BƏƏ-nin Dubay şəhərində yerləşən “Flydubai” aviaşirkəti 14 illik fasilədən sonra Suriyada ikinci istiqamətə ilk uçuşun bərpa olunduğunu elan edib.
ArabAZ xəbər verir ki, Suriyanın ikinci ən böyük şəhəri və dünyanın məskunlaşılmış en qədim məskənlərindən biri olan Hələbə gerçəkləşən bu ilk uçuş, paytaxt Dəməşqlə yanaşı “Flydubai”nin ölkədəki ikinci marşrutu oldu.
“Flydubai” aviaşirkəti ilk reysi təntənəli su yaylımı salamı ilə yola salıb, təyyarə yerə enərkən isə yerli hakimiyyət orqanları tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
Keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra regionun nəqliyyat şəbəkəsinin yenidən qurulması fonunda atılan bu addım, BƏƏ-də yaşayan 250 mindən çox suriyalı üçün böyük rahatlıq yaradır. Dəməşqdən sonra ikinci marşrut olan Hələb reysləri, iki ölkə arasında ticarət, turizm və iqtisadi əlaqələrin canlanmasına xidmət edəcək.
Yeni marşrut BƏƏ-də yaşayan 250 mindən çox Suriya vətəndaşı üçün, xüsusilə də yay mövsümünün pik dövründə rahat səyahət imkanı yaradacaq. Bu reyslər aviaşirkətin Dəməşqə həyata keçirdiyi gündəlik 3 uçuşu tamamlayacaq və vasitəli marşrutlarla müqayisədə səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq.
Bu addım regional aviaşirkətlərin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra Şərqi Aralıq dənizi ölkəsinə uçuş şəbəkələrini bərpa etdiyi bir vaxta təsadüf edir. “AirArabia” ölkənın Şarja və Əbu-Dabi şəhərlərindən Dəməşqə həyata keçirdiyi reyslərdən əlavə, keçən ay Hələbi də öz uçuş cədvəlinə əlavə edib. “Emirates” isə Dubay və Dəməşq arasında uçuşları bərpa edib.
“Flydubai” Suriya paytaxtına xidmətlərini bərpa edib, aviaşirkət zəif təmin olunmuş bazarlarda əlaqəni gücləndirməyə, habelə iki ölkə arasında ticarət və turizm üçün yeni imkanlar açmağa sadiq olduğunu bildirib.
Hələb, “Flydubai”nin Tailandın Banqkok və Liviyanın Benqazi şəhərlərinə yenidən başladılan uçuşlarından sonra qlobal şəbəkəsinə əlavə etdiyi sonuncu məntəqədir.

Yeni marşrut “Flydubai”nin uçuş şəbəkəsinin genişlənməsində mühüm mərhələni təmsil edir, BƏƏ ilə Suriya arasında əlaqələri möhkəmləndirir, işgüzar, istirahət və ya qohumlarını ziyarət etmək məqsədilə səyahət edən sərnişinlər üçün daha böyük çeviklik təmin edir.
“Flydubai”nin Baş Kommersiya Direktoru Həməd Obaydalla bildirib ki, ötən il Dəməşqə uçuşlar bərpa edildikdən bəri daşıyıcı BƏƏ və Suriya arasında güclü tələbatın şahidi olub.
- Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu
- Prezident İlham Əliyev Mərakeş Kralını və xalqını təbrik edib
- Suriyanın şimal-şərqində aşirət səfərbərliyi nəyə işarə edir?
- Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
- Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı
- İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?
“Mühüm tarixi və kommersiya əhəmiyyətinə malik olan Hələb şəhərinə gündəlik uçuşlarımızın başlaması Suriyadakı varlığımızı möhkəmləndirir və Dubayı regionun əsas bazarları ilə birləşdirmək öhdəliyimizi nümayiş etdirir. Bu yeni marşrut Suriya bazarına olan uzunmüddətli inamımızı, sərnişinlərə daha çevik səyahət seçimləri təqdim etmək və regionun iqtisadi və turizm inkişafına töhfə vermək istəyimizi əks etdirir” deyə o qeyd edib.

