7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

Dünyada nələr baş verir? Son günlər Pakistan və Əfqanıstan arasında demək olar ki, balaca müharibə gedir. Axı niyə? Bu sadəcə ərazi mübahisəsi məsələsidir mi? Mən bunu başqa cür oxuyardım. İlk öncə Əfqan cəmiyyəti Suriya cəmiyyəti qədər sekulyar olmadığı üçün burada beynəlxalq qüvvələrin qarşılıqlı razılığı əsasında Suriya modelində bir Ulus dövlət qurulmadı. Bizim şərti "islamçı məhəllə" nin insanları özünü aldatmasın. Suriya xalqının böyük əksəriyyəti sadəcə olaraq Əsəd getməsini və onun yerində daha mülayim hakimiyyətin olmasını istəyirdi. Əfqan cəmiyyəti belə deyildir.

17 Oktyabr 2025 15:29
Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Dünyada nələr baş verir? Son günlər Pakistan və Əfqanıstan arasında demək olar ki, balaca müharibə gedir. Axı niyə? Bu sadəcə ərazi mübahisəsi məsələsidir mi? Mən bunu başqa cür oxuyardım. İlk öncə Əfqan cəmiyyəti Suriya cəmiyyəti qədər sekulyar olmadığı üçün burada beynəlxalq qüvvələrin qarşılıqlı razılığı əsasında Suriya modelində bir Ulus dövlət qurulmadı. Bizim şərti "islamçı məhəllə" nin insanları özünü aldatmasın. Suriya xalqının böyük əksəriyyəti sadəcə olaraq Əsəd getməsini və onun yerində daha mülayim hakimiyyətin olmasını istəyirdi. Əfqan cəmiyyəti belə deyildir.

Ona görə Əfqanıstanda İslam Əmirliyi yarandı. Hətta heç nə etməsə belə bu dünya siyasi sisteminə bir "paz" olaraq yetər. Belə özünü adlandırma belə qıcıq doğurur, beynəlxalq sistemdə. Daha sonra bu yaxınlarda Tramp Əfqanıstandan Bagramı yenidən istədi. Amma Əfqanlar vermədi. Dərhal sonra işə Pakistan qarışdı sanki. Pakistan güclü bir dövlətdir. Nüvə gücüdür. Bu onu üstün edən cəhətdir. Lakin Əfqan xalqı 200 ildir vuruşur. Silahla yatan və artıq bunu özünün bir atributu hesab edən, zaman-zaman mücahid belə ixrac edən xalq olmuşdur. Bir zamanlar, Gulbəddin Hikmətyarın zamanında bura gəlib bizimlə birlikdə Ermənistan və onun dayısının təcavüzünə qarşı vuruşan insanlar da az olmamışdır.

Bəlkə bu yazını onların balaları və ya qohumları belə oxuyacaq. Yəni, dünya tekstilinin fabrikası halına gələn Pakistan Əfqanıstan İslam Əmirliyini bombalaya bilər. Lakin onunla çox davamlı savaşmaz. Çünki o daxilində də puştunlar vardır.

Bir də mən yazanda ki, sonda məqsəd Qəzzada beynəlxalq konsorsium qurmaqdır bəziləri elə belə baxırdı. Mən bunu müsahibələrimdə dəfələrlə demişəm. Bu gün onun ilk mərhələsidir. Əgər HƏMAS silahı yerə qoymasa ona qarşı bütün imza atanların birgə məcburetmə əməliyyatı da istisna deyildir. Maraqlısı odur ki, HƏMAS terrorçu deyil "bir direniş harekatı" deyənlər belə artıq onu silahı təhvil verməsə terror təşkilatı olaraq qəbul edəcəkdir. Hətta əslində edib də. Tramp da açıq dedi. Əgər silahı verməsə biz onu vurarıq. Dünyada bax bunlar baş verir.

Sonra Maduronu da Maçado dirəyibdir. Venesuella sərvətlərini Amerikaya peşkəş çəkməyə hazır olan bir Nobel mükafatı laureatı. Artıq dünyada imperializm açıq oyanır. Bir zaman bala Buş demişdi ya bizimləsən, ya bizə qarşısan. Bu gün yenə eyni şeydir. Eyni. Zərrə qədər fərqi yoxdur.

Məqalədə: #Donald Tramp #HƏMAS #Əfqanıstan #Suriya #Azər Hüseynov #Suriya xəbərləri #Trampın Qəzza planı #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları #Pakistan-Əfqanıstan sərhədi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik

Mövzu üzrə digər xəbərlər

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

18:46
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

18:37
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.