9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Yuxuyozma
Yuxuyozma

Yuxuda ağac görmək necə yozulur

Yuxuların yozumunda ağac mühüm rəmzlərdən biridir. Necə ki, dünyada insanlar müxtəlifdir, ağaclar da növlərinə görə fərqlənir və yuxuda görünən ağacın xüsusiyyətlərinə əsasən yozum dəyişir.Yuxuda meyvəsi olmayan, yalnız xoş qoxu saçan ağac görmək xeyirli işlərə, lakin əmələ çevrilməyən biliklərə, yəni çox danışıb az iş görməyə işarə edir. Meyvəsi həm yeməli, həm də ətirli olan portağal və limon kimi ağaclar isə zahiri və batini yaxşılığa, elmə, hikmətə və xeyirxah əməllərə dəlalət edir.

28 Yanvar 2026 08:00
Yuxuda ağac görmək necə yozulur

BAKI, AzerVoice

Yuxuların yozumunda ağac mühüm rəmzlərdən biridir. Necə ki, dünyada insanlar müxtəlifdir, ağaclar da növlərinə görə fərqlənir və yuxuda görünən ağacın xüsusiyyətlərinə əsasən yozum dəyişir.Yuxuda meyvəsi olmayan, yalnız xoş qoxu saçan ağac görmək xeyirli işlərə, lakin əmələ çevrilməyən biliklərə, yəni çox danışıb az iş görməyə işarə edir. Meyvəsi həm yeməli, həm də ətirli olan portağal və limon kimi ağaclar isə zahiri və batini yaxşılığa, elmə, hikmətə və xeyirxah əməllərə dəlalət edir.

Yuxu Yozmaları

Yuxuda təyyarə görmək sizi nəyə hazırlayır?

YOZUMU ÖYRƏN

Ağaclar bəzən fərqli əxlaqa malik qadın və kişiləri də təmsil edir. Yuxuda tanınmayan ağac görmək narahatlıq, sərtlik və səs-küyə işarə sayılır. Meyvəli ağaclar isə sahiblik, bolluq və var-dövlət rəmzidir. Ağacdan yarpaq və meyvə yığmaq maddi qazanca, bunu heç bir zəhmət çəkmədən etdiyini görmək isə bol ruziyə işarə edir.

Yuxuda hündür və əzəmətli ağaca çıxmaq böyük bir şəxsiyyətə qovuşmağa, elm və hikmətdən pay almağa dəlalət edir. Subay insan üçün bu yuxu evlənməyə işarə sayılır.

Əbu Bəkir Məhəmməd ibn Sirin əl-Bəsrinin yozumuna görə, ağacın budaqları bacı-qardaşları, uşaqları və qohumları ifadə edir. Budaqların yaşıllaşıb artdığını görmək yaxın çevrənin və dostların çoxalacağına işarədir. Yuxuda ağac əkmək şərəf, yüksək məqamlar və nüfuzlu insanlarla dostluq mənası daşıyır.

Ağacın yarpaq açdığını görmək uzun, bərəkətli ömür sürməyə, ruzinin davamlı olmasına və dində səbrə dəlalət edir. Yarpaqlarını tökən ağaclar isə bunun əksinə yozulur. Ağaclıqda uzandığını görmək çoxlu övladla əlaqələndirilir. Yenidən ağacın üstündə olduğunu görmək isə qorxulan bir şeydən xilas olmağa işarədir.

Sayı bəlli olan ağaclar halal ruzi dalınca gedən insanları təmsil edir. Bir qrup insanla ağacın altında oturduğunu görmək yuxu sahibinin pak əqidəli olduğuna, kitab və sünnəyə bağlılığına görə Allahın razılığını qazanacağına dəlalət edir. Əgər bu yuxunu kafir görərsə, hidayət tapacağına, üsyankar biri görərsə, tövbə edəcəyinə işarə sayılır.

Allahı zikr edənlərlə bir ağacın altında olduğunu görmək Qiyamət günü kölgə verəcək “Tuba” ağacına işarədir. Dağda, yamacda və ya çay kənarında görünən ağaclar isə gözlənilməz yerlərdən gələcək xeyir və ruzi ilə yozulur. Yuxuda ağacların quruduğunu görmək itkiyə, şadlıq içində görünməsi isə sevincə, firavanlığa dəlalət edir.

Ayrı-ayrı ağac növlərinin də özünəməxsus yozumu var. Xurma ağacının böyüdüyünü görmək müəyyən insanlardan mal əldə etməyə işarə edir. Qoz ağacının meyvəsi zəhmət və əziyyətlə qazanılacaq sərvəti bildirir. Üzüm ağacının budağını kəsmək şərəf və ləyaqət qazanmaq kimi yozulur. Sidr ağacı isə həm dindar, həm də dünyəvi baxımdan varlı bir insana işarədir.

Ümumilikdə, yuxuda bəhrəli ağac gəlirə, bəhrəsiz ağac narazılığa, quruyan ağac isə itkiyə dəlalət edir. Gül açan ağaclar uğur və sevinc, kəsilmiş ağaclar itki və matəm, çılpaq ağac isə çətin və əzablı qocalıqla əlaqələndirilir. Ağaca çıxmaq işlərdə müvəffəqiyyət və şöhrət rəmzidir.

Evli kişi üçün ağac calaq etmək övlad sahibi olmağa, subaylar üçün evlənməyə işarə edir. Yarpaqla dolu çoxlu ağac parlaq ümidləri ifadə edir. Qarla örtülmüş ağac sevgilinin laqeyd və soyuq münasibətini göstərir.

Psixoloji baxımdan ağac obrazı yuxu görənin daxili “mən”ini əks etdirir. Ağacın kökləri insanın torpaqla, ailə və mədəni köklərlə bağlılığını, gövdəsi həyat enerjisini, inkişafı, sevgini, düşüncə və emosiyaları simvolizə edir. Bahar yarpaqları və tökülən yarpaqlar həyat mərhələlərini və yenilənməni göstərir. Yıxılan ağac təhlükə rəmzidir. Ağacdan asılan insan və ya heyvan şəxsi qurbanı və gələcək inkişafın mümkün başlanğıcını ifadə edir. Palıd ağacı mərdlik və gücün, gül açan ağac isə qadınlıq və bərəkətin simvolu hesab olunur.

Məqalədə: #Yuxuda ağac görmək nə deməkdir? #Yuxuda ağac görmək #Yuxuda ağac görmək: ən çox rast gəlinən yozumlar #Ağac yuxusunun mənası: meyvəli #quruyan #çılpaq ağac nə deməkdir? #Yuxuda meyvəli ağac: ruzi #var-dövlət və bərəkət işarəsi #Yuxuda ağaca çıxmaq nəyi bildirir? #İbn Sirinə görə yuxuda ağac: budaq #yarpaq və kök rəmzləri #Yuxuda quruyan ağac: itki və xəbərdarlıq yozumu #Yuxuda ağac görmək necə yozulur? #Yuxuda meyvəli ağac nə deməkdir? #Yuxuda ağaca çıxmaq: mənası

Mövzu üzrə digər xəbərlər

Yuxuda məscid görmək necə yozulur?
Yuxuyozma

Yuxuda məscid görmək necə yozulur?

30 Avqust 09:28
Yuxuda daranmaq necə yozulur
Yuxuyozma

Yuxuda daranmaq necə yozulur

21 Avqust 08:16
Yuxuda balta görmək necə yozulur?
Yuxuyozma

Yuxuda balta görmək necə yozulur?

2 Avqust 08:00
Yuxuda dəvəquşu görmək necə yozulur?
Yuxuyozma

Yuxuda dəvəquşu görmək necə yozulur?

26 İyul 07:00

Son Xəbərlər

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.