12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Təyyarə qəzasında ölən Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddad kimdir?

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dbeibə Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərdən qayıdarkən təyyarənin ağır qəza ilə üzləşməsi nəticəsində Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddadın və onu müşayiət edən şəxslərin həlak olduğunu elan edib. Dbeibə həlak olanların xatirəsinə həsr etdiyi bəyanatda bildirib ki, hadisə nəticəsində Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant rütbəli Fəturi Qəribil, Hərbi Sənaye Cihazının direktoru, briqada generalı Mahmud Qətiuvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əlsəavi, həmçinin Baş Qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da həyatını itirib.

24 Dekabr 2025 09:53
Təyyarə qəzasında ölən Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddad kimdir?

BAKI,AzerVoice

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dbeibə Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərdən qayıdarkən təyyarənin ağır qəza ilə üzləşməsi nəticəsində Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddadın və onu müşayiət edən şəxslərin həlak olduğunu elan edib. Dbeibə həlak olanların xatirəsinə həsr etdiyi bəyanatda bildirib ki, hadisə nəticəsində Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant rütbəli Fəturi Qəribil, Hərbi Sənaye Cihazının direktoru, briqada generalı Mahmud Qətiuvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əlsəavi, həmçinin Baş Qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da həyatını itirib.

Liviya Dövlət Ali Şurası da ayrıca bəyanat yayaraq Baş Qərargah rəisini və onunla birlikdə həlak olan şəxsləri ehtiramla yad edib.

Ankarada Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Türkiyənin fövqəladə hallar üzrə xidmətlərinin əməkdaşları Ankaranın cənubunda yerləşən Haymana bölgəsində qəzaya uğramış təyyarənin qalıqlarına çata biliblər. Nazir hadisənin bütün detallarının araşdırılması məqsədilə rəsmi istintaqa başlanıldığını təsdiqləyib.

Qəzaya uğrayan təyyarənin “Falcon 50” tipli olduğu, Ankaradan Tripoliyə uçuş həyata keçirdiyi bildirilib. Məlumata görə, təyyarə Ankara ərazisində təcili eniş üçün müraciət edib, lakin bundan sonra onunla əlaqə tamamilə kəsilib.

Məhəmməd Həddad kimdir?

Məhəmməd Həddad 2020-ci ildən etibarən Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edirdi və 17 fevral inqilabından sonrakı mərhələdə ölkənin ən önəmli hərbi liderlərindən biri sayılırdı.

O, Tripolidən təxminən 200 kilometr şərqdə yerləşən Misrata şəhərində anadan olub və Liviya hərbi institutunun birləşdirilməsi istiqamətində aparılan səylərdə əsas fiqurlardan biri olub. Həddad Birgə Hərbi Komissiyanın “5+5” formatlı iclaslarında da fəal iştirak edib.

2019-cu ildə Tripoliyə qarşı həyata keçirilən hücumların dəf edilməsində, eləcə də paytaxtda və Qərbi Liviya bölgələrində baş vermiş bir sıra silahlı qarşıdurmaların nəzarət altına alınmasında onun adı xüsusi ilə ön plana çıxıb. Bu da onu Milli Birlik Hökuməti daxilində həm hərbi, həm də siyasi baxımdan təsirli şəxslərdən birinə çevirib.

Məhəmməd Həddad vəzifəyə başladığı ilk gündən etibarən bölünmüş hərbi strukturu aradan qaldırmaq, ölkənin suverenliyini qorumağa qadir olan, vahid və nizamlı Liviya ordusu formalaşdırmaq istiqamətində çalışacağını açıq şəkildə bəyan edib.

Baş Qərargah rəisi təyin olunmazdan əvvəl Həddad Mərkəzi Müdafiə Bölgəsinin komandanı və Qərbi Liviya üzrə birgə hərbi birliyin üzvü olub.

O, geniş beynəlxalq hərbi əlaqələr qurmağa xüsusi önəm verib. Xüsusilə Türkiyə ilə hərbi əməkdaşlıq bu baxımdan diqqət çəkib. Həddad bir neçə rəsmi səfər çərçivəsində Türkiyədə olub. 2021-ci ilin avqust ayında isə Liviya sahillərində fəaliyyət göstərən türk hərbi freqatını ziyarət edib. Bu səfər Türkiyənin Liviyadakı dəniz və hərbi-protokol missiyaları çərçivəsində baş tutub.

O, Tripolidə Türkiyənin o dövrdəki müdafiə naziri Hulusi Akarla görüşərək iki ölkə arasında hərbi koordinasiya məsələlərini müzakirə edib. 2023-cü ilin mart ayında isə Romada İtaliya ilə xüsusi təyinatlı qüvvələrin hazırlanmasını və onların imkanlarının gücləndirilməsini nəzərdə tutan hərbi saziş imzalayıb.

Bununla yanaşı, Məhəmməd Həddad Liviya ordusunun “Ümumi Komandanlığı”nın Baş Qərargah rəisi, general-polkovnik Əbdülrəzəq Nəzuri ilə də bir sıra görüşlər keçirib. Xüsusilə Qahirə və Roma şəhərlərində baş tutan görüşlər zamanı Liviya ərazisinin bütövlüyü təsdiqlənib, ABŞ və Avropanın dəstəyi ilə sərhədlərin qorunması üçün birgə hərbi qüvvənin yaradılması məsələləri müzakirə edilib.

Məqalədə: #Məhəmməd Həddad #Məhəmməd Həddad kimdir? #Liviya Baş Qərargah rəisi Ankaradan qayıdarkən həlak olub #Ankara yaxınlığında təyyarə qəzası: Liviya ordusu rəhbərliyini itirdi #Məhəmməd Həddad və onu müşayiət edənlər aviasiya qəzasında öldü #Liviya ordusunun Baş Qərargah rəisi faciəli şəkildə həlak olub #Ankara–Tripoli reysi faciə ilə bitdi: Liviya generalları öldü

Mövzu üzrə digər xəbərlər

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

11 Sentyabr 12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.