İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən yayımlanan “Turizm Meyilləri və Siyasətləri 2026” adlı hesabatda Səudiyyə Ərəbistanının turizm sahəsində əldə etdiyi sürətli inkişaf və beynəlxalq arenada möhkəmlənən mövqeyi əks olunub. Sənədə əsasən, Krallıq dünyada en sürətlə böyüyən turizm mərkəzlərindən biri kimi öz varlığını təsdiqləyib.
Taif Səudiyyədə turizmində liderliyini qoruyub saxlayır
- Səudiyyə qlobal turizm artımında birinci sıraya yüksəlib
- Sanksiya və hərbi güc yetərsizdir-vahid dəniz alyansı lazımdır
- Qətərin dəniz nəqliyyatı sektorunda 28 faizlik artım
ArabAZ xəbər verir ki, hesabatda vurğulanır ki, İƏİT-ə üzv və tərəfdaş ölkələrlə müqayisədə Səudiyyə Ərəbistanı 2019–2025-ci illər arasında ölkəyə gələn xarici turistlərin sayının artım tempinə görə 67 faizlik göstərici ilə ən yüksək nəticəyə imza atıb. Bu göstərici ölkədə turizm sektorunun inkişafı və qlobal rəqabətədavamlılığın artırılması istiqamətində görülən işlərin uğurunu göstərir.
Göstəricilərə görə, xaricdən gələn turistlərin sayı 2019-cu ildəki 17.5 milyon nəfərdən 2025-ci ildə 29.3 milyon nəfərə çataraq təxminən 11.7 milyon nəfər artıb. Bu nəticə koronavirus pandemiyasından əvvəlki səviyyəni geridə qoymaqla yanaşı, sahənin bərpa olunma sürətinin bir çox qlobal bazarları üstələdiyini sübut edir.
Ən çox oxunan
Eyni zamanda xarici turistlərin iqtisadiyyata töhfəsi də nəzərəçarpacaq dərəcədə artıb. 2025-ci ildə xarici qonaqların ümumi xərcləri əvvəlki illə müqayisədə 5 faiz artaraq 176.6 milyard Səudiyyə riyalına çatıb ki, bu da gəlir mənbələrinin şaxələndirilməsində böyük rol oynayır.
Daxili turizm bazarı da sahənin davamlılığında əsas dayaq rolunu oynamağa davam edir. 2025-ci ildə daxili turistlərin sayı 8 faiz artaraq 93.3 milyon nəfərə, onların xərcləri isə 10 faiz artaraq 127.1 milyard Səudiyyə riyalına (təxminən 33.91 milyard ABŞ dolları) yüksəlib.
2026-cı ilin ilkin qiymətləndirmələrinə əsasən, turizmin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 5.2 faizə çatıb. Sektorda birbaşa çalışanların sayı 1 milyonu ötüb, qadınların məşğulluqdakı payı isə 47 faiz təşkil edib.


