6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İdmanda hicab qadağası - Fransanın qərarına qarşı artan tənqidlər və hüquqi çağırışlar

İdman dünyasında hicab qadağası ilə bağlı mübahisələr yenidən gündəmə gəlib. Beynəlxalq insan haqları təşkilatları və idman fəalları Fransanın tətbiq etdiyi hicab yasağını qadınların idman sahələrindən kənarlaşdırılması kimi qiymətləndirərək, bu qərarın insan hüquqlarına və qadınların iştirak azadlığına zidd olduğunu bildiriblər.

8 Oktyabr 2025 04:00
İdmanda hicab qadağası - Fransanın qərarına qarşı artan tənqidlər və hüquqi çağırışlar

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İdman dünyasında hicab qadağası ilə bağlı mübahisələr yenidən gündəmə gəlib. Beynəlxalq insan haqları təşkilatları və idman fəalları Fransanın tətbiq etdiyi hicab yasağını qadınların idman sahələrindən kənarlaşdırılması kimi qiymətləndirərək, bu qərarın insan hüquqlarına və qadınların iştirak azadlığına zidd olduğunu bildiriblər.

Fransa ötən il Paris Olimpiadasında iştirak edən qadın idmançılara hicab taxmağı qadağan etmiş, eyni zamanda futbol, basketbol və voleybol kimi kütləvi idman növlərində baş örtüyünün istifadəsini bütün səviyyələrdə yasaqlamışdı. Bu il fevral ayında Fransa Senatı dini simvolların - o cümlədən hicabın - bütün idman yarışlarında qadağan olunmasını nəzərdə tutan qanun layihəsini də təsdiqləyib.

Beynəlxalq reaksiyalar və insan haqları çağırışları

Finlandiyada hər il keçirilən “Play the Game” konfransında məsələ yenidən qaldırılıb. Tədbirin məqsədi idmanda demokratiyanı təşviq etmək olsa da, bu dəfə müzakirələrin əsas mövzusu Fransanın hicab siyasəti olub.

“Sports Legal Foundation”ın qurucusu Xeyran Nur bildirib ki, “İdmandan hicabı çıxarmaq- qadınların özlərini oradan çıxarmaq deməkdir.”

Amnesty International Norveç bölməsinin siyasət müşaviri Frank Konde Tandberq isə qərarı kəskin tənqid edib.

“Bu qadağanın heç bir qanuni və ya məntiqi əsası yoxdur. Qadın idmançıları öz kimlikləri ilə idman karyerası arasında seçim etməyə məcbur etmək alçaldıcı və psixoloji baxımdan dağıdıcı təcrübədir.”-deyə o qedy edib.

Fransanın “neytrallıq” arqumenti və daxili ziddiyyət

Fransa hicab qadağasının təməlini 2004-cü ildə atıb - həmin il dini simvolların və geyimlərin məktəblərdə istifadəsi qadağan edilmişdi. Daha sonra bu siyasət idman sahəsinə də genişləndirilib.

Prezident Emmanuel Makron bu ilin əvvəlində Beynəlxalq Olimpiya Komitəsinin (BOC) “müsabiqələrdə dini simvollara qadağa” prinsiplərini dəstəklədiyini bir daha təsdiqləyib. Bununla belə, BOC Olimpiya kəndində hicab taxılmasına icazə verir, lakin yarış qaydalarının tətbiqini ev sahibi ölkənin səlahiyyətinə buraxır.

Bu arqumenti “neytrallıq prinsipi” kimi təqdim edən Fransa hökuməti, əksər idmançılar tərəfindən ikiüzlü və ayrı-seçkilikçi adlandırılır. Fransalı keçmiş basketbolçu Helin Ba (23 yaş) hicab geydiyi üçün idmandan uzaqlaşdırıldığını bildirərək deyib ki,“Neytrallıqdan danışmaq - ən böyük ikiüzlülükdür. İdman özü yaş, cins, çəki, maddi vəziyyət, irq və dinə görə fərqlilik üzərində qurulub.”

Amnesty International tərəfindən aparılan 38 ölkəni əhatə edən araşdırmaya görə, yalnız Fransa idmanda baş örtüyünü qadağan edən ölkədir. Bu, Fransa Respublikasının “dünyəvilik” prinsipinin idman sahəsinə qədər genişlənməsinin tənqid edilməsinə səbəb olub.

Digər tərəfdən, bir çox ölkə və qlobal idman brendləri əks istiqamətdə addımlar atır. Nike və Haya kimi şirkətlər rahatlıq və inklüzivliyi təmin edən idman hicabları istehsal edərək qadınların müxtəlif mədəniyyətlərdən gəlməsinə imkan yaradıblar.

Fransanın idmanda hicab yasağı, həm insan hüquqları müdafiəçiləri, həm də qadın idmançılar arasında ciddi narazılıq doğurub. Qadağa bir tərəfdən “dövlətin neytrallığı” prinsipi ilə əsaslandırılsa da, digər tərəfdən qadınların idmanda bərabər iştirak hüququnun pozulması kimi dəyərləndirilir.

Artan beynəlxalq təzyiqlər və hüquqi çağırışlar fonunda, Fransa hökumətinin bu siyasətdə israr edib-etməyəcəyi gələcək aylarda idman diplomatiyasının əsas müzakirə mövzularından biri olacaq.

Məqalədə: #Beynəlxalq Olimpiya Komitəsi #Paris 2024 Olimpiya və Paralimpiya Oyunları #Nike #Ümumdünya Hicab Günü #Hicab qadağası #Fransada hicab qadağası #Fransa Olimpiya Oyunlarında hicab qadağası #Amnesty İnternational #15 yaşdan kiçiklərə hicab yasağı #Play the Game #Sports Legal Foundation

Mövzu üzrə digər xəbərlər

İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər
Fələstin

İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

3 Sentyabr 18:16
İranda bu il azı 56 nəfər edam edilib - BMT
Digər Xəbərlər

İranda bu il azı 56 nəfər edam edilib - BMT

5 Avqust 18:34
Amnesty-nin çağırışı İsrail-Livan münasibətlərinə necə təsir edəcək?
Yaxın Şərq

Amnesty-nin çağırışı İsrail-Livan münasibətlərinə necə təsir edəcək?

10 İyul 18:34
Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi
ArabAZ təhlil mərkəzi

Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi

6 Aprel 09:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.