Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Təhlil » İranın “qardaşlıq və vəhdət” adı altında ədavət sənəti

İranın “qardaşlıq və vəhdət” adı altında ədavət sənəti

İyul 21, 2026 7:55 axşam
Paylaş
Paylaş

Son iyirmi il ərzində diqqət daha çox İran və Livandakı “Hizbullah” ilə Yəməndəki Husi hərəkatı arasındakı müttəfiqlik və tabeçilik münasibətlərinə yönəldildi. Qərəzli və ya qərəzsiz şəkildə gözərdən qaçırıldı ki, Tehranın Yəmənə olan marağı yalnız bunlarla məhdudlaşmırdı.
Reallıqda bu maraq Husi münasibətlərini aşaraq, bu “sülaləvi-məzhəbi” silahlı qruplaşmanın Yəmən dövlətinin əsaslarını dağıtmaq, onu zəiflətmək və müxtəlif qüvvələri arasına nifaq salmaq yolu ilə ölkənin bütün ərazisində tam nəzarətini təmin edə biləcək hər şeyə şamil olunurdu. Bu isə son nəticədə qanuniliyin və milli Yəmən dövlətinin bərpası yönündəki bütün səylərin boşa çıxarılmasına və bütün torpaqların Yəmənin mənafelərinə və torpaq suverenliyinə heç bir dəxli olmayan taifəçi milislərə təhvil verilməsinə gətirib çıxarır.

Son illərdə İraq, Suriya, Livan və hətta bəzi qonşu ərəb Körfəzi ölkələri ilə münasibətlərində İranın etdiklərinə dair məlum nümunələrə dərinləməyə ehtiyac qalmadan, Tehranın “Vilayəti-fəqih” dövrünün son üç onilliyində xüsusilə gizlətdiyi tarixi ədavət strategiyasının, müxtəlif alətlər və layihələrlə Yəmənin birliyinə və sabitliyinə qarşı reallaşdırdıqlarının bariz nümunəsi kimi Yəməni götürmək zəruridir.

Yəməndə İrana qarşı qisas əməliyyatı başladı – husilər vurulur

İran yalnız Yəmənin şimalındakı Saada vilayətində Husilərin “iddia edilən” məzlumluğunu mənimsəməklə, ya da fəaliyyətini kiçik “Husi ailəsini” inkişaf etdirib mütəşəkkil dini qrupa, daha sonra yaxşı silahlanmış hərbi milisə çevirməklə kifayətlənmədi. O, həmçinin 2011-ci ildə Yəmənin mərhum prezidenti Əli Abdullah Salehin hakimiyyət rejimini devirən xalq etirazlarından sonra ölkənin cənub sakinlərinə “haqlı tələblərini anlamaq” pərdəsi altında yaxınlaşmağa çalışdı. İran Əli Abdullah Saleh dövründə “Cənub Hərəkatı” kimi tanınan fəalların bir neçəsini öz tərəfinə çəkmişdi; Livan “Hizbullah“ı vasitəsilə onların bəzilərini Beyrutun Cənub Ətrafında (Dahiyt Beyrut) qonaq edərək “müqavimət üsulları“, onun siyasi və media sənətləri üzrə təlimlərə cəlb etmişdi. Onların bəziləri İranda İslam İnqilabının uğur dərslərindən daha çox “bəhrələnmək” üçün Tehran, Qum və digər İran şəhərlərini ziyarət etmişdilər. Bu fakt Qumun iddia edildiyi kimi  dini mərci yox, casus yetişdirmə mərkəzi olduğunu bird aha ortaya qoyur…

İran və Yəmən… Odla oynamağın ağır nəticələri ilə qarşılaşır

Proseslər o həddə çatdı ki, bu dəyişikliklər mərhum cənub lideri Əli Salim əl-Beyzi şirnikləndirdi; o, 1994-cü il müharibəsindəki uğursuz və ağır məğlubiyyətlə nəticələnən ayırıcı cəhdindən sonra sığındığı Məsqəti (Oman paytaxtı) tərk edərək, ona verilmiş vətəndaşlıq, pasport və qonaqpərvərlik imtiyazından imtina etdi.

Almaniyada müvəqqəti qaldığı müddətdə sığınacaq istəməyən əl-Beyz, Məsqətin qaçqınlıq şərtlərinə görə qadağan olunmuş siyasi və media fəaliyyətlərini bərpa etməyə çalışdı. Nəticədə o, 2013-cü ildə Beyrutda öz tərəfdarlarına və Husilərə (“Ənsarullah”) qoşuldu və böyük media diqqəti ilə əhatə olundu. Lakin o, orada uzun müddət qala bilməyib BƏƏ-nin paytaxtı Əbu-Dabiyə köçdü.

Cənub lideri əl-Beyzin Beyrutda qaldığı müddətdə onun mübahisəli müşayiətçisi Əbu Əli əl-Həzrəminin adı parladı. Media hesabatları göstərirdi ki, əl-Həzrəmi “əl-Beyzin ətrafında sadəcə bir müşayiətçi və ya ikinci dərəcəli fiqur deyildi, əksinə təşkilati və iqtisadi rol oynayır, bir çox məqamlarda özünü əl-Beyzin layihəsi ilə İran və Hizbullahla əlaqəli kanallar arasında bir halqa kimi təqdim edirdi”.

 Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar

Bu hesabatlar əlavə edir ki, “bu şəxs Livan daxilində cənublu Yəmən ünsürlərinin təlimini təmin etmək səylərinə girişmiş və daha geniş kontekstdə cənub faylını Körfəz ölkələrinə qarşı əlavə təzyiq rıçaqı kimi və ya şimalda Husilər xəttində tarazlayıcı amil kimi istifadə etməyə çalışmışdır”.

Digər hesabatlara görə, əl-Həzrəminin qurduğu strukturlarla əlaqəli şəxslər “Cənub Ətrafında (Dahiyədə) ‘Hizbullah’ mütəxəssisləri tərəfindən təlim keçmiş, eyni zamanda İranın logistik və maliyyə dəstəyi barədə danışılmışdır”.

Livanda Amerika məhləsondən idarə olunan “Aden Live” kanalı

“Aden Live” kanalının Beyrutun Cənub Ətrafının mərkəzində yerləşən “Hayy əl-Amrikan” məhəlləsindən yayıma başlaması Cənub Hərəkatının ən mühüm media platformalarından birini təşkil etdi və əl-Beyzin “Hizbullah” ilə əlaqəsini təsdiqlədi. Kanalın Husilərə mülayim proqramlarının Beyrutdan yayımı təxminən iki il davam etdi; daha sonra Husi ünsürlərinin kanalın ritorikasını yönləndirmək və onun xüsusi kimliyinə təsir etmək cəhdlərindən sonra bürosunu bağlayıb Ədənə köçmək qərarı alındı. Bu, kanalın Beyrutdan çıxması ilə eyni vaxtda Ədəndə və Yəmənin cənub bölgələrində Hərəkatın fəallığının artması ilə üst-üstə düşmüşdü.

İllərlə davam edən müharibədən sonra cənublu separatçılar İrandan daha yaxşı bir “regional qəyyum” tapdılar; bu qəyyum sonradan “Cənub Qəziyyəsi” kimi tanınan ideyanı formalaşdırmağa, onları silah və hərbi təlimlə dəstəkləməyə tərəddüd etmədi. Bu da onlara cənubun bəzi vilayətlərində koalisiyanın qanuniliyi dəstəkləmək və Yəmən dövlətini bərpa etmək səylərinə zidd olan faktiki vəziyyət tətbiq etməyə imkan verdi.

Doğrudur, İran bu mərhələdə baş verənlərə birbaşa yaxın deyildi, lakin şübhəsiz ki, bundan məmnun idi. Çünki bu, onun müttəfiqi olan Husilərin gündəliyinə xidmət edir və ona zidd gəlmirdi. Əksinə, şimalı cənubdan ayırmaq missiyasını asanlaşdırırdı ki, bu da hər iki tərəfin birgə məqsədi idi.

Husilərə qarşı döyüşməkdən çəkinən cənublu separatçılar və qanunilik təsisatlarını və dövlətin bərpası səylərini zəiflətməkdə maraqları üst-üstə düşənlər. İran üçün mərhələli şəkildə vacib görünən şey Sənanın Bağdad, Dəməşq və Beyrutdan sonra onlara sadiq və müttəfiq olan “dördüncü ərəb paytaxtı”na çevrilməsi idi.

Husi və separatçı tərəflər arasında qarşılıqlı xidmət hətta razılaşma olmadan da aydın görünürdü. Hər iki tərəfin gündəlik əməliyyatları digər tərəfə aydın və qeyri-ixtiyari şəkildə xidmət edirdi. Hər iki tərəfin yekun məqsədi eyni idi: Yəmən dövlətinin bərpasının qarşısını almaq və ayrılma reallığını güc yolu ilə tətbiq etmək.

Qətiyyətlə demək olar ki, İran siyasi baxımdan bölünmüş Yəmən torpağına ilk zəhərli toxumu səpməsəydi, baş verənlərin heç biri yaşanmazdı. Tehran və onun “Inqilab Keşikçiləri” tərəfindən dəstəklənən (İmamçı) Husilər Yəmənin “dövlət birliyi” ideyasını dağıtmağa çalışdılar, onun əsaslarını, prinsiplərini və irsini məhv etdilər. Bunun müqabilində İran Xamenei, Qasım Süleymani və Həsən Nəsrullahın şəkilləri “dördüncü ərəb paytaxtı”nda qaldırıldığı müddətdə onları sülaləvi-məzhəbi layihələrindən əl çəkməyə təşviq etməkdən dəfələrlə boyun qaçırdı. Cənublu separatçılar isə ötən dekabr ayında onlara bağlı “silahlı qəbilə milisləri”nin Yəmənin cənub-şərqindəki Hədrəmut və Əl-Məhrə vilayətlərini ələ keçirmək cəhdi və bunu təkcə bu iki vilayətdə deyil, bütün cənubda əksəriyyətin iradəsinə zidd olaraq tətbiq etmək uğursuz cəhdi zamanı etdikləri kimi, güc tətbiq etməklə “torpaq birliyini” sarsıtmaqda təəccüblü bir israr nümayiş etdirdilər.

Münasibətlərin mənşəyi və kökləri

İnternet şəbəkəsində Yəməndə “Cənub Hərəkatı” kimi tanınan strukturların rəhbərləri ilə İran, “Hizbullah” və şimaldakı Husi qruplaşması arasında başlanğıcdan indiyədək olan əlaqə və təmasların gedişatını sənədləşdirən onlarla tədqiqat, araşdırma, xəbər, hesabat, televiziya müsahibələri və video çarxlar mövcuddur.

Buna ən son nümunə, “Əl-Thawra Net”  saytının Husi versiyasında “Sülh və Şəriklik Sazişinə imza atan, Milli Dialoq Konfransında iştirak edən Cənub Hərəkatının Baş Katibliyi“nə istinadən yaydığı bəyanatdır. Bəyanatda İran İslam Respublikası və “Cihad və Müqavimət Oxu” Seyid Müctəba Xameneinin “Ali Rəhbər” seçilməsi münasibətilə təbrik edilir, bu seçimin “şəhid liderlərin yolu ilə müqavimət və cihad xəttinin davamı olduğu, Fələstin xalqına və müqavimətə dəstək yürüşünü gücləndirdiyi” vurğulanır və Müctəba Xameneinin seçilməsi “ümmatın düşmənlərinə ağır zərbə” kimi qiymətləndirilir.

Yaxın Şərqdə yeni “Böyük Qardaş” – Səudiyyə

Bu xüsusda qeyd edilməlidir ki, Hərəkatın bir sıra fəalları və tərəfdarları hələ də Sənada, dünyada İrandan başqa heç kim tərəfindən tanınmayan qeyri-qanuni Husi hökumətlərinin qonağı kimi yaşayırlar. Husilər keçmiş baş nazir Əbdüləziz bin Həbtur və onun xələfi, 28 avqust 2025-ci il tarixində İsrail tərəfindən bir neçə naziri ilə birlikdə qətlə yetirilən Əhməd əl-Rəhavi kimi cənubluları “suveren” vəzifələrə cəlb etməyə çalışırlar ki, Yəmənin cənub bölgələrini öz hakimiyyətlərində təmsil etdikləri illüziyasını yaratsınlar. Lakin onlar reallıqda Hərəkatı təmsil etmirlər, yalnız özlərini təmsil edir və qanuni hökumətə və Husi milislərinə qarşı olan düşərgədəki digər qüvvələrə müxalifətlərini ifadə edirlər.

İnkarlar və təsdiqlər

Cənub Hərəkatının lideri və “Sosialist Partiya” fraksiyasının rəhbəri Aydarus ən-Nəqib Cənub Hərəkatından yaranmış Cənub Keçid Şurası ilə İran və Livan “Hizbullah”ı arasında hazırda təmasların olmasını təkzib etsə də, Tehran və Beyrutun Cənub Ətrafı ilə “fərdlər” səviyyəsində əvvəllər və bəlkə də hazırda təmasların olduğunu etiraf etmişdir.

İlkin təmaslar Cənub Hərəkatının lideri Əbdülfəttah Cəmacəmlə başlamışdı. O, illər əvvəl ərəb xəbər saytlarının birinə verdiyi müsahibədə 2011-ci ilin iyulunda son həbsindən azad olunduqdan bir neçə həftə sonra İranı ziyarət etdiyini açıqlamışdı. Ziyarət inqilabları dəstəkləməklə tanınan dost ölkədən (İranı nəzərdə tutur) təyin olunmuş Yəmənli vasitəçi tərəfindən təşkil edilmişdi.

Cəmacəm Hərəkatdakı yoldaşları ilə əldə olunan razılaşmanın təfərrüatlarını bölüşmüşdü: “İrana səfərimin məqsədi iranlıların ne istədiklərini öyrənmək, sonra qayıdıb bunu elan edərək qonşu dövlətlərə, xüsusən Səudiyyə Ərəbistanına çatdırmaq idi ki, əgər cənubun ayrılma tələbini dəstəkləməsələr, cənub onlar üçün təhlükəyə çevriləcək“.

Cəmacəm əlavə edir ki, o, Cənub Hərəkatının səkkiz fəalı (onlardan dördü qadın) ilə birlikdə Ədəndən Sənaya, növbəti gün isə Suriyaya gedərək Dəməşqdəki İran səfirliyinin məsulları ilə görüşüblər.

“Görüşün səhəri günü İran səfirliyi tərəfindən bir nəfər gəlib daha əvvəl Dəməşqə çatmış digər yəmənli qrupla birlikdə İrana səfərə hazırlaşmağımızı istədi. Dəməşqi pasportsuz və vizasız, yalnız səfirlik tərəfindən verilmiş xüsusi vəsiqələrlə tərk etdik. Yanımızda kəşfiyyatdan olduğu görünən iranlı məsul şəxs var idi, bütün prosedurları o həyata keçirdivə təyyarədə bizdən başqa heç kim yox idi“.-deyə Cəmacəm bildirib.

Lakin Cənub Hərəkatı liderinin bildirdiyi ən mühüm məqam odur ki, onun yoldaşları ilə təklikdə görüşməyi üstün tutan iranlılar “azadlıq və müstəqillik tələblərini həyata keçirmək üçün onlara pul və silahla dəstək verməyə razı olduqlarını, lakin bu dəstəyə Yəməndəki şiə Husi qruplaşmasının lideri Əbdülməlik əl-Husinin nəzarət etməsini şərt qoyduqlarını” bildiriblər. Hərəkat fəalları isə vasiyyət tələsinə düşməmək üçün bundan imtina ediblər.

O izah edib ki, iranlılar “onların dövlətlərini bərpa etməyimizi dəstəkləmək istəmirlər, cənubda öz nəzarətlərini bərqərar etmək istəyirlər. Çünki onların gözləntilərinə görə, şimaldakı müttəfiqləri Husi qruplaşmasının nüfuzu Livan ‘Hizbullah’ı kimi genişlənəcəkdir”.

Öz tərəfindən Saleh əl-Beyzani 2014-cü ildə “Al-Arab” qəzetində dərc olunan məqaləsində bildirişdir ki, Livan “Hizbullah”ının xarici media məsulu (Nasser Akhdar) ilk dəfə olaraq Cənubun keçmiş prezidenti Əli Salim əl-Beyzin xüsusi nümayəndəsini ofisində qəbul edib. Müzakirələr əsasən “Partiyanın Cənub Hərəkatının siyasi və xüsusilə media tələblərini necə dəstəkləyə biləcəyi” ətrafında gedib.

Əl-Beyzaninin sözlərinə görə, əl-Beyz Körfəz ölkələrindən hər hansı diqqət görmədiyindən ümidsizliyə qapılmışdı. Körfəz ölkələri ayrılma seçimini müzakirə etməkdə maraqlı deyildilər, “hətta bəzi Körfəz ölkələri Prezident Əli Abdullah Salehin şikayətlərindən sonra Cənub Hərəkatına pul axınının qarşısını almaq üçün təhlükəsizlik kampaniyaları aparmışdılar“. Bu barədə hazırda Yəmənin Ər-Riyaddakı səfirliyində media attaşesi vəzifəsini tutan əl-Beyzani bildirir.

Gəlin bir az obyektiv olaq. Təbii ki, İranın bir dövlət kimi öz təhlükəsizliyinə və mənafelərinə xidmət etmək üçün “xarici ittifaqlar” qurmaq hüququ var. Lakin o, bunu dövlətlərlə deyil, İraq, Suriya, Livan və Yəmən kimi bəzi dövlətlərin daxilindəki qiyamçı fraksiyalar və milislərlə etdi. Bu qrupların əlaqəsi İran hökuməti və onun təsisatları ilə değil, “İnqilab Keşikçiləri“, “Bəsic” təhlükəsizlik qüvvələri və hərbi kəşfiyyat kimi Tehranın hakimiyyət sisteminə paralel və ondan daha geniş nüfuza malik hərbi, təhlükəsizlik və kəşfiyyat strukturları ilə idi.

Yəmən nümunəsində bu paralel dövlət Husilərdən ərəb regionunun cənub cinağında bir xəncər və Qırmızı dənizin cənubunda beynəlxalq sülh və təhlükəsizliyi sarsıdan bir alət kimi təhlükəli istifadə etdi. Rəsmi İran 350 mindən çox yəmənlinin ölümünə, yüz minlərlə insanın yaralanmasına, 5 milyondan çox vətəndaşın didərgin düşməsinə səbəb olan müharibəni alovlandıran bu milislərin davranışına əhəmiyyət vermədi. Hər dəfə Husilərin davranışını cilovlamaqda kömək istənildikdə, soruşanlara “əgər Husilərə təsirimiz olduğunu düşünürsünüzsə, yanlış qapını döyürsünüz” cavabını verdilər.

İkincisi, əgər İran ABŞ və İsraili İslamın və müsəlmanların en böyük düşməni hesab edirsə və Təl-Əvivlə bəzi ərəb Körfəz paytaxtları arasındakı İbrahimi razılaşmalarını pisləyirdisə; nə üçün “Keçid Şurası”nın sədri Aydarus əz-Zübeydinin “Cənub dövləti” bərpa olunduqdan sonra İsrail ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan etməsinə qarşı İranın etiraz səsini heç kim eşitmədi?

Bu sözlərdə İranı şeytanlaşdırmaq niyyəti yoxdur; çünki heç kimin İranın imicini korlamağa və ona qarşı ədavəti qızışdırmağa, onun öz rejiminin 47 il ərzində qonşu ərəb dövlətlərinin və daha uzaq ölkələrin təhlükəsizliyinə və suverenliyinə qarşı etdiyi təxribatlardan daha çox ehtiyacı yoxdur.

Əgər coğrafi baxımdan ondan uzaq olan Yəməni son otuz il ərzində ona qarşı gizli və aşkar bəslənən ədavətin bir nümunəsi kimi götürsək, bu rejimin başqalarından əvvəl özü ilə nə qədər böyük problemi olduğu aydın olar. Onların yeganə nailiyyəti qonşuları, dindaşları və tərəfdaşları ilə ədavət sənətini ustadcasına icra etmək və dünya üzrə bir çoxlarını özünə düşmən etmək olmuşdur.

Tehrandakı hakimiyyət rejimi erkən vaxtlardan etibarən ərəb qonşuluğunda və ya daha uzaq ölkələrdə dini, məzhəbi, siyasi və ya iqtisadi müxtəlif vasitə və məqsədlərlə özünə dayaqlat yaratmağa çalışmışdır.

Qalibaf İranın Qorbaçovu olacaq?

Tehran bu cəhdlərinə Xomeyninin rəhbərliyi ilə baş verən inqilabın və “İslam” Respublikasının qurulmasının gətirdiyi coşğudan istifadə edərək şiəliyi yaymaqla başladı, daha sonra siyasi və hərbi nüfuz əldə etməyə keçdi. Bu nüfuzdan öz qollarının olduğu ölkələri hədəf almaq, daha sonra qonşularına təcavüz etmək, İsrailə və dənizlərdəki, boğazlardakı beynəlxalq mənafelərə hücum etmək üçün istifadə etdi.

Qarşınızda xəndəkdə tüfənglə duran, sizi tanıyan, sizin də tanıdığınız, aydın niyyət və məlum məqsədlə vuruşan düşməndən də betəri – yanınızda duran və kürəyinizi sığalladığını sandığınız, lakin zəhərli xəncərini uyğun məqamda vurmaq üçün hazır tutan “qardaşdır”. O, bundan sonra düşməninizə yaxınlaşmaqdan və sizin ətinizi onunla bölüşməkdən çəkinməz.

Bu təsvir İsrail işğalına tam uyğun gəldiyi kimi, böyük dərəcədə, aldadıcı ideologiyasına və yalançı şüarlarına bəzi ərəb qonşularının alandığı “İran qardaşı”nın bütün tarixi boyunca nümayiş etdirdiyi mövqeyə də uyğundur.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

MisirŞimali AfrikaTəhlil

Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

Müəllif:
ArabAZ News
LivanTəhlil

Aun və Hizbullah arasında “müzakirə” savaşı

Müəllif:
ArabAZ News
İranTəhlil

Ağ Ev İrana qarşı iqtisadi silahı işə salıb

Müəllif:
mail.azerpress@gmail.com
İranİraqLivanRedaktorun seçimiSuriyaTəhlilYaxın Şərq

Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.