15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Çinin Tayvan ətrafında son hərbi təlimləri nə mesaj verir?

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Justice Mission 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər son üç ildə Tayvan ətrafında keçirilən altıncı böyük hərbi manevr olmaqla yanaşı, miqyası və taktiki məqsədlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənib.Çin Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin məlumatına əsasən, təlimlər Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində yerləşən hava və dəniz məkanlarını əhatə edib. Manvrlər zamanı döyüş gəmiləri, qırıcılar, bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərdən istifadə olunub.

30 Dekabr 2025 20:52
Çinin Tayvan ətrafında son hərbi təlimləri nə mesaj verir?

BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Justice Mission 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər son üç ildə Tayvan ətrafında keçirilən altıncı böyük hərbi manevr olmaqla yanaşı, miqyası və taktiki məqsədlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənib.

Çin Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin məlumatına əsasən, təlimlər Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində yerləşən hava və dəniz məkanlarını əhatə edib. Manvrlər zamanı döyüş gəmiləri, qırıcılar, bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərdən istifadə olunub.

Blokada və real döyüş ssenariləri

Məlumata görə, Çin qüvvələri Tayvanın hava məkanına nəzarətin ələ keçirilməsi, əsas limanların – o cümlədən Keelung və Kaohsiung limanlarının – blokadaya alınması, eləcə də kritik infrastruktur və dəniz hədəflərinə zərbələrin endirilməsi ssenarilərini məşq edib.

Təlimlərin ikinci günündə beş zonada 10 saatlıq real döyüş atışları həyata keçirilib. Tayvan Sahil Mühafizəsinin məlumatına əsasən, Çin qüvvələri iki təlim zonasına yeddi raket atıb.

Əvvəlki təlimlərdən əsas fərqlər

Təhlükəsizlik üzrə analitiklərin fikrincə, “Justice Mission 2025” son illərdə keçirilən təlimlər arasında əhatə dairəsinə görə ən genişmiqyaslı olub. Təlim zonalarının bir hissəsinin Tayvanın ərazi sularına daxil olması eskalasiya kimi qiymətləndirilir.

Mütəxəssislər bildirir ki, bu dəfə təlimlər açıq şəkildə Tayvanın dəniz və hava blokadasına fokuslanıb və bu, ABŞ, Yaponiya və regiondakı digər aktorlara yönəlmiş açıq mesaj kimi dəyərləndirilir. Blokada ssenarisi Tayvanın enerji daşıyıcıları – təbii qaz və kömür idxalına ciddi zərbə vura, eyni zamanda Tayvan boğazından keçən qlobal ticarət marşrutlarını poza bilər.

Təlimlərin siyasi fonu

Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ı Taypeyə silah satmaqla ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. “Justice Mission 2025” təlimləri Vaşinqtonun Tayvana 11,1 milyard dollar həcmində rekord silah satışını təsdiqləməsindən bir neçə gün sonra keçirilib.

Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, təlimlər “Tayvanın müstəqilliyini təşviq edən separatçı qüvvələrə qarşı cəza və çəkindirici tədbir” xarakteri daşıyır.

Tayvan və ABŞ-ın reaksiyası

Tayvan hakimiyyəti təlimlər fonunda onlarla daxili reysi ləğv edib, yüzlərlə beynəlxalq uçuşun gecikə biləcəyi barədə xəbərdarlıq edib. Müdafiə naziri Wellington Koo Çinin addımlarını “regional sabitliyə ciddi təhdid” kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Trump isə jurnalistlərə açıqlamasında vəziyyətdən narahat olmadığını bildirib və Si Cinpin ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.

Məqalədə: #v #Çin Tayvan ətrafında ən genişmiqyaslı hərbi təlimlərini keçirdi #Justice Mission 2025: Çin Tayvanın blokadasını məşq edir #Tayvan ətrafında gərginlik: Çin real döyüş atışlarına başladı #Çin Tayvan ətrafında yeni hərbi ssenariləri sınaqdan keçirdi #Pekinin Tayvan mesajı: blokada və real raket atışları #Asiya-Sakit okean regionunda hərbi eskalasiya dərinləşir #Çin Tayvanı mühasirəyə alma ssenarisini məşq etdi #Tayvan ətrafında Çin hərbi manevrləri genişlənir #Pekin-Taypey xəttində gərginlik yeni mərhələyə keçir #China expands Taiwan war games with blockade scenarios #Justice Mission 2025 marks escalation around Taiwan #China tests A2/AD strategy near Taiwan #Çin Tayvan hərbi təlimləri #Tayvan ətrafında Çin manevrləri #Çin Tayvan blokadası ssenarisi #ABŞ Tayvan silah satışı #Çin-ABŞ Tayvan gərginliyi #Asiya-Sakit okean təhlükəsizliyi #Taiwan Strait military drills #China A2/AD strategy #Taiwan port blockade risks

Mövzu üzrə digər xəbərlər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
ArabAZ analitika: Geosiyasi təhlillər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?

11:30
Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
ArabAZ analitika: Geosiyasi təhlillər

Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə

10:00
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

14 Sentyabr 15:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00

Son Xəbərlər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
11:30
Ciddədə altıncı Həcc Konfransı və Sərgisi keçiriləcək
Ciddədə altıncı Həcc Konfransı və Sərgisi keçiriləcək
11:27
İraq Fransadan qaçaqların və oğurlanmış dövlət vəsaitlərinin qaytarılmasını istəyib
İraq Fransadan qaçaqların və oğurlanmış dövlət vəsaitlərinin qaytarılmasını istəyib
11:11
Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir
Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir
10:59
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
10:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.