4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

İran müharibəsi... Türkiyənin qayğıları və hesablamaları

İrana qarşı davam edən hazırkı müharibə ilə paralel olaraq, Türkiyə olduqca narahat siyasi və təhlükəsizlik dövrü yaşayır. Qərar qəbul etmə mərkəzinə yaxın dairələr və "dərin dövlət"ə yaxın olan siyasi qüvvələr, regionda baş verəcək geosiyasi transformasiyalar Türkiyənin regional bütövlükdəki roluna və mövqeyinə təsir edəcəyindən ehtiyatlanırlar.

24 Mart 2026 09:00
İran müharibəsi... Türkiyənin qayğıları və hesablamaları

BAKI,VOA Analitik Təhlil Mərkəzi

İrana qarşı davam edən hazırkı müharibə ilə paralel olaraq, Türkiyə olduqca narahat siyasi və təhlükəsizlik dövrü yaşayır. Qərar qəbul etmə mərkəzinə yaxın dairələr və "dərin dövlət"ə yaxın olan siyasi qüvvələr, regionda baş verəcək geosiyasi transformasiyalar Türkiyənin regional bütövlükdəki roluna və mövqeyinə təsir edəcəyindən ehtiyatlanırlar.

İranda kürd məsələsinin yüksəlməsi, məzhəbçi qütbləşmə səviyyəsinin artması və tarixi bir imperiyanın varisi olaraq Türkiyə ilə eyniləşdirilən İran dövlətinin bağlarının parçalanma ehtimalı Türkiyədə siyasi və təhlükəsizlik "siqnalı" yaradır.

Prezident Ərdoğanın hakim koalisiyadakı ortağı və ölkədəki dərin dövlət institutlarına nəzarəti ilə tanınan liderlərdən biri olan "Milliyyətçi Hərəkat Partiyası"nın (MHP) sədri Dövlət Baxçalı, Türkiyənin İranda baş verənlərlə bağlı qayğılarını qısa şəkildə ifadə etdi. O, partiyasının təşkil etdiyi Ramazan iftarındakı uzun çıxışında belə dedi:

"Suriya təcrübəsi bizə baha başa gələn bir qiymətlə öyrətdi ki, dövlət hakimiyyətinin zəiflədiyi bölgələr tezliklə müxtəlif silahlı qrupların, proksi ünsürlərin, qeyri-qanuni miqrasiya hərəkatlarının, qeyri-qanuni iqtisadi şəbəkələrin və xarici müdaxilələrin meydanına çevrilir. Hazırda İranda cəmləşən hadisələrə də eyni ehtiyatla baxılmalıdır. Bir bölgədə hakimiyyət boşluğu yarananda ora əvvəl silahlar, sonra kəşfiyyat orqanları, ardınca isə proksi müharibələri çatır. Bundan sonra isə həmin bölgənin xalqı başqalarının gündəliyi altında əzilir. Əsl sual budur: Əgər bütün bunlar İran kimi bir dövlətdə baş verərsə, qurulacaq yeni regional strukturda Türkiyə harada olacaq?!"

İraq müharibələrinin yaddaşı

Türkiyənin siyasi, media və xalq mühiti 1980-ci illərin əvvəllərindən bəri ardıcıl gələn "İraq müharibələri" zamanı yaşadıqlarına bənzər bir vəziyyət içindədir. Belə bir hiss var ki, hazırkı müstəsna regional dəyişikliklər Türkiyənin daxili tarazlıqlarına təsir edəcək və müharibə daha çox uzanarsa, ölkəyə qaçqın dalğaları axışacaq. Həmçinin, baş verənlərlə bağlı Türkiyənin siyasi qüvvələri arasında fikir ayrılıqları və daxili qütbləşmə formaları yaranacaq ki, bu da Türkiyə hökumətini daxildə və regionda çətin qərarlar verməyə sövq edəcək.

Türkiyə mediası Müdafiə Nazirliyinin Türkiyə ilə İran arasında "sərhəd bufer zonası" yaratmaq cəhdləri barədə məlumatlar yayıb. Bu, müharibədə baş verə biləcək hər hansı sahə inkişafına hazırlıq və milyonlarla qaçqının İran ərazisindən Türkiyəyə axınının qarşısını almaq məqsədi daşıyır.

"Əl-Məcəllə" Van vilayətinə tabe olan "Güleçler" sərhəd kəndinin sakinləri ilə əlaqə saxlayaraq onlardan sərhəd bölgəsində hər hansı fövqəladə tədbirin olub-olmadığını soruşub. Sakinlər hər hansı xüsusi tədbirin olduğunu inkar etsələr də, həmin bölgədə hərbi avtobusların hərəkətinin sıxlaşdığını və artdığını təsdiqləyiblər.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Feysəl Dəniz "Əl-Məcəllə"yə verdiyi müsahibədə Türkiyənin strateji hesablamalarını izah edərək bildirdi ki, bu növ tədbirlər müharibə nəticəsində yarana biləcək fövqəladə hallarda xidmət səmərəliliyini artırmaq üçün edilən sadə logistik işlər deyil. Əksinə, bu, çox xüsusi bir vəziyyətlə davranmağa hazırlaşan siyasi və təhlükəsizlik strateji səyinin bir hissəsidir.

"İsrail və İran arasındakı son müharibədən dərhal sonra Türkiyə Milli Kəşfiyyat Akademiyası 'On iki günlük müharibə və Türkiyənin dərsləri' adlı hesabat dərc etdi. Hesabatda qeyd olunurdu ki, Türkiyənin bu köklü hadisə ilə rəftarındakı əsas boşluq, milyonlarla iranlı qaçqının Türkiyə ərazisinə gəlməsinə hazırlıqsız olması və ya onların axınının qarşısını ala bilməməsidir. İrandakı etnik müxtəliflik və onun Türkiyə daxilindəki ilə iç-içə olması, həmçinin əhalinin sıxlığı daxili təhlükəsizliyə strateji təhlükə yarada bilər."-deyə, Dəniz müsahibəsində bildirib.

O hesab edir ki, İki ölkə arasında bufer zona yaratmaq sadə məsələ deyil,çünki iki ölkə arasındakı sərhədin uzunluğu təxminən 550 kilometrdir və onun mütləq əksəriyyəti olduqca dağlıq və sıldırım ərazilərdir.

“Bəzi hissələrdə çox iti qayalıq dağlar var ki, buna görə Türkiyə heç bir vaxt qaçaqmalçılıq əməliyyatlarını və ya mühacirlərin keçidini dayandıra bilməyib. Bununla yanaşı, həmin ərazilər demək olar ki, əhalisizdir, yəni təchizat şəbəkəsi və logistik xidmətlər nisbətən uzaqdadır. Bu, faktiki olaraq Suriya ilə olan quru sərhədinin əksidir. Suriyada sərhəd divarının tamamlanması şəhərlərə yaxınlığına və Türkiyə Jandarmeriya qüvvələrinin ənənəvi yerləşməsinə görə bir neçə il çəkmişdi. Bu mənada, Türkiyənin siyasi və təhlükəsizlik düşüncəsində planlaşdırılan şey, İraq müharibəsi səbəbindən baş verənlərdən qat-qat çox olacaq İran müharibəsinə uzunmüddətli bir hazırlıqdır. Türkiyə özünü iki seçim qarşısında görür: ya milyonlarla qaçqını qəbul etmək və ardınca – 90-cı illərin əvvəllərində prezident Turqut Özalın mühacirləri geri qaytarmaq üçün İraq kürdlərinin siyasi vəziyyətini qəbul etdiyi kimi – daxildə və xaricdə sərt siyasi qərarlara hazır olmaq. Yaxud da bu müharibəyə köklü bir əleyhdar mövqedən tam qarşı çıxmaq və nəticədə, xüsusən ABŞ-dan gələcək strateji təsirləri qəbul etmək (necə ki, Türkiyənin 2003-cü ildə Amerikanın İraq müharibəsinə etirazı zamanı baş vermişdi)."-deyə o bildirib.

Üç narahatlıq doğuran İran faylı

İranın qərbində, Türkiyə sərhədi yaxınlığında yaşayan milyonlarla yoxsul insanın Avropa İttifaqına çatmaq üçün qaçmaq istəyi Türkiyənin daxili təhlükəsizliyi üçün strateji təhlükə yarada bilər. Lakin hazırlanan hesabatda Türkiyə dövlətinin sərt nüvəsi üçün son dərəcə təhlükəli olan üç həqiqət yer almayıb.
Belə ki, qaçqın axını ölkədə milliyyətçilik hisslərini mütləq artıracaqdır ki, bu da təkcə mühacirlərə qarşı deyil, həm də Türkiyə kürdlərinə və Türkiyədə yaşayan milyonlarla suriyalı qaçqına qarşı toqquşma xarakterli olacaqdır. Ötən illər ərzində qaçqın məsələsi daxili mənzərəni, xüsusən qaçqınların məzhəbçi meyilləri alovlandırmaqdakı rolu bucağından hərəkətə gətirən ən fəal oyunçu olmuşdur. Həmçinin İran daxilində bir neçə milyon əfqan qaçqın var və ehtimal olunur ki, məhz onlar Türkiyəyə gələn ilk qaçrın dalğasında yer alacaqlar.
Çünki onların yaşadıqları bədbəxt həyat şəraiti, İran işçi təbəqəsinin geniş kütlələri tərəfindən onlara qarşı edilən irqçilik və istismar, həmçinin aydın hüquqi və təhlükəsizlik qoruma mexanizminin olmaması onları nəyin bahasına olursa-olsun Türkiyəyə tərəf köç etməyə sövq edəcək. (Baxmayaraq ki, rəsmi İran ölkədə iqrçilitin olmadığını iddia edir) Onları İrana və ya Əfqanıstana qaytarmaq isə qeyri-mümkündür. Bu iki məsələ ilə yanaşı, milyonlarla qaçqının axını onların düşərgələrdə deyil, Türkiyənin müxtəlif şəhərlərində yerləşdirilə bilməməsi demək olacaq və nəticədə, dövlət xəzinəsinə əlavə yüklər gətirəcək fövqəladə təhlükəsizlik hazırlığı tələb edəcəkdir.

Müharibə davam edərkən Türkiyə İranın daxili ilə bağlı üç məsələdən narahatdır ki, onların Türkiyəyə, xüsusən daxildəki hazırkı siyasi tarazlıqlara obyektiv təsiri var.

Birincisi: Müştərək sərhəd boyunca sayları 7-10 milyon arasında dəyişən milyonlarla İran kürdü yayılıb və onlar üç sərhəd vilayətinin əksəriyyətini təşkil edirlər. İran kürdlərinin hazırkı vəziyyəti Türkiyəyə ötən illər ərzində Suriya kürdlərinin vəziyyətini xatırladır. Onlar on il ərzində Türkiyə üçün geosiyasi problem yaratdılar, onu Suriya daxilində birdən çox müharibə aparmağa məcbur etdilər və Türkiyə onlar ucbatından daxili siyasi böhranlar və münaqişələr yaşadı. İran kürdləri siyasi cəhətdən çox mütəşəkkildirlər və "PKK"ya yaxın olan cərəyanın – "PJAK"ın (Kürdüstan Azad Həyat Partiyası) onlar arasında geniş nüfuzu var. Onların bölgələrindəki xalis kürd coğrafiyası və demoqrafiyası Türkiyəyə Suriya kürdləri ilə apardığı eyni assimilyasiya/təzyiq siyasətlərini yürütməyə imkan vermir. Bununla yanaşı, kollektiv yaddaş və onlarla baş vermiş tarixi təcrübələr də var. İran kürdləri 1946-cı ildə kürd dövlətinin qurulduğunu elan edən yeganə kürd qrupu olublar və 80-ci illərin əvvəllərində hakimiyyətə qarşı uzunmüddətli müharibə aparıblar. Müharibənin nəticələrinə görə onların siyasi və coğrafi məkan qazanması, ilk növbədə regionun bütün ölkələrində kürd məsələsinin inkişafına təsir edəcək, həmçinin Türkiyə kürdlərini öz siyasi tələblərinin tempini və növünü artırmağa sövq edəcəkdir.

İkinci məsələ: Türkiyə sərhədi yaxınlığında, Qərbi və Şərqi Azərbaycan vilayətlərində, hətta paytaxt Tehranın özündə mövcud olan təxminən 30 milyon azərbaycanlı türklər ilə bağlıdır. İranın günyedəki Azərbycan türklərinə qarşı apardığı əzici asssemilyasiya siyasəti, həbslər, siyasi təqiblər olduqca çoxdur. Bu aqressiya 90- cı illərin əvvəllərində Türkiyə və Azərbaycan Respublikasının iqtisadi-siyasi yüksəlişi ilə daha da çox artıb. Güney Azərbaycan amili İran milla rejimi tərəfindən açıq təhdid kimi qəbul edilir.

Türkiyənin İranda yaşayan azərbaycanlı türklərin tələbləri ilə bağlı bütün seçimləri olduqca çətindir. Bunlara razılıq vermək faktiki olaraq ya İranın parçalanması, ya da federal siyasi sistemin qəbul edilməsi deməkdir ki, bu da İran kürdləri üçün federasiyanın qəbulu və Türkiyəyə qonşu olan birdən çox regional dövlətdə kürdlər üçün federal modelin təkrarlanması deməkdir. Lakin azərbaycanlıların tələblərinin qarşısını almaq, daxildəki milliyyətçi partiyaları ilə toqquşmaq deməkdir.

Üçüncü , Türkiyə İranda dövlətin və ictimai asayişin uzunmüddətli zəifləməsindən, onun zamanla bir sıra daxili münaqişələrin, regional və beynəlxalq nüfuz mərkəzlərinin meydanına çevrilməsindən ehtiyat edir. İran rejimi ötən illər ərzində dövlətin təsisatlarını və funksional aparatlarını parçalayıb, dövlət ətrafında deyil, hakimiyyət ətrafında cəmləşmiş sərt bir idarəetmə nüvəsi yaradıb. Bu elə bir vaxtdadır ki, infrastrukturda, xidmət, səhiyyə və təhsil sektorlarında köklü bir çöküş yaşanır. Böyük şəhərlər ən pis xidmət formalarından əziyyət çəkir, o cümlədən içməli su ilə təminat belə yoxdur. Türkiyə bilir ki, İranın daxilinin partlaması yenidən formalaşmaq üçün uzun illər tələb edəcək və bunun Türkiyəyə təsirləri olacaq.

Məqalədə: #VOA Analitik Təhlil Mərkəzi #Baxçalı–DEM görüşü: prosesin yeni mərhələsi müzakirə olunub #Prezident Ərdoğanın çıxışı #ABŞ-İran müharibəsi 2026: Niyə strateji hədəflərə çatmaq mümkün olmur? #İran müharibəsi 2026 #Əfqanıstan və İraq müharibələri #İranın çöküşü Türkiyəni niyə qorxudur? #Daxili partlayış və mühacir dalğası #Dövlət Baxçalı #Pol Kennedi #MHP #İraq müharibələri #sərhəd bufer zonası #Türkiyə mediası #Türkiyə Milli Kəşfiyyat Akademiyası

Mövzu üzrə digər xəbərlər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
VOA analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Bahçeli Aİ-nin KKTC ilə bağlı mövqeyini tənqid edib: Qərarlar Brüsseldə verilə bilməz
Türkiyə

Bahçeli Aİ-nin KKTC ilə bağlı mövqeyini tənqid edib: Qərarlar Brüsseldə verilə bilməz

19 İyul 15:40
Bölgəni sarsıdan böyük qarşıdurmadan alınan dərslər və yeni qlobal nizamın şifrələri
VOA təhlil mərkəzi

Bölgəni sarsıdan böyük qarşıdurmadan alınan dərslər və yeni qlobal nizamın şifrələri

2 İyul 09:00
Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir
VOA təhlil mərkəzi

Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

7 May 15:00

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.