Bakı, ArabAZ

Şimali İraqda PKK terrorçularına məxsus çoxlu sayda silah və texnika ələ keçirilib.

ArabAZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada, əməliyyat bölgəsində aparılan axtarış və yoxlama tədbirləri zamanı terrorçulara aid çoxlu sayda silah və materialın ələ keçirildiyi bildirilib.


“1 ədəd Zaqros snayper tüfəngi, 1 ədəd M4-A1 piyada tüfəngi, 4 ədəd mobil ehtiyat AK-47 piyada tüfəngi, 2 ədəd gövdəli PKMS pulemyotu və 2 ədəd lüləsi, 1 ədəd T-40 qumbaraatan anbarı və tətik qurğusu, 1 ədəd M-16 piyada tüfəngi lüləsi, 1 ədəd durbin, 2 ədəd termal silah dürbünü, 2 ədəd LİMÖS durbini, 4 ədəd Yaesu əl radiosu, 2 avtomobil radiosu, 1 level box (simsiz qoşulma cihazı), 1 kamera ekranı, 1 qulaqlıq, 2 planşet, 1 radio, 3 aksiya kamerası, 3 Kindles, 1 fləş yaddaş, 1 qol saatı, müxtəlif təşkilati sənədlər.” – deyə paylaşımda ələ keçirilən materiallar qeyd edilib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version