4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Köklərdən ayrılmadan gələcəyi formalaşdıran lider: BƏƏ modelinin yüksəlişi və Şeyx Məhəmməd bin Zayedin strateji baxışı

Bugünkü dünyada dövlətlərin çoxu çağırışların ardıcıl təzyiqi altında yolunu itirdiyi bir zamanda Birləşmiş Ərəb Əmirlikləri öz dayanıqlı inkişaf modeli, yenilikçi baxışı və sosial harmoniyası ilə seçilir. Bunun arxasında sadəcə iqtisadi resurslar və ya coğrafi imkanlar deyil, dərin liderlik fəlsəfəsi və strateji vizionla hərəkət edən dövlət idarəçiliyi dayanır. Bu vizionun baş memarı isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır — həm təsisçilərin yolunu davam etdirən, həm də o yolu yenidən dizayn edən, modern dünyanın mürəkkəb çağırışlarına uyğunlaşdıran lider.

3 Dekabr 2025 13:16
Köklərdən ayrılmadan gələcəyi formalaşdıran lider:  BƏƏ modelinin yüksəlişi və Şeyx Məhəmməd bin Zayedin strateji baxışı


BAKI,AzerVoice

Bugünkü dünyada dövlətlərin çoxu çağırışların ardıcıl təzyiqi altında yolunu itirdiyi bir zamanda Birləşmiş Ərəb Əmirlikləri öz dayanıqlı inkişaf modeli, yenilikçi baxışı və sosial harmoniyası ilə seçilir. Bunun arxasında sadəcə iqtisadi resurslar və ya coğrafi imkanlar deyil, dərin liderlik fəlsəfəsi və strateji vizionla hərəkət edən dövlət idarəçiliyi dayanır. Bu vizionun baş memarı isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır — həm təsisçilərin yolunu davam etdirən, həm də o yolu yenidən dizayn edən, modern dünyanın mürəkkəb çağırışlarına uyğunlaşdıran lider.

Şeyx Məhəmməd bin Zayedin ideyaları BƏƏ-ni təkcə iqtisadi gücə çevirməyib, həm də insan yönümlü inkişaf modelinin qlobal nümunəsinə çevirmişdir. Onun sözləri, əslində, ölkənin strateji xəttinin açarıdır:

“İnsan — həm başlanğıc, həm də məqsəddir.”

Bu fikir təkcə sosial siyasətin deyil, bütün dövlət idarəçiliyinin bünövrəsinə çevrilib. Bu səbəbdən də BƏƏ-də hər layihə, hər proqram insanın rifahı, təhsili, təhlükəsizliyi və gələcək nəsillərə ötürüləcək dəyərlər üzərində qurulur.
Şeyx Məhəmməd bin Zayed tarixi qucaqlayıb, indiki nəsilləri gələcəyə aparan liderdir

Şeyx Məhəmməd bin Zayedin rəhbərliyində BƏƏ, kökünə sadiqliklə modernlik arasında mükəmməl bir balans yaradaraq unikal dövlət idarəçiliyi modeli formalaşdırıb.

Ənənə və modernliyin sintezi

BƏƏ-nin inkişafı Şərq və Qərb arasında körpü rolunu oynayan bir fəlsəfəyə əsaslanır:kimliyi itirmədən yenilik yaratmaq, dəyərləri qoruyaraq inkişaf etmək və lider, lokomativ ölkə olmaq.

Bu səbəbdən BƏƏ həm texnoloji innovasiyalar sahəsində liderdir, həm də ərəb dilinin, milli mədəniyyətin və ailə institutunun qorunmasını dövlət strategiyasının ayrılmaz hissəsi sayır.

Ailə İli — cəmiyyətin təməli olaraq ailə modelinin gücləndirilməsi

2026-cı ilin Ailə İli elan edilməsi, əslində, BƏƏ-nin inkişaf konsepsiyasının mühüm hissəsidir. Bu qərarın arxasında dərin sosial fəlsəfə dayanır. Sabit ailə — sabit dövlət deməkdir anlayışı hər şeyin fövqündədir.

Təhsildə dünya liderliyi

BƏƏ tədris sistemində islahatları yalnız müasir texnologiyalara keçid kimi görmür. Bu islahatlar yaradıcı düşünən, beynəlxalq rəqabətə hazır, eyni zamanda öz kimliyinə bağlı bir nəsil yetişdirməyi qarşıya məqsəd qoyur.

İqtisadiyyat: Neftdən kənara çıxan güclü, innovativ model

BƏƏ dünyanın neftdən asılı olmayan ən diversifikasiya olunmuş iqtisadi modellərindən birini qurub.
Bu gün: kosmik sənaye inkişaf edir (Hope Mars Mission, lunar proqramlar),süni intellekt üzrə xüsusi nazirlik fəaliyyət göstərir. Eləcə də,qlobal logistika və ticarət mərkəzi kimi rol güclənir, bərpa olunan enerji layihələri ilə dünya enerji xəritəsini dəyişir. Bu, təkcə iqtisadi güc deyil, eyni zamanda Şeyx Məhəmməd bin Zayedin strateji uzaqgörənliyin nəticəsidir.

Dayanıqlı inkişaf və qlobal məsuliyyət

BƏƏ-nin iqlim neytrallığı hədəfi, yaşıl enerji təşəbbüsləri və COP28 kimi beynəlxalq tədbirlərin ev sahibliyi, ölkəni dayanıqlı inkişaf üzrə qlobal liderlərdən birinə çevirib.

Şeyx Məhəmməd bin Zayedin hər zaman qeyd edib ki, “Gələcək nəsillərin hüququ bu günün qərarlarından başlayır.”Bu baxış BƏƏ modelini yalnız regional deyil, qlobal səviyyədə nümunəyə çevirir.

Xarici siyasət: Sabitlik və dialoq üzərində qurulan güc balansı

BƏƏ-nin xarici siyasəti emosional reaksiyalara deyil, məsuliyyət və strategiyaya əsaslanır.
Bu siyasət üç dayağa söykənir:Sülhün təşviqi, regional sabitliyin qorunması və Diyalog və diplomatiyanın üstünlüyü. Bu yanaşma BƏƏ-ni bölgədə gərginlik yaradan deyil, gərginlik azaldan ölkə kimi tanıdır.

“BƏƏ — onu öz vətəni sayan hər kəsi qəbul edir”-Bu cümlə Prezidentin nitqinin ən güclü məqamlarından biri idi.
O, BƏƏ-ni açıq,inklüziv, qonaqpərvər, çoxmillətli bir cəmiyyətin nümunəsi kimi təsvir edir. Bu gün milyonlarla insan üçün BƏƏ sadəcə çalışmaq məkanı deyil, eyni zamanda ikinci vətəndir.

BƏƏ modeli — XXI əsrin inkişaf konsepsiyası

Şeyx Məhəmməd bin Zayedin çıxışı sadəcə bayram nitqi deyildi. Bu nitq: strateji vizionun manifesti, dövlət idarəçiliyi fəlsəfəsinin aydın təsviri, gələcək tədqiqatlar üçün konseptual sənəd və ən əsası, BƏƏ-nin dünyaya bir mesajı idi. Bu mesaj isə bu idi : “Biz gələcəyi gözləmirik — biz onu öz əllərimizlə inşa edirik.” Bu gün BƏƏ bütün yalnız region üçün deyil, bütün dünya üçün inkişaf modelidir —
dəyərləri qorumadan modernləşməyin, insanı unutmadan güclənməyin mümkün olduğunu sübut edən nadir nümunə.

Məqalədə: #təhsil #BƏƏ-nin Liderlik Modeli: Şeyx Məhəmməd bin Zayedin gələcəyə yönəlik vizionu #İnsan mərkəzli inkişaf: BƏƏ-nin dünyaya nümunə olan idarəçilik sistemi #BƏƏ niyə XXI əsrin ideal dövləti hesab olunur? Analitik baxış #Əmirliklərin yeni inkişaf dövrü: Kimlikdən gələcəyə uzanan strateji yol #Şeyx Məhəmməd bin Zayedin nitqi — BƏƏ-nin gələcək xəritəsi #ailə və innovasiya: BƏƏ modelinin yüksəlişi #BƏƏ-nin inkişafı: Dəyərlərdən güc alan modern dövlətçilik #BƏƏ hansı səbəbdən qlobal sabitlik modelinə çevrilib? #Əmirliklər: Köklərə sadiqlik və modern inkişafın unikal sintezi #BƏƏ-nin uğur formulu: İnsan #kimlik və innovasiya üçbucağı #UAE’s Leadership Model: Sheikh Mohamed bin Zayed’s Vision for the Future #Why the UAE Became a Global Example of Modern Development #Human-Centered Governance: The Core of the UAE’s Success Story #A New Era for the UAE: Identity #Innovation and Sustainable Growth #President Sheikh Mohamed’s Union Day Speech as a Roadmap for the Future #How the UAE Built One of the World’s Most Resilient Development Models #The UAE: A Global Model of Stability and Forward-Looking Leadership #Education #Family and Innovation: The Pillars of UAE’s Progress #BAE’nin Liderlik Modeli: Şeyh Muhammed bin Zayed’in Gelecek Vizyonu #BAE neden 21. yüzyılın örnek ülkesi oldu? Analitik değerlendirme #İnsan merkeze alınan kalkınma: BAE’nin başarı formülü #BAE’nin yeni dönemi: Kimlik ve modernleşmenin stratejik uyumu #Şeyh Muhammed bin Zayed’in konuşması — ülkenin gelecek yol haritası #Gelenek ve inovasyonun buluşması: BAE kalkınma felsefesi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

2 Sentyabr 10:22
Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək
Mədəniyyət

Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

21 İyul 18:32
Livanda 100 min uşaq yeni dərs ilindən kənarda qala bilər - UNICEF
Yaxın Şərq

Livanda 100 min uşaq yeni dərs ilindən kənarda qala bilər - UNICEF

3 İyul 18:32
Atəşkəs barədə deyilənlər reallığı əks etdirmir
Yaxın Şərq

Atəşkəs barədə deyilənlər reallığı əks etdirmir

30 İyun 19:43

Son Xəbərlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.