Çərşənbə, 29 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Təhlil » İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

İyul 29, 2026 6:58 axşam
Paylaş
Paylaş

İsraildə 27 oktyabr tarixində ümumi parlament seçkiləri təşkil olunacaq. “Reuters” agentliyinin məlumatına görə, bu, “HƏMAS” qruplaşmasının 7 oktyabr 2023-cü il tarixində həyata keçirdiyi, ölkə daxilində dərin sarsıntı yaradan və İsrailin Qəzzə, Livan və İranla hərbi münaqişələrə cəlb olunması ilə Yaxın Şərqi gərginlik fəzaına sürüyən hücumundan sonra keçirilən ilk seçki olacaq.

note icon

Ən çox oxunan

  • Qətərin dəniz nəqliyyatı sektorunda 28 faizlik artım
  • Bu gün ABŞ İraqın işğalına başladı, buna iran da dəstək oldu
  • Bağdad ABŞ və İran arasında vasitəçiliyə hazırdır -XİN
  • Salman Rüşdi məhkəmədə ifadə verib

Rəy sorğularının nəticələri Baş nazir Binyamin Netanyahunun aydın bir yenilgiyə uğrayacağını göstərsə də, İsraildəki çoxqütblü siyasi sistem çərçivəsində seçkilər kifayət qədər mürəkkəb keçə bilər. Çünki bu sistemdə hər bir tərəf həlledici rol oynayaraq “şah yaradan” (koalisiyanın taleyini həll edən) qüvvəyə çevrilmək imkanına malikdir.

İsrail seçkiləri-ABŞ-nin dəyişən və Netanyahunun gələcəyi

Rəy sorğuları nəyi göstərir?

Bir-birinin ardınca keçirilən rəy sorğuları Netanyahunun seçkilərdə məğlubiyyətə doğru getdiyini üzə çıxarır. 7 oktyabr hücumları onun “təhlükəsizliyin təminatçısı” imicinə ciddi zərbə vurub. İctimaiyyət “HƏMAS“, “Hizbullah” və İrana qarşı aparılan hərbi əməliyyatları böyük ölçüdə dəstəkləsə də, sorğular Netanyahunun liderliyinə olan inamın kəskin şəkildə azaldığını göstərir. Eyni zamanda, hökumətin din və dövlət işləri ilə bağlı yürütdüyü siyasət də bir çox İsrail vətəndaşı tərəfindən narazılıqla qarşılanır.

Bununla belə, İsrailin ən uzunmüddətli baş naziri olan Netanyahu siyasət səhnəsində qalmaqda böyük təcrübəyə malikdir. Hazırkı sorğular onun rəqiblərinin də hakimiyyətə gəlişi üçün tam aydın və zəmanətli bir yolun olmadığını göstərir.

Netanyahunun əsas rəqibləri kimlərdir?

Keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot: Oğlunu Qəzzədəki döyüşlərdə itirən Eyzenkot rəy sorğularında yüksəliş nümayiş etdirir. Ənənəvi siyasi dairələrdən kənar bir şəxs, hərbçi və təhlükəsizlik tərəfdarı imici formalaşdıran Eyzenkotun sadə mənşəyi və ailəsinin verdiyi qurbanlar, Netanyahunun onilliklər boyu hakimiyyətdə qalması və onu təqib edən korrupsiya qalmaqalları ilə kəskin təzad təşkil edir.

Keçmiş baş nazirlər Naftali Bennet və Yair Lapid: Siyasi spektrenin əks qütblərində yer almalarına baxmayaraq, onların qurduğu alyans 2021-ci il seçkilərində Netanyahunu hakimiyyətdən uzaqlaşdıra bilmişdi. Onlar liberal və mühafizəkar partiyaları, həmçinin İsrail tarixində ilk dəfə olaraq bir ərəb partiyasını əhatə edən rəngarəng bir hökumət formalaşdırmışdılar. Həmin hökumət 18 ay fəaliyyət göstərmişdi.

Keçmiş müdafiə naziri Avioqdor Liberman: Bir vaxtlar Netanyahunun köməkçisi və müttəfiqi olmuş Liberman, hətta keçmiş rəhbərindən də daha sərt mövqeyi ilə seçilir. Baş naziri fələstinli döyüşçülərə qarşı həddindən artıq yumşaq mövqe tutmaqda günahlandıraraq 2018-ci ildə Netanyahu hökumətindən istefa verən Liberman, o vaxtdan bəri onun ən amansız tənqidçilərindən birinə çevrilib.

İsraildə seçkilər necə keçirilir?

İsraildə parlament seçkiləri keçirilir. Nəzəri olaraq 120 yerlik parlamentə (Knesset) seçkilər hər dörd ildən bir baş tutmalıdır. Lakin reallıqda Knesset çağırışlarının çox az hissəsi öz tam səlahiyyət müddətini başa vura bilib.

İsrail 2019-cu ildən 2022-ci ilə qədər hökumətlərin tez-tez dəyişməsi və ardıcıl seçkilər böhranı ilə üzləşib. 2022-ci ildə Netanyahu parlamentdə möhkəm əksəriyyət əldə edərək İsrail tarixinin ən sağçı hökumətinin başında yenidən hakimiyyətə gəlib. Növbəti seçkilər Knessetin öz səlahiyyət müddətini tam başa vurduğu nadir hallardan biri olacaq.

Nə üçün koalisiya hökumətləri qurulur?

Knessetdəki yerlər 3,25 faizlik seçki həddini (bu, 4 yerə bərabərdir) keçən milli partiya siyahıları arasında mütənasib təmsilçilik sistemi üzrə bölüşdürülür.

İsraildə indiyədək heç bir partiya mütləq əksəriyyət qazanmadığı üçün hökumətlər həmişə partiyaların koalisiyası nəticəsində formalaşır. Fikir ayrılıqları yaranan zaman isə bu koalisiyalar sürətlə süqut edə bilir.

Bu vəziyyət kiçik partiyalara baş nazirin kim olacağı və nə qədər müddət hakimiyyətdə qalacağı məsələsində böyük nüfuz və təsir imkanı verir. Baş nazirlər hökumətin ömrünü uzatmaq üçün tez-tez müxtəlif dini və ya icma qruplarının tələblərini yerinə yetirmək məcburiyyətində qalırlar.

Netanyahu siyasi varlığını qorumaq üçün ultramühafizəkar yəhudi partiyalarına arxalanıb. Bu partiyaların öz icmaları üçün icbari hərbi xidmətdən tam azad olunma tələbləri, xüsusilə müharibə dövründə İsraildə ən kəskin müzakirə mövzularından birinə çevrilib.

Həmçinin oxuyun

Səudiyyəli döyüşçü İsar rinqə qayıdır
Bağdadda silahların yığılması prosesi başladı
Müctəba and içib – Qisas alacaq

Əsas partiyalar hansılardır?

Partiyaların namizəd siyahılarını təqdim etməsi üçün son müddət sentyabr ayıdır. Bu o deməkdir ki, siyasi mənzərə hələ dəyişə bilər; digər partiyaların yarışa qoşulacağı, birləşəcəyi və ya hətta geri çəkiləcəyi gözlənilir.

Netanyahunun koalisiyası mənsub olduğu sağçı “Likud” partiyasından, Maliyyə naziri Betsaləl Smotriçin rəhbərlik etdiyi məskunlaşma tərəfdarı “Dini Siyonizm” partiyasından və Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi ultra-sağçı “Yəhudi Gücü” partiyasından ibarətdir.

Ultra-mühafizəkar “Birləşmiş Tövrat Yəhudiliyi” və “Şas” partiyaları 2024-cü ildə hökumətdən çıxsalar da, onu kənardan dəstəkləməyə davam ediblər. Netanyahunu hakimiyyətdən kənarlaşdırmaq üçün isə Eyzenkotun rəhbərlik etdiyi “Yaşar” (İbranicə: “Dürüst” və ya “Doğru”) partiyası, Bennet və Lapidin rəhbərlik etdiyi “Birlikdə” alyansı, keçmiş SSRİ-dən olan mühacirlərin dəstəklədiyi Libermanın “İsrail Evimizdir” partiyası, əhalinin 20 faizini təşkil edən ərəb azlığını təmsil edən dörd partiya — Sülh və Bərabərlik uğrunda Demokratik Cəbhə (Hadaş), Dəyişiklik üçün Ərəb Hərəkatı (Taal), Milli Demokratik Birlik (Bələd) və Birləşmiş Ərəb Siyahısı (Raam) — və keçmiş general Yair Qolanın rəhbərlik etdiyi solçu “Demokratlar” partiyası mübarizə aparır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportRedaktorun seçimi

ONE Championship və Visit Qatar tərəfdaşlıq müqaviləsini yeniləyib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiTəhlil

İspaniya Avropanın şərəfini xilas etdi- Fələstinə sahib çıxdı

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə qlobal turizm artımında birinci sıraya yüksəlib

Müəllif:
Rufiz Hafizoglu
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə investisiya cəlbediciliyinə görə dünyada 13-cü yerə qalxıb

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.