Beyrut,ArabAZ

Yapon simsiz rabitə avadanlığı istehsalçısı Icom, şirkətin Livanda baş verən partlayışlarla əlaqəli bir məhsul göndərib-göndərmədiyini təsdiq edə bilməyəcəyini söyləyib. ArabAZ xəbər verir ki, şirkət açıqlamasında bildirib ki, təxminən 10 il əvvəl satışı dayandırılan cihazın işləməsi üçün lazım olan batareyalar da dayandırılıb.

“Xaricə ixrac etdiyi məhsullar Yaponiya hökuməti tərəfindən müəyyən edilmiş ciddi tənzimləmə prosesinə tabedir. Şirkət bu gün Livanda öz loqosunu daşıyan simsiz rabitə cihazlarının partlaması ilə bağlı xəbərlərlə bağlı faktları araşdırdırır”-deyə çirkətdən bildirilib.

Qeyd edək ki, Hizbullah silahlı qruplaşmasının istifadə etdiyi portativ simsiz rabitə cihazları dünən, çərşənbə günü Livanın cənubunda qrupa aid (peyjer) kimi tanınan simsiz rabitə cihazlarında oxşar şəkildə partlayıb.
Partlayan rabitə cihazlarının şəkillərində “Icom” və “Made in Japan” sözləri yazılmış daxili panel əks olunub.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version