13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

Türkiyənin milli enerji proqramı çərçivəsində Diyarbəkirin Bismil və Silvan rayonları arasındakı ərazidə təxminən 4 min metr dərinlikdə aparılan işlər nəticə verib. Qeyri-ənənəvi üsullardan istifadə edilən qazma işləri zamanı yüksək keyfiyyətli şist nefti çıxarılıb.

23 Avqust 2026 11:40
Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin milli enerji proqramı çərçivəsində Diyarbəkirin Bismil və Silvan rayonları arasındakı ərazidə təxminən 4 min metr dərinlikdə aparılan işlər nəticə verib. Qeyri-ənənəvi üsullardan istifadə edilən qazma işləri zamanı yüksək keyfiyyətli şist nefti çıxarılıb.

Türkiyə rəsmilərinin açıqlamalarına görə, hasil edilən neftin keyfiyyətinin Yaxın Şərq ölkələrində çıxarılan neftlə müqayisə edilə biləcək səviyyədə olduğu bildirilir. Türkiyə Neft Korporasiyası (TPAO) bölgədə gecə-gündüz işlərini davam etdirir.

Diyarbəkirin Bismil-Silvan xətti ilə yanaşı, Sur rayonunun kənd ərazilərində də neft axtarışı məqsədilə qazma işləri aparılır. Davam edən layihələr fonunda Diyarbəkirin Türkiyənin əsas neft mərkəzlərindən birinə çevrilməsi gözlənilir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl Diyarbəkirdə ABŞ şirkəti ilə şist nefti üzrə qazma işlərinə başlanıldığını açıqlamışdı. Onun sözlərinə görə, bölgədəki ehtiyatların ümumi potensialı 540 milyard dollar qiymətləndirilir və hasilatın ölkə iqtisadiyyatına ildə 8 milyard dollar töhfə verə biləcəyi bildirilir.

TPAO bölgənin digər ərazilərində də kəşfiyyat işlərini davam etdirir. Vanın Muradiyə rayonunda qazılan quyuda işlər davam etdiyi halda, Hakkari və Şırnakda da yeni neft yataqlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Məqalədə: #TPAO #Türkiyənin enerji strategiyası #Bismil neft yatağı #Şist nefti hasilatı #Diyarbəkir nefti #Türkiyədə şist nefti #Silvan neft yatağı #Türkiyə neft ehtiyatları #Türkiyənin milli enerji siyasəti #Türkiyədə neft kəşfi #4 min metr dərinlikdə neft #Diyarbəkir neft mərkəzi #Şırnak Gabar nefti #Türkiyədə neft axtarışları #Van Muradiyə neft quyusu

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.