11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

Ehtimal olunur ki, Fatimə Liverpulda İslamı qəbul edən ilk qadın idi. O, 1887-ci ildə Abdullah Quilliamın (1856–1932) vasitəsilə İslama gəldi.Liverpulun ilk müsəlman çevrəsinin bir çox üzvü kimi, Fatimə də həm yerli əhalinin dözümsüz davranışı, həm də öz ailəsinin təzyiqi qarşısında heyrətamiz dözüm və cəsarət göstərirdi.

31 Dekabr 2025 17:04
Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

BAKI,AzerVoice

Fatimə Elizabet Keyts 5 yanvar 1865-ci ildə doğulub. Ehtimal olunur ki, Fatimə Liverpulda İslamı qəbul edən ilk qadın idi. O, 1887-ci ildə Abdullah Quilliamın (1856–1932) vasitəsilə İslama gəldi.Liverpulun ilk müsəlman çevrəsinin bir çox üzvü kimi, Fatimə də həm yerli əhalinin dözümsüz davranışı, həm də öz ailəsinin təzyiqi qarşısında heyrətamiz dözüm və cəsarət göstərirdi.

O, həmçinin qurucularından biri olduğu “Liverpool Muslim Institute” ( Liverpul Müsəlman İnstitutu) fəaliyyətində aparıcı rol oynayırdı. Fatimə həm insanları İslama dəvət etməkdə, həm də institutun milli və beynəlxalq səviyyədə təmsil olunmasında böyük fəallıq göstərirdi. O, Britaniyada məscidin ilk qadın xəzinədarı olmuş və 1887–1894-cü illər arasında səkkiz il bu vəzifəni icra etmişdir.

Gənclik illəri və İslama aparan yol
Onun islamdan öncəki adı, Frensis Elizabet Murraydır. O, erkən yaşlardan müstəqil düşüncəsi və araşdırmaq marağı ilə seçilirdi. 1870-ci il Təhsil Aktı ilə yaradılan yeni sistem üzrə təhsil alan ilk uşaqlar arasında idi.

İyirmi yaşlarının əvvəlində Frensis ayıqlıq (teetotal) hərəkatının yerli şöbəsinin katibi olaraq çalışırdı. Bu hərəkat spirtli içkilərin istehlakının məhdudlaşdırılması və tamamilə dayandırılması üçün mübarizə aparırdı. Məhz bu fəaliyyət çərçivəsində Frensis, 1887-ci ilin iyununda Quilliamın Peyğəmbər Məhəmməd (s.ə.s) haqqında çıxışını eşitdi.

Onun bir sıra sualları qalmışdı, lakin Quilliam ona Qurani-Kərimi oxumağı və qərarı özü verməyi məsləhət gördü. Ailəsinin bütün səylərinə baxmayaraq, Frensis cəmi bir neçə həftə içində İslamı qəbul etdi və Fatimə adını aldı. 1887-ci ilin iyulunda Fatimə, Quilliam və digər müsəlman olmuş britaniyalı Əli Hamilton ilə birlikdə “Liverpool Muslim Society” ( Lİverpul Müsılman Cəmiyyəti) - ni qurdu. Onlar “Mount Vernon Temperance Hall”un ikinci mərtəbəsində bir otaq icarəyə götürmüşdülər.

İlk iki il ərzində onların fəaliyyətləri nəticəsində daha on bir nəfər İslamı qəbul etdi. Halbuki görüşləri pozmağa çalışan dəstələr də olurdu; bir neçə dəfə Fatimənin üzünə at nəcisi belə sürtülmüşdü. Lakin o, sarsılmaz idi.

1889-cu ilin dekabrında icma daha geniş binaya Brougham Terrace 8 ünvanına köçəndə Fatimə institutun simasına çevrildi. Onun Beynəlxalq profili xüsusilə Britaniya Hindistanında artdı. Fatimənin şeirləri və məqalələri “Allahabad Review” jurnalında dərc olunurdu. Ailə etrazlarına baxmayaraq, o, bacıları Klara və Enneni də İslama gətirməyə nail oldu.

Həmçinin bir sıra başqa qadınları da İslama dəvət edərək onların müsəlman olmasına nail oldu. Onların arasında Alis “Amina” Bertha Bowman, Hannah “Fatma” Rodda Robinson, Leah “Zuleyxa” Banks və Amy “Amina” Mokaiesh kimi qadınlar var idi. Bu qadınların hamısı sonradan ya müsəlman toplumundan olan kişilərlə, ya da başqa müsəlman olmuş britaniyalılarla evləndilər.

Ağır sınaqlar və gizli nikah

Fatimənin ən böyük uğurları əslində onun ən çətin sınaqları zamanı baş verdi. Evliliyinin ilk iki ilində o, zorakı və bir neçə dəfə ölümcül hücuma cəhd etmiş həyat yoldaşının əzablarına məruz qalırdı. 1891-ci ilin dekabrında boşanma üçün məhkəməyə müraciət etdi, lakin yalnız bir il ayrılıq qərarı alındı. Faktiki olaraq evlilik bitmişdi və onlar 1895-ci ildə ərinin dənizdə ölümü ilə tam ayrılmış oldular.

Bu dövrdə Fatimə institutdakı fəaliyyətini azaldır, səyahət edir (böyük ehtimalla Beyruta) və Cənubi İngiltərədə mənzərə fotoqrafiyası ilə məşğul olurdu.

1900-cü ilin oktyabrında institutun “The Crescent” qəzetində Fatimənin ölümü elan edildi. Qəzetdə onun “tənha bir dul” kimi West Kirby sahil qəsəbəsində yaşadığı və orada oğlu Hubert Haleem ilə birlikdə pansion işlədiyi yazılsa da, bu doğru deyildi.

Ölümündən 122 il sonra, 4 noyabr 2022-ci ildə Fatimənin Anfield qəbiristanlığındakı adsız məzarı nəhayət mərmər başdaşı ilə işarələndi. Bunun üçün vəsaiti yerli müsəlman qadını Amirah Scarisbrick toplamışdı.

Başdaşında Fatimənin öz şerindən aşağıdakı misralar yer alır:

Allahın sadiq bəndəsi
Fatima Elizabeth Cates

Məqalədə: #Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi #Fatimə Elizabet Keyts — Qərbdə ilk müsəlman qadın liderlərdən biri #Liverpool Muslim Institute-un qurucusu: Cəsarət və iman tarixçəsi #Фатима из Ливерпуля: история первой англичанки #принявшей ислам #Фатима Элизабет Кейтс — одна из первых женщин-лидеров мусульманской Британии #Основательница Ливерпульского мусульманского института и её тайная история #Fatima of Liverpool: The story of Britain’s first female Muslim convert #Fatima Elizabeth Cates — a pioneering woman in early British Islam #The hidden history of Liverpool’s Muslim pioneer #Liverpool Muslim Institute #Britaniyada İslamı qəbul edən ilk qadın kim idi? #Fatimə Elizabet Keytsin müsəlman olmaq hekayəsi #Liverpool Muslim Institute necə yaranıb? #Viktorian dövründə britaniyalı qadınların İslama keçidi #Abdullah Quilliamın təsiri və Liverpulun müsəlman icması #Britain’s first Muslim female convert: rediscovering Fatima Cates #The remarkable life of Fatima Elizabeth Cates

Mövzu üzrə digər xəbərlər

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25

Son Xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.