Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı
Türkiyənin milli enerji proqramı çərçivəsində Diyarbəkirin Bismil və Silvan rayonları arasındakı ərazidə təxminən 4 min metr dərinlikdə aparılan işlər nəticə verib. Qeyri-ənənəvi üsullardan istifadə edilən qazma işləri zamanı yüksək keyfiyyətli şist nefti çıxarılıb.
Diyarbəkirdə 6,1 milyard barellik neft ehtiyatı üçün qazıntı başlayıb
Türkiyənin Diyarbəkir vilayətinin Bismil rayonunda potensial olaraq Gabar yatağından bir neçə dəfə böyük olduğu bildirilən şist neftinin hasilatı üçün qazma işlərinə başlanılıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ şirkəti ilə birlikdə bölgədə şist neftinin çıxarılması üzrə işlərin başladığını açıqlayıb. Məlumata görə, Bismil və Silvan ərazilərində 7 min kvadrat kilometrlik bloklarda aparılan araşdırmalar təxminən 6,1 milyard barel neft ehtiyatı potensialını göstərir. Ehtiyatların cari bazar dəyərinin 540 milyard dollar civarında olduğu bildirilir.