayət təqibi dayandırılmış şübhəli barəsində istintaq yenidən açılıb və keçirilən əməliyyat nəticəsində bir nəfər həbs olunub.

Denizlidə 20 il əvvəl iş yerində bədəninin 11 nahiyəsinə bıçaq zərbələri endirilərək öldürülən Mehmet Ali Türkmenin işi üzrə şahidlərin yenidən alınmış və bir-birini təsdiqləyən ifadələri, eləcə də telefon əlaqələrinin təhlili nəticəsində cinayətdə şübhəli bilinən iki nəfər saxlanılaraq həbs edilib.

Hatayda 14 il əvvəl itkin düşən Selbi Uyğurun öldürülməsi ilə bağlı araşdırmalar zamanı əldə olunan etiraflar əsasında göstərilən ərazidə qazıntılar aparılıb. Tapılan insan sümüklərinin Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan DNT analizləri nəticəsində Selbi Uyğura məxsus olduğu müəyyən edilib və müvafiq hüquqi prosedurlar başlanılıb.

İstanbulun Bayrampaşa rayonunda 12 il əvvəl öldürülən Gültekin Yıldırımın işi üzrə hadisə yerində aşkar edilmiş bioloji nümunələrin illər sonra aparılan müqayisəsi nəticəsində onların bir şübhəlinin DNT profili ilə üst-üstə düşdüyü müəyyən edilib. Telefon əlaqələrinin təhlili ilə dəstəklənən sübutlardan sonra saxlanılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

İstanbulun Fatih rayonunda 10 il əvvəl öldürülən Yusuf Sayanerin işi üzrə isə yenidən başladılan istintaq zamanı şübhəli şəxs törətdiyi cinayəti etiraf edib və qəsdən adam öldürmə ittihamı ilə həbs olunub.

Samsunda 19 il əvvəl öldürülən Ali Sarıoğlunun işi üzrə hadisədən sonra istintaqı yanlış istiqamətə yönəltmək məqsədilə edildiyi ehtimal olunan məlumatın mənbəyi illər sonra müəyyənləşdirilib. Yeni şahid ifadələri və texniki analizlər nəticəsində müəyyən edilən dörd şübhəli saxlanılaraq həbs edilib.

Akın Gürlek cinayət işlərinin yenidən araşdırılması və açılmasına töhfə verən İstanbul, Çarşamba, Balıkesir, Denizli və Hatay Respublika Baş Prokurorluqlarına, polis və jandarma əməkdaşlarına təşəkkür edib.

Nazir həmçinin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun, Məhkəmə-Tibbi Ekspertiza Qurumunun, kriminal polis laboratoriyalarının, ekspertlərin və araşdırmalarda iştirak edən bütün dövlət qurumlarının fəaliyyətini yüksək qiymətləndirib.

Akın Gürlek bildirib ki, dövlət uzun illər keçsə belə heç bir cinayət işini unutmur və bütün açılmamış hadisələrin araşdırılması üçün bütün imkanlarını səfərbər edir.

O vurğulayıb ki, cinayət qurbanlarının ailələrinin yanında olmağa davam ediləcək, cavabsız qalan suallar hüquqi yollarla cavablandırılacaq, heç bir qətl unudulmayacaq, heç bir sübut diqqətdən kənarda qalmayacaq və heç bir cinayətkar zamanın keçməsinə arxalanaraq ədalətdən yayına bilməyəcək.

Məqalədə: #faili meçhul cinayet #Adalet Bakanı Akın Gürlek #2005–2016 illəri cinayətləri #Türkiye cinayet soruşturması #Ali Sarıoğlu #Esra Aşık #Mehmet Ali Türkmen #Selbi Uyğur #Gültekin Yıldırım #HTS və baz analizləri #DNA analizləri #polis və jandarma əməliyyatları

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.