6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hollivudun gizlətdiyi həqiqət: “Zombi” adı əslində müsəlman qəhrəmanın adıdır

“Zombi” sözü bu gün amerika qorxu filmlərində qara sehrin təsiri ilə hərəkət edən, diri-ölü varlıqlar – yəni yaşayan cəsədlər anlamında işlədilir. Öz mahiyyətində bu ifadə yarı ölü, hərəkət edən, ətrafı qorxu yayan, xəstəlik daşıya bilən və ya öldürən uydurma bir obrazı təsvir edir. Zombi obrazı ilk dəfə 1968-ci ildə istehsal olunan “Ölü Məhəlləsinin Gecəsi” (“Night of the Living Dead”) filmində peyda olub. Sonrakı onilliklərdə yüzlərlə qorxu və fantastik filmdə, həmçinin “PUBG” kimi kompüter oyunlarında zombi motivi geniş yayıldı. “Zombi” anlayışı həmçinin Haiti mədəniyyətində və “vudu” dinində də mövcuddur və ölülərin ruh çağırma ayini ilə yenidən dirildildiyini bildirir.

2 Dekabr 2025 12:18
Hollivudun gizlətdiyi həqiqət: “Zombi” adı əslində müsəlman qəhrəmanın adıdır



BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi , NəsrinNəim Bərğusi

“Zombi” sözü bu gün amerika qorxu filmlərində qara sehrin təsiri ilə hərəkət edən, diri-ölü varlıqlar – yəni yaşayan cəsədlər anlamında işlədilir. Öz mahiyyətində bu ifadə yarı ölü, hərəkət edən, ətrafı qorxu yayan, xəstəlik daşıya bilən və ya öldürən uydurma bir obrazı təsvir edir. Zombi obrazı ilk dəfə 1968-ci ildə istehsal olunan “Ölü Məhəlləsinin Gecəsi” (“Night of the Living Dead”) filmində peyda olub. Sonrakı onilliklərdə yüzlərlə qorxu və fantastik filmdə, həmçinin “PUBG” kimi kompüter oyunlarında zombi motivi geniş yayıldı. “Zombi” anlayışı həmçinin Haiti mədəniyyətində və “vudu” dinində də mövcuddur və ölülərin ruh çağırma ayini ilə yenidən dirildildiyini bildirir.

Bəs heç düşündünüzmü: bu söz əslən haradan gəlir?

Az bilinən böyük həqiqət budur ki, “zombi” adı əslində bir əfsanəvi Afrika-braziliyalı müsəlman liderin adıdır — Janja Zombi, və Hollivudun yaratdığı qorxunc obrazla heç bir əlaqəsi yoxdur. O, Braziliyada qurulan ilk müsəlman icmasının rəhbəri olmuş, köləliyə qarşı azadlıq mübarizəsinin simvollarından birinə çevrilmişdir.

Afrikalı müsəlman liderin hekayəsi: Janja Zombinin doğuluşu

Zombinin hekayəsi Portuqaliyanın Braziliyanı müstəmləkəyə çevirməsi ilə başlayır. Yeni koloniyanın qurulması üçün onlara çoxlu əmək qüvvəsi lazım idi. Bu məqsədlə təkcə portuqallar deyil, digər Avropa ölkələri də Afrika sahillərinə yönələrek yerli əhalini kütləvi şəkildə köləliyə aparmağa başladılar.

Afrika Avropanın ən böyük müstəmləkə mənbəyi idi. Minlərlə, milyonlarla afrikalı öz torpaqlarından qoparılaraq ya Avropaya, ya da Amerika qitəsinə kölə kimi daşınırdı. Braziliyada portuqal müstəmləkə dövründə təxminən yarım milyon afrikalı kölə gətirildiyi, ümumilikdə isə Latın Amerikasına aparılanların sayının 13 milyona çatdığı bildirilir — bəzi tarixçilər isə bu rəqəmin daha yüksək olduğunu deyir.

Kölə ticarətinin qara tarixi

16–19-cu əsrlərdə kölə ticarəti ən yüksək həddə çatmışdı. Amerikaların kəşfi ilə böyük miqdarda ucuz əmək qüvvəsinə ehtiyac yaranmışdı. Qəhvə, kakao, pambıq, şəkərqamışı plantasiyaları, qızıl və gümüş mədənləri, tikinti və ev xidmətləri…sadalanan hər yerdə kölə qüvvəsinə ehtiya vardı.

Afrikalı kölələr həm zəhmət, həm də bilikləri ilə Avropanın və Amerikanın iqtisadi sistemini ayaqda saxladılar. Hətta bəzi sahələrdə ağ sahiblərinə əkinçilik və tikinti bacarıqlarını da öyrədirdilər.

Bu dövrdə kölə ticarəti Avropa və Amerika iqtisadiyyatının əsas sütununa çevrilmişdi — “qara əllər, ağ beyinlər” formulası ilə.

Kölə ovçuluğu adlanan reydlərdə Afrikanın mərkəzinə doğru hücum edilir, kəndlər talanır, insanlar qandallanaraq sahilə daşınır və orada Avropa ticarətçilərinə satılırdı.

Afrikalılar gəmi zirzəmilərində dəmir zəncirlərə vurularaq daşınırdı, çoxları yolda ölürdü. Sağ qalanlar isə qeyri-insani şəraitdə işlədilir, təhsildən məhrum edilir, dini ayinlərini yerinə yetirməyə qadağa qoyulur, bəziləri məcburi şəkildə xristianlaşdırılırdı.

Braziliyadakı muzeylərdə saxlanılan sənədlər sübut edir ki, kölə kimi gətirilən afrikalıların böyük əksəriyyəti müsəlman idi və ərəb dilində Quran oxuyurdular. Onların arasında din alimləri də var idi və imkan daxilində təlim verməyə davam edirdilər. Mütəşəkkil üsyanların qarşısını almaq üçün amansız cəzalar tətbiq olunurdu: döymə, yandırma, cinsi zorakılıq, bədən üzvlərinin kəsilməsi…

Qaçan kölələr və “Qara meşəliklər”: Azadlıq uğrunda savaş

Bu ağır şəraitdən xilas olmaq üçün bir çox kölələr meşələrə qaçır, öz icmalarını yaradaraq ağ sahibinə qarşı müqavimət təşkil edirdilər. Bu icmalara “Qara Sığınacaqlar” – “Quilombo” deyilirdi.

Məhz belə icmalardan biri — Palmares — Zombinin doğulduğu yer idi. Orada təxminən 30 min insan yaşayırdı. Əksəriyyət onlar Angoladan və Konqodan gətirilmiş afrikalılar idi. Onlara yerli hindular və kasıb bəzi ağlar da qoşulmuşdu.

Palmares Afrikanın uzaq krallıqlarını xatırladan siyasi sistem qurmuşdu. Onların öz qanunları,sərhəd postları, xüsusi dili,vergi sistemi,ciddi cəza və intizam qaydaları, güclü ordu və müdafiə qüllələri var idi.

Əsas iqtisadi model mübadilə idi — tütün, lobya, kartof, şəkərqamışı əkir, toyuq və mal-qara saxlayır, bunları ətraf icmalarla dəyişdirirdilər. Palmares dövrünün Braziliyasında ən uğurlu azadlıq layihəsi idi.

Zombinin yüksəlişi: müsəlman liderin azadlıq dövləti

Zombi 1655-ci ildə Palmaresdə azad şəkildə doğulub (bəzi mənbələr ildə fərqlənir). Onun əmisi Zumba icmanın rəhbəri idi. Gənc Zombi portuqallarla döyüşlərdə fərqlənirdi.

Daha sonra Zumba portuqallarla razılaşma bağladı: Palmaresa qaçıb gələn kölələr azad ediləcək, əvəzində icma portuqal hakimiyyətini qəbul edəcəkdi. Lakin Zombi bu şərti rədd edərək öz əmisi əleyhinə çevriliş etdi. Gənc lideri dəstəkləyənlər Zumbanın sonradan zəhərləndiyini deyirlər.

Zombi hakimiyyəti ələ aldıqdan sonra Palmaresi gücləndirdi, portuqallara qarşı uzun illər davam edən mübarizənin önünə keçdi, İslamın yenidən dirçəlişinə səbəb oldu. O, öz xalqına dini maarifçilik verdi, din alimlərini təbliğata təşviq etdi və nəticədə **“Braziliya İslam Dövləti”**ni elan etdi.

1678–1694-cü illərdə Zombinin apardığı mübarizələr nəticəsində o, Bahiyanın bir çox bölgələrini azad edərək dövlətə qatdı.

Lakin portuqal hücumlarının çoxluğu nəticəsində dövlət zəiflədi. Zombi son döyüşlərdən birində ayağından ağır yaralandı və Palmares süqut etdi.

Dövlətin paytaxtı Makakos idi. Portuqallar bu adı təhqir məqsədi ilə “meymunlar” mənasında vermişdilər. Şəhər möhkəm torpaq istehkamı ilə əhatələnmişdi və portuqallar onu yalnız top atəşləri ilə ələ keçirə bildilər.

Zombinin ölümü və qəhrəmanlığın ölümsüzləşməsi

1695-ci ilin 20 noyabrında Zombi öz tərəfdarlarından birinin xəyanəti nəticəsində tutuldu. Portuqallar onu vəhşicəsinə öldürdülər — başını və bədənini kəsib şəhərlərdə nümayiş etdirdilər ki, heç kim üsyana cəsarət etməsin.

Palmares əhalisi onillərlə qırıldı, sağ qalanlar satıldı, icmanın yenidən qurulmasının qarşısı alındı. Zombinin rəhbərlik etdiyi hərəkatla bağlı bir çox sənəd ya qəsdən məhv edildi, ya da itdi. Bu səbəbdən rəqəmlər və tarixlər müasirlərin təxmini hesablamalarına əsaslanır.

Zombinin irsi: Müsəlman azadlıq hərəkatının unudulmuş simvolu

Zombi Braziliyada köləliyə qarşı üsyan edən tək lider deyildi — əsrlər boyunca müsəlmanlar da daxil olmaqla müxtəlif qruplar mübarizə aparmışdı. Lakin ən böyük və ən güclü hərəkatı məhz o yaratdı. Bu səbəbdən braziliyalılar onu milli qəhrəman kimi xatırlayırlar, filmlər çəkilib, heykəllər ucaldılıb.

Braziliyada köləlik yalnız 1888-ci ildə ləğv edildi — yüz minlərlə insanın canı bahasına. Bu müddətdə bir çox afrikalı müsəlman nəslinin İslam kimliyi unuduldu.

Rəsmi olaraq Braziliyada “Afro-braziliyalı Kimlik Günü” hər il 13 mayda qeyd olunur. Lakin Afrika əsilli braziliyalılar 20 noyabrı — Zombinin öldürüldüyü günü — “Zombi Günü” kimi qeyd edərək onun mübarizəsini yaşadırlar.

Məqalədə: #Hollivudun gizlətdiyi həqiqət: Zombi adı əslində müsəlman qəhrəmanın adıdır #Braziliyanın unudulmuş müsəlman lideri: Zombi kim idi? #Zombi obrazının həqiqi sahibi: əsirliklə mübarizə aparan afrikalı sərkərdə #Kino sənayesinin təhrif etdiyi tarix: Zombi əslində bir qəhrəman idi #Palmares Krallığı və Zombinin İslam mübarizəsi #Köləlik tarixinin gizlədilən üsyançısı: Janja Zombi #Afrikadan Braziliyaya uzanan İslam dirənişi: Zombinin hekayəsi #Qorxu filmləri yalan danışır: Zombi əslində azadlıq simvoludur #Braziliya tarixinin ən böyük üsyançısı: Zombinin inqilabı #Настоящий Зомби: голливуд исказил образ мусульманского героя #Афро-бразильский лидер-мусульманин #скрытый киноиндустрией #Зомби был не монстром #а борцом за свободу #История Зомби: кто стоял за легендой? #Голливуд переосмыслил героя как чудовище #Джанджа Зомби — лидер #которого превратили в миф #Зомби: символ сопротивления рабству #The Real Zombie: The Muslim Brazilian Hero Hollywood Distorted #Zombie Was Not a Monster — He Was a Freedom Fighter #The True Story Behind the Word Zombie #The Forgotten Muslim Leader Who Built an African State in Brazil #Hollywood Lied: Zombie Was a Hero #Not the Undead #Palmares Kingdom and Its Defender: The Real Zombie #Zumbi dos Palmares: A Name America Turned Into a Monster #Hollywood’un çarpıttığı gerçek: Zombi aslında Müslüman bir kahramandı #Brezilya’nın unutulan Müslüman lideri Zombi kimdi? #Zombi bir canavar değil #özgürlük savaşçısıydı #Palmares İslam devletinin lideri: Gerçek Zombi #Sinemanın ters yüz ettiği tarih: Zombi’nin gerçek hikâyesi #Afrika’dan Brezilya’ya uzanan direniş: Zombi #Zombi efsanesinin arkasındaki Müslüman kahraman #Köleliğe karşı en güçlü isyan: Zombi’nin öyküsü #ABD korku filmleri yalan söylüyor: Zombi bir kahramandı #Brezilya tarihinin destansı lideri: Zumbi

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

12:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?

09:00
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
ArabAZ analitika: Geosiyasi təhlillər

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri

5 Sentyabr 20:31

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.