6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Trampı Dəməşqə səfərə təşviq edən Conatan Bass kimdir?

Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Trampın Suriya paytaxtı Dəməşqə səfəri ilə bağlı yayılan məlumatlar barədə açıqlama verməkdən imtina ediblər. Bir çox iddialara görə, ötən bazar ertəsi prezident Tramp və Suriya prezidenti Əhməd əş-Şəraa arasında Ağ Evdə keçirilmiş görüş zamanı Suriya tərəfi Trampı yaxın aylarda Dəməşqə səfərə dəvət edib və Tramp bu dəvəti qəbul edib.

17 Noyabr 2025 09:52
Trampı Dəməşqə səfərə təşviq edən Conatan Bass kimdir?

BAKI,AzerVoice

Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Trampın Suriya paytaxtı Dəməşqə səfəri ilə bağlı yayılan məlumatlar barədə açıqlama verməkdən imtina ediblər. Bir çox iddialara görə, ötən bazar ertəsi prezident Tramp və Suriya prezidenti Əhməd əş-Şəraa arasında Ağ Evdə keçirilmiş görüş zamanı Suriya tərəfi Trampı yaxın aylarda Dəməşqə səfərə dəvət edib və Tramp bu dəvəti qəbul edib.

Ağ Ev rəsmiləri bu iddiaları nə təsdiqləyib, nə də təkzib edib. “Aş-Şərq əl-Əvsət” qəzetinə danışan bir mənbə görüşün “tarixi” olduğunu bildirib və müzakirələrin təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi, Suriyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulması, həmçinin Şəraa adının terror siyahısından çıxarılması və “Sezar” sanksiyalarının altı aylıq dayandırılması mövzularına fokuslandığını deyib.

Amerikalı siyasi dairələr Trampın Dəməşq səfərinin baş tuta biləcəyini istisna etmir. Bu, 1994-cü ildə Bill Klintonun səfərindən sonra Suriyaya ilk ABŞ prezident səfəri olacaq. Analitiklərə görə, bu addım ABŞ-ın Suriyanın beynəlxalq təcridini bitirmək və yeni hökumətin legitimliyini təsdiqləmək strategiyasının bir hissəsi ola bilər. Tramp administrasiyası Şəraanı “güclü lider” kimi görür və Suriya ilə sürətli normallaşmanı dəstəkləyir.

Bu addım həm də ABŞ-ın İran və Çinə qarşı formalaşdırdığı yeni regional ittifaqlar strategiyasına uyğun gəlir. Tramp əvvəllər gözlənilməz diplomatik addımlar atıb - o cümlədən ilk müddətində Şimali Koreya lideri ilə görüşmüşdü.

Tramp, Oval kabinetdə Şəraa ilə görüş zamanı “başqa görüşün də ola biləcəyi” mesajını verib. Ağ Evin sözçüsü Karolin Levit isə bildirib ki, “İdarə Suriyaya qarşılıqlı səfərləri nəzərdən keçirir”, lakin əlavə detalları açıqlamayıb.

Digər mənbələr səfərin hazırda çətin olduğunu qeyd edir - Suriyada daxili gərginlik, ABŞ Konqresində sanksiyaların götürülməsinə qarşı kəskin narazılıq və hökumətin daxili sabitliyi təmin etmək öhdəlikləri bu səfərin həlledici şərtləridir. Lakin baş tutacağı təqdirdə səfər ABŞ-Suriya münasibətlərinin normallaşmasında simvolik dönüş nöqtəsi ola bilər.

Conatan Bass kimdir?

Etibarlı mənbələrə görə, ABŞ biznesmeni Conatan Bass - maye qaz layihələrində ixtisaslaşmış “Argent” şirkətinin baş direktoru, prezident Trampın yaxın tərəfdarı - ABŞ və Suriya arasında qeyri-rəsmi diplomatik səylərdə əsas fiqurdur.

ABŞ-da yaşayan suriyalı siyasi dairələr onu Tramp administrasiyası ilə Suriya rəhbərliyi arasında vasitəçi kimi təqdim edir.

Bass Tramp administrasiyasını Dəməşqə səfərə təşviq edir və bunun “Yaxın Şərqin stabilliyi və bərpası üçün həlledici addım” olduğunu bildirir.

Bass hazırda ABŞ-ın xüsusi elçisi Tom Barak ilə birlikdə təhlükəsizlik protokolları üzərində işləyir. İddialara görə, səfər 2025-ci ilin yanvarında, Dəməşqdəki “Qəsr əl-Şəbab” prezident iqamətgahında baş tuta bilər. Lakin tarix hələ təsdiqlənməyib və regional vəziyyətdən asılı olacaq.

Bass Suriyanın neft-qaz sektorunu yenidən qurmaq üçün “SyriUS Energy” adlı ABŞ-Suriya birgə enerji layihəsi təklif edib.
Planlara əsasən, şirkət Nyu-York birjasında listinqə çıxarılacaq ayrıca Suriyanın dövlət enerji fondu 30% pay alacaq

Layihə ölkənin neft və qaz sahələrinin rəqəmsallaşdırılmasını, korrupsiya ilə mübarizəni və infra­strukturun bərpasını nəzərdə tutur

Lakin müxalifət Bass-ı “Yəhudi investoru və Suriya sərvətlərinin talanına vasitəçilik edən şəxs” kimi ittiham edir, bəzi dairələr isə bunu “İsrailin yeni işğal planı” adlandırır.

Conatan Bass Trampın yaxın dostudur. O, 2025-ci ilin mayında Trampın Ər-Riyada səfərində biznes nümayəndə heyətinin üzvü olub. Ondan əvvəl isə Bass Dəməşqə səfər edərək prezident Şəraa ilə görüşüb və Trampa şəxsi məktublar çatdırıb — o cümlədən “Trump Tower Damascus” inşa etmək və Suriyanın enerji yataqlarına çıxış vermək qarşılığında sanksiyaların yüngülləşdirilməsi təklifini.

Məqalədə: #Sezar sanksiyaları #Conatan Bass kimdir #Tramp üçün Dəməşq planı: Enerji #siyasət və gizli vasitəçilər #Tramp Dəməşqə gedəcək? – Bu planın arxasında duran şəxs kimdir? #Conatan Bass – Trampı Suriyaya aparan kölgə diplomatı #ABŞ–Suriya yaxınlaşmasının memarı kimdir? – Bassın gizli rolu #Suriyada Tramp qülləsi? – Conatan Bassın iddialı layihəsi ortaya çıxdı #ABŞ–Suriya diplomatik kanalları #Trampın Dəməşq səfəri #SyriUS Energy layihəsi #Suriyanın enerji infrastrukturu #Tramp Tower Damascus planı #Trampın Dəməşq səfəri mümkündürmü? Bassın rolu nədir? #ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldacaqmı? #Conatan Bass və SyriUS Energy layihəsi haqqında nə bilirik? #Trampın gizli Suriya planı #məşhur iş adamı Conatan Bass kimdir? #ABŞ-Suriya enerji razılaşması iddiası

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.