4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Hizbullahın səhvləri Livanı uçuruma aparır, SEPAH milli təhlükəsizliyimizə təhdiddir – Livan baş naziri

Livan hökumətinin başçısı hakim Nəvaf Salam ,Beyrut İsrailin Livana qarşı müharibəsini dayandırmaq, bunun ümumilikdə livanlılara, xüsusən də məcburi köçkünlərə göstərdiyi fəlakətli təsirləri azaltmaq üçün siyasi və diplomatik müstəvidə əlindən gələni edir. Baş nazir Salam qeyd edib ki, diplomatik səylər hələ arzulanan nəticəni verməyib. Buna səbəb Livanın vəziyyətinin regiondakı böhranlar və davam edən müharibə ilə bağlı olmasıdır.

8 Mart 2026 10:36
Hizbullahın səhvləri Livanı uçuruma aparır, SEPAH milli təhlükəsizliyimizə təhdiddir – Livan baş naziri

BAKI,VOA, Analitik Təhlil Mərkəzi

Livan hökumətinin başçısı hakim Nəvaf Salam ,Beyrut İsrailin Livana qarşı müharibəsini dayandırmaq, bunun ümumilikdə livanlılara, xüsusən də məcburi köçkünlərə göstərdiyi fəlakətli təsirləri azaltmaq üçün siyasi və diplomatik müstəvidə əlindən gələni edir.

Baş nazir Salam qeyd edib ki, diplomatik səylər hələ arzulanan nəticəni verməyib. Buna səbəb Livanın vəziyyətinin regiondakı böhranlar və davam edən müharibə ilə bağlı olmasıdır.

Onun sözlərinə görə, əgər «Hizbullah»ın bu prosesə qoşulmaqla yol verdiyi strateji səhv olmasaydı, Livan bu fəlakətlərdən yayına bilərdi. Bu səhv həm Livan, həm də partiyanın qorumaq istədiyini iddia etdiyi mühit üçün ağır nəticələrə yol açıb. Salam qeyd edib ki, bu müharibə bütün livanlılara diktə olunub və onların maraqlarına xidmət etmir və döyüşlərin dərhal dayandırılması təxirəsalınmaz milli ehtiyacdır.

Baş nazir bildirib ki, beynəlxalq səylər İsrailin sərt mövqeyi, ABŞ-ın davam edən müharibə ilə məşğul olması və bu gərginliyin Fars körfəzi regionunun təhlükəsizliyinə mənfi təsirləri ilə üzləşir.

Salam hökumətin «Hizbullah»ın təhlükəsizlik və hərbi fəaliyyətlərini qadağan edən son qərarlarını icra etmək əzmində olduğunu təsdiqləyib. O qeyd edib ki, silahlı qüvvələr və məhkəmə sistemi bu çərçivədə öz vəzifəsini yerinə yetirir, lakin müharibə şəraiti tətbiqi çətinləşdirir.

Həmçinin, İran vətəndaşları üçün viza rejiminin sərtləşdirilməsinə də toxunan Salam bildirib ki, buna səbəb İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) mənsub olduğu ehtimal edilən şəxslərin Livanın milli təhlükəsizliyini təhlükəyə atan fəaliyyətləri barədə daxil olan kəşfiyyat məlumatlarıdır.

Qərar verildikdən sonra bir neçə belə şəxsin ölkəni tərk etdiyini deyən Baş nazir, Livanın İranla dövlətlərarası səviyyədə ən yaxşı münasibətlər qurmaq istədiyini, lakin Livan xalqının taleyinin başqa bir dövlətin maraqlarına bağlanmasını qətiyyətlə rədd etdiyini vurğulayıb.

İnsan faktoru barədə danışan Salam, Cənub bölgəsi və Beyrutun ətraf qəsəbələrindən olan kütləvi köçün böyük humanitar problemlər yaratdığını bildirib. Dövlət imkanlarının məhdud olmasına baxmayaraq, hökumətin sığınacaq, qida və dərman kimi təməl ehtiyacları qarşılamağa çalışdığını və bu prosesə Hökumət Sarayındakı Fəlakət Bölməsinin Əməliyyat Otağı vasitəsilə şəxsən nəzarət etdiyini qeyd edib.

Bu ərəfədə Fransa böhranın həlli üçün ehtiyatlı cəhdlərini davam etdirir. Fransa prezidenti Emmanuel Makron son iki gündə üçüncü dəfə Livan prezidenti Cozef Aunla telefonla danışıb, lakin Livan Rəyasət Heyətinə yaxın mənbələr hələlik ciddi bir irəliləyişin olmadığını bildirib. Mənbələr «əl-Şərq əl-Avsat»ə açıqlamasında məsələlərin yetişməsi üçün daha çox vaxta ehtiyac olduğunu, bu həftənin ortasında, xüsusən də Aunun çıxış yolları üçün təmasda olduğu ABŞ tərəfi ilə ciddi hərəkətliliyin gözlənildiyini qeyd ediblər.

Prezident Aun həmçinin İspaniya kralı VI Filipdən telefon zəngi alıb. Kral Livanın keçdiyi bu həssas dönəmdə İspaniyanın onların yanında olduğunu təsdiqləyib.

Digər tərəfdən, İsrailin müdafiə naziri İsrael Kats Livan hökumətinə xəbərdarlıq edərək bildirib ki, onlar «Hizbullah»ı tərksilah etməlidir, əks halda «ağır bədəl» ödəyəcəklər.

Kats bəyanatında: «Livan ərazisində suverenlik iddiamız yoxdur, lakin Livan torpaqlarından İsrailə atəş açılması kimi illərdir davam edən vəziyyətin təkrarlanmasına icazə verməyəcəyik. Ona görə də xəbərdarlıq edirik: biz daha kəskin addımlar atmadan əvvəl siz hərəkətə keçin».-deyib.

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plassxaert isə şənbə günü Livan və İsrail arasında hərbi qarşıdurmanı dayandırmaq üçün danışıqlara çağırıb.

«Livan və İsrail arasında danışıqların aparılması gələcək nəsillərin eyni kabusu təkrar-təkrar yaşamasının qarşısını alan həlledici amil ola bilər. Vəziyyət indi təhlükəlidirsə, gələcəkdə daha da pisləşəcəyi dəqiqdir. Çox sayda insan əzab çəkmək riski altındadır. Hərbi əməliyyatlar dayanmalıdır».-deyə o bildirib.

Məqalədə: #Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah #Hizbullah #SEPAH #Livan xəbərləri #Hizbullah tərəfdarlarının etirazı #Nəvaf Salam hökuməti #Livan Baş naziri #Cozef Aun #SEPAH casusları #Nəvaf Salam #Sepah və Suriya #Cözef Aun və Hizbullah #Nəvaf Salam Hizbullah barədə açıqlama #Nəvaf Salam: Livanın taleyi İranın maraqlarından asılı olmamalıdır #İsraildən Livana sərt xəbərdarlıq və Beynəlxalq birliyin böhranı həll etmək cəhdləri

Mövzu üzrə digər xəbərlər

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

31 Avqust 21:22
Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb
Livan

Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

31 Avqust 20:42
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
İran

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

31 Avqust 10:30

Son Xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.