12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

UNESCO-ya rəhbərlik edən ilk ərəb Xalid əl-Ənani kimdir?

Əl-Ənani, UNESCO-nun 1945-ci ildə yaradılmasından bəri quruma rəhbərlik edən ilk ərəb oldu. O, 57 üzvdən 55-nin dəstəyini qazanaraq, təşkilat tarixində ən yüksək səs fərqi ilə seçilən namizəd kimi tarixə düşdü. Bu seçim, Misirin mədəniyyət, təhsil və elm sahələrində beynəlxalq platformalarda daha fəal rol oynamaq istəyinin göstəricisi kimi dəyərləndirilir.

15 Oktyabr 2025 11:50
UNESCO-ya rəhbərlik edən ilk ərəb Xalid əl-Ənani kimdir?

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Agentliyi (UNESCO) 80 illik tarixində ilk dəfə olaraq bir misirli və ərəb şəxsə rəhbərliyi həvalə edib. Misirin keçmiş turizm və qədim abidələr naziri Xalid əl-Ənani, 2025–2029-cu illəri əhatə edən dörd illik müddət üçün UNESCO-nun baş direktoru seçilib.

Əl-Ənani, UNESCO-nun 1945-ci ildə yaradılmasından bəri quruma rəhbərlik edən ilk ərəb oldu. O, 57 üzvdən 55-nin dəstəyini qazanaraq, təşkilat tarixində ən yüksək səs fərqi ilə seçilən namizəd kimi tarixə düşdü. Bu seçim, Misirin mədəniyyət, təhsil və elm sahələrində beynəlxalq platformalarda daha fəal rol oynamaq istəyinin göstəricisi kimi dəyərləndirilir.

1971-ci il martın 14-də Qahirədə anadan olan Xalid əl-Ənani, Helvan Universitetinin Turizm və Otelçilik fakültəsini bitirib. Daha sonra Fransanın Montpellier Paul Valéry Universitetində Misirşünaslıq (Egyptology) ixtisası üzrə magistratura və doktorantura təhsili alıb.

El-Ənani 30 ildən artıq elmi və inzibati fəaliyyətlə məşğul olub, Helvan Universitetində müxtəlif vəzifələr tutub və Avropanın aparıcı universitetlərində qonaq professor kimi dərs deyib.

2016-cı ildə Qədim Abidələr naziri, 2019-cu ildə isə bu nazirliyin Turizm Nazirliyi ilə birləşdirilməsindən sonra iki vəzifəni bir arada icra edən ilk şəxs olub.

Nazirliyi dövründə o, Misir mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm layihələr həyata keçirib. Onların arasında? Böyük Misir Muzeyinin inkişafı,Misir Sivilizasiyası Milli Muzeyinin açılışı və dünya miqyasında səs gətirən “Krallar və Kraliçalar Mumya Keçidi” tədbiri xüsusi yer tutur.

Əl-Ənani bildirib ki, UNESCO-da məqsədi akademik biliklə praktiki təcrübəni birləşdirən yeni bir vizyon qurmaq, inkişaf etməkdə olan ölkələri dəstəkləmək, mədəni dialoqu gücləndirmək və təşkilatın qlobal təsirini artırmaqdır.

Əl-Ənaninin karyerası tənqidsiz də olmayıb. 2020-ci ildə Qahirənin tarixi məzarlıq bölgəsində aparılan urbanizasiya layihələri, UNESCO-nun Dünya İrsi Siyahısında yer alan ərazilərə zərər vurduğu iddiaları ilə böyük mübahisə doğurmuşdu.
Məzarların köçürülməsi və bir sıra ailələrin yerindən çıxarılması ictimai narazılıq yaratmışdı. Lakin Əl-Ənaninin rəhbərlik etdiyi Qədim Abidələr Nazirliyi iddiaları rədd edərək, işlərin yalnız müasir dövrə aid məzarlarla bağlı olduğunu və heç bir tarixi abidəyə zərər dəymədiyini açıqlamışdı.

Məqalədə: #UNESCO #UNESCO və İslam irsinin qorunması #UNESCO beynəlxalq konfransı #UNESCO üzrə Azərbaycan Milli Komissiyas #Petra UNESCO #Montpellier Paul Valéry #Xalid əl-Ənani #Xalid əl-Ənani kimdir? #Egyptology #Turizm və Otelçilik fakültəsi

Mövzu üzrə digər xəbərlər

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

11 Sentyabr 12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.