10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Zeynəb Cobbold Kimdir?

Lady Evelyn Cobbold (Zeynəb Cobbold) — İslamı qəbul etmiş ilk britaniyalı aristokrat qadın, səyyah və gündəlik yazarıdır.

9 Mart 2025 18:50
Zeynəb Cobbold Kimdir?

BAKI,AzerVoice

Lady Evelyn Cobbold (əsl adı: Evelyn Murray; 17 iyul 1867 – 25 yanvar 1963), Zeynəb Cobbold adı ilə də tanınan, İslamı qəbul etmiş ilk britaniyalı aristokrat qadınlardan biridir. O, səyyah, gündəlik yazarı və ictimai xadim kimi tanınır.

Həyatı
Lady Evelyn 1867-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya gəlib. O, 7-ci Dunmore qrafı Çarlz Adolfus Murray və Leydi Gertrude Koukun qızı idi. 1891-ci ildə Misirin Qahirə şəhərində Con Dupuis Cobbold ilə evləndi və İpsviçdə yerləşən Holywells ailə evində məskunlaşdılar. Bu evlilikdən üç övladı dünyaya gəldi: Vinifred Evelin (1892–1965), İvan Cobbold (1897–1944) və Pamela Cobbold (1900–1932). Lakin, 1922-ci ildə ərindən ayrıldı və Londonda Glencarron malikanəsində yaşamağa başladı.

İslamla Tanışlığı və Dini Dəyişikliyi

Lady Evelyn uşaqlıq illərinin böyük hissəsini Əlcəzair və Qahirədə keçirib. O, müsəlman dayələrinin himayəsində böyüyüb və özünü erkən yaşlardan müsəlman kimi hiss edib. Ancaq rəsmi olaraq İslamı qəbul etməsi 1915-ci ildə baş verdi. O, bu dini "dünyanın çətinliklərini həll etmək üçün ən uyğun din" olaraq qəbul etdiyini bildirib.

1911-ci ildə dostu Frensis Qordon Aleksander ilə Liviya səhrasına səyahət edib və bu təcrübə onun İslama marağını daha da artırıb. 1912-ci ildə bu səfəri haqqında "Wayfarers in the Libyan Desert" adlı kitabı nəşr etdirdi.

Məkkəyə Həcc Səfəri

1929-cu ildə keçmiş əri vəfat etdikdən sonra, Lady Evelyn Məkkəyə həcc ziyarətinə getməyi planlaşdırdı. 1933-cü ildə, 65 yaşında, həccə gedərək bu ziyarəti yerinə yetirən ilk Britaniya mənşəli müsəlman qadın oldu. O, Səudiyyə Ərəbistanının kralı Əbdüləzizin icazəsi ilə ziyarətini reallaşdırdı. 1934-cü ildə "Pilgrimage to Mecca" adlı kitabında həcc təcrübələrini təsvir etdi.

Onun gündəliyində Kəbəni ilk dəfə görməsi barədə yazdığı təsirli təsvirlər yer alır:
"Biz hamar mərmər üzərində irəliləyərək Allahın evində - böyük qara kubun qarşısına gəldik. Burada milyonlarla insan həyatlarını qurban verib və daha milyonları isə sadəcə onu görməklə cənnət tapıblar..."

Son İlləri və Ölümü

Lady Evelyn 1963-cü ildə Şotlandiyanın İnverness şəhərində vəfat etdi. O, öz vəsiyyətinə uyğun olaraq Glencarron malikanəsində Məkkəyə istiqamətlənmiş ( üzü Qibləyə) təpədə dəfn edildi. O dövrdə Şotlandiyada müsəlman cənazə namazı qılacaq kimsə olmadığından, Wokingdə yerləşən Şah Cahan məscidinin imamı qarlı havada uzun yol qət edərək onun cənazə namazını qıldı. Məzar daşına isə Qurandan "Allahu nur-us-samawati wal ard" (Allah göylərin və yerin nurudur) ayəsi yazıldı.

Lady Evelyn Cobbold, Britaniya tarixində İslamı qəbul edən və həccə gedən ilk qadın aristokrat kimi yadda qalıb. Onun gündəlikləri və səyahət qeydləri yenidən nəşr edilib və bu günə qədər maraqla oxunur. 2019-cu ildə yazıçı Leila Aboulela "Bird Summons" adlı romanında onun məzarını axtaran üç müsəlman qadının hekayəsini qələmə alıb.

Məqalədə: #Kim-kimdir #Həcc #Həcc ziyarəti

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.