5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

İranın İraqdakı dayaqları sarsılır – Bağdad Tehranın “proksi döyüşçü” statusundan çıxmağa hazırlaşır

Bu müddətdə İranın nüvə proqramına, əsas obyektlərinə və simvolik fiqurlarına qarşı hücumlar davam etsə də, Bağdadın Tehrana verdiyi dəstək yalnız bəyanatlar və sosial mediada paylaşılan mesajlarla məhdud qaldı. Bu, “İraq İranın təsir dairəsindən çıxırmı?” sualını aktuallaşdırdı.

5 Avqust 2025 09:00
İranın İraqdakı dayaqları sarsılır – Bağdad Tehranın “proksi döyüşçü” statusundan çıxmağa hazırlaşır

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Yaxın Şərq tarixində dönüş nöqtəsi sayılan və İranın onilliklərdir hazırlaşdığı müharibədə, Tehranın əsas dayaqları bir-bir zəifləyib: “Hizbullah” dağıdılıb, Əsəd rejimi çöküb, “HƏMAS” Qəzza müharibəsində sıxışdırılıb, husilər isə yalnız simvolik raket hücumları həyata keçirir. ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən bəri İranın silahlandırıb dəstəklədiyi şiə qrupları isə 12 günlük son müharibədə neytral mövqe tutaraq döyüşə qatılmadı.

Bu müddətdə İranın nüvə proqramına, əsas obyektlərinə və simvolik fiqurlarına qarşı hücumlar davam etsə də, Bağdadın Tehrana verdiyi dəstək yalnız bəyanatlar və sosial mediada paylaşılan mesajlarla məhdud qaldı. Bu, “İraq İranın təsir dairəsindən çıxırmı?” sualını aktuallaşdırdı.

ABŞ-ın təzyiq strategiyası
Vaşinqton İraqdakı hərbi varlığını kiçik saxlasa da, yeni və təsirli strategiya tətbiq edir: silahlı qrupları maliyyələşdirən neft qaçaqmalçılığı şəbəkələrinə qarşı maliyyə sanksiyaları, silah alınmasında istifadə edilən bank köçürmələrinə məhdudiyyətlər, habelə şiə milis liderlərinə qarşı dəqiq zərbələr. Bundan əlavə, İranla əlaqəli fiqurların dövlət idarələrindən uzaqlaşdırılması istiqamətində siyasi təzyiqlər artır.

Bu addımlar iki onillikdir İranda gördüyümüz “tam nəzarət” modelinə sığmayan dəyişikliklərdir və bir çox analitiklər bunu Vaşinqton–Tehran balansında dönüş kimi qiymətləndirir.

Bağdadın yeni kursu?
Bəzi müşahidəçilərə görə, Bağdad həm İranla tarixi-coğrafi əlaqələri qoruyaraq, həm də silahlı qrupların gücünü məhdudlaşdırmaq, silahı tədricən dövlətin inhisarına keçirmək və İraqı İranın beynəlxalq qarşıdurmalarında “proksi döyüşçü” statusundan çıxarmaq niyyətindədir.

İran hələ də İraqda geniş nüfuz şəbəkəsinə sahib olsa da, həm hərbi, həm də siyasi təsir imkanları nəzərəçarpacaq dərəcədə azalır. ABŞ isə bu fürsətdən istifadə edərək nüfuzu daha da artırmağa çalışır.

Daxili gərginliklər və mesajlar
Son aylarda federal polis ilə Tehranın dəstəklədiyi “Haşdi Şaabi”nin tərkibindəki “Kətaib Hizbullah” arasında toqquşmalar, həmçinin milislərin Kərkükdəki neft obyektlərinə və Ərbil hava limanına pilotsuz uçuş aparatları ilə hücumları, bəzi dairələr tərəfindən Bağdada və xüsusən kürd bölgəsinə “təzyiq siqnalları” kimi dəyərləndirilir.

Siyasi gələcək və seçkilər
İndi diqqətlər noyabrda keçiriləcək parlament seçkilərinə yönəlib. ABŞ 2011-ci ildəki çıxışından sonra buraxdığı boşluğu bu seçkilər vasitəsilə doldurmağa, hökumətin formalaşmasına təsir etməyə çalışa bilər. Digər ssenari isə İranın illərdir qurduğu “kölgə dövləti”nin seçkilərdə öz təsirini göstərməsi ola bilər.

Baş nazir Məhəmməd Şiə əs-Sudani “Associated Press”ə verdiyi müsahibədə həm ABŞ-la təhlükəsizlik əlaqələrinin ilin sonuna qədər yenidən tənzimlənəcəyini, həm də Tramp administrasiyası ilə neft, qaz və süni intellekt sahələrində əməkdaşlığın genişlənməsini istədiyini bildirib. Lakin onun silahlı qrupların ABŞ hərbi varlığına qarşı “müqavimət” hüququnu müdafiə edən fikirləri, Vaşinqtonun hələ də Bağdadı “tam qazanmadığını” göstərir.

İraq üçün qarşıdakı dövr, ABŞ-ın təzyiqləri, İranın zəifləyən təsiri və daxili siyasi balans arasında çətin bir seçim dövrü olacaq.

Məqalədə: #Məhəmməd Şia Əl-Sudani #Həşdi-Şaabi #Sudanın yenidən qurulması #Həşd əş-Şaabi qanunu 2025 #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #ABŞ niyə Həşd əş-Şaabinin ləğvini istəyir? #Həşd əş-Şaabi qanunu nəyi dəyişəcək? #Həşd əş-Şaabi seçkilərə necə təsir edir? #Məhəmməd Şiə əs-Sudani hansı siyasəti yürüdür? #Sudani namizədliyi #Haşdi Şaabi və silahların təhvili #proksi döyüşçü #VOA Analitik Təhlil Mərkəzi #İraq İranın təsir dairəsindən çıxır #Vaşinqton–Tehran #Bağdadın yeni kursu

Mövzu üzrə digər xəbərlər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
VOA analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?
Sudan

Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?

15 Avqust 17:18
Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir
Yaxın Şərq

Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

8 İyun 09:00
Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir
VOA təhlil mərkəzi

Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

7 May 15:00

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.