6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Sistanidən “Hizbullah”a məktub – Livan xarici maraqlar üçün müharibələrə sürüklənməməlidir

İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.

15 Oktyabr 2025 10:00
Sistanidən “Hizbullah”a məktub – Livan xarici maraqlar üçün müharibələrə sürüklənməməlidir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.

Məktubun, Livanda baş vermiş “peycer” (səyyar rabitə cihazı) partlayışlarından sonra “Hizbullah” rəhbərliyinə nəsihət xarakterli müraciət formasında göndərildiyi bildirilir. Bu barədə “Əş-Şərq əl-Əvsət” qəzeti Beyrut və Nəcəfdəki şiə dini şəxslərlə apardığı müsahibələrə əsasən məlumat yayıb.

Bir livanlı din xadiminin sözlərinə görə, o, “peycer” partlayışlarından bir həftə sonra keçirilmiş qapalı görüşdə məktubun məzmununu dinləyib. Onun sözlərinə görə, mərcəyi-dini (Ayetullah Sistani) rəhbərliyi yalnız şiə möminlərinin deyil, bütün Livan vətəndaşlarının həyatına üstünlük verən qərarlar qəbul etməyə çağırıb.

2024-cü il 17 sentyabr tarixində Livanın paytaxtı Beyrut və cənub bölgəsində “Hizbullah” üzvlərinin istifadə etdiyi çoxsaylı “peycer” rabitə cihazları partlayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, 2700-dən çox insan yaralanıb.

Həmin gün ölkədə şok və çaşqınlıq hökm sürüb.
Livanlı din xadimi “Əş-Şərq əl-Əvsət”ə bildirib ki, “Peycerlərin partlaması sonun başlanğıcı idi.”

Sonrakı həftələrdə İsrail hücumlarını intensivləşdirib və nəhayət Həsən Nəsrullahın qətlə yetirilməsi ilə nəticələnib.

Qaydasız müharibə

Beyrutun cənub kənarındakı evində “Əş-Şərq əl-Əvsət”ə danışan livanlı şiə din xadiminin sözlərinə görə, Sistaninin ofisindən göndərilən məktubda belə deyilirdi:

“Livana qarşı təcavüzün sərhədi yoxdur, müharibənin alovu heç bir qayda ilə tənzimlənmir, bu isə livanlıların həyatını qorumaq məsuliyyətini zəruri edir.”

Livan hakimiyyət orqanlarının məlumatına görə, 2024-cü ilin noyabrına qədər ölkədə 3700 nəfər həlak olub, 15 mindən çox insan yaralanıb. Müharibə isə 2023-cü il oktyabrın 8-də başlamışdı.

İki şiə din xadiminin bildirdiyinə görə, Sistaninin ofisindən göndərilən məktubda bu sözlər xüsusi olaraq vurğulanırdı :“Belə həssas dövrlərdə qərarlar möminlərin xeyrinə olmalı və Livan xarici gündəmlərə xidmət edən, xalqın əzabını artıran müharibələrə sürüklənməməlidir. İraq və dünyanın şiə rəhbərinin məktubu yalnız nəsihət və hikmət xarakteri daşıyır... Bu, Nəcəf mərcəiyyətinin dəyişməz ənənəsidir. Sistaninin nəsihətləri məcburi deyil, lakin onlara diqqətlə qulaq asılır.”

“Əş-Şərq əl-Əvsət” qəzetinin əldə etdiyi məlumata görə, məktub Livandakı Sistani tərəfdarlarının çoxsaylı suallarına cavab olaraq göndərilib. Onların bəziləri müharibə zamanı Nəcəfə sığınmışdı.

İraq din xadiminin sözlərinə görə, Sistaninin Livandakı onlarla müridi müharibənin genişlənməsi fonunda necə davranmalı olduqları barədə suallar ünvanlamışdılar. Ayətullah Sistani bu gün dünyanın milyonlarla şiəsinin mənəvi rəhbəri sayılır və onun müridləri Yaxın Şərq ölkələrində və İranda geniş yayılıb.

Nəcəf və Kərbəla şəhərlərindəki, Sistaninin ofisinin nəzarətində olan dini institutlar İraq hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində müharibədən qaçan minlərlə livanlının yerləşdirilməsinə yardım ediblər.

Livan hökumətinin məlumatına görə, 2024-cü ilin oktyabr ayının ortalarına qədər təxminən 20 min livanlı müharibə bitənə qədər İraqda qalmaq qərarına gəlib. Onların əksəriyyəti Livanın cənub bölgələrindən idi.

2024-cü il 23 sentyabrda, Sistaninin ofisi Nəcəfdə bəyanat yayaraq “İsrailin dağıdıcı təcavüzündən Livan xalqını qorumaq üçün bütün mümkün səylərin göstərilməsinə” çağırıb və əlavə edib ki,“Livanlıların məşəqqətlərini azaltmaq və onların humanitar ehtiyaclarını qarşılamaq üçün hər bir imkan səfərbər edilməlidir.”

Ertəsi gün Həsən Nəsrullah açıqlama yayaraq deyib: “Bu, haqqla batil arasında bir döyüşdür... Biz (israillilərin) çoxluğundan və köməksiz qalmaqdan qorxmuruq.”

Nəcəf üçün Livanın əhəmiyyəti

Ekspertlərin fikrincə, Sistaninin ofisindən gələn məktub, regionun xaosa sürüklənməsi ilə bağlı Nəcəfin ciddi narahatlığını əks etdirirdi.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçısı Hişam Davud bildirib ki, “Nəcəf mərcəiyyəti üçün Livan yalnız çoxsaylı şiələrin yaşadığı bir ölkə deyil, həm də region və beynəlxalq səviyyədə mühüm rola malik bir dövlətdir.”

O, “Əş-Şərq əl-Əvsət”ə açıqlamasında əlavə edib: “Nəcəf üçün Livan dünyayla, xüsusilə Avropa və Qərb ölkələri ilə ünsiyyət qurmaq üçün mühüm bir körpüdür.”

İraq tədqiqatçısının sözlərinə görə, fərqli dinə mənsub insanlarla birgəyaşayış mədəniyyəti Livandan başlanır, bu isə onun çoxmədəniyyətliliyini qəbul etməyi və mövcud tarazlıqları pozmamağı tələb edir.

Davud əlavə edib ki, bu, Sistaninin Livan şiələrinin siyasi baxımdan güclənməsinə qarşı çıxması demək deyil, lakin bu proses yalnız dövlət və onun institutları vasitəsilə, sülh və daxili balansın qorunması şəraitində həyata keçirilməlidir.

Livan müharibəsinin bitməsindən bir ildən çox vaxt keçsə də, “Hizbullah” hərəkatı böyük təzyiq altındadır. Beynəlxalq vasitəçilər və Livan hökuməti təşkilatdan silahlarını təhvil verərək siyasi həyata sülh yolu ilə inteqrasiya etməyi tələb edir. Lakin İrana sadiq “Hizbullah” bu tələbi “İsrailə xidmət” adlandıraraq “silahın eksklüzivliyi” planını həyata keçirməkdən imtina edir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Livan #İraq #HƏMAS #Hizbullah #Mahmud Abbas #Həsən Nəsrullah #Əl-Qəssam Briqadaları #Əli Sistani #peycer #Yaxın Şərq münaqişəsi #İran və Hizbullah əlaqələri #Qəzza müharibəsi #CNRS

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.