LONDON,ArabAZ

Yaxın Şərqin tarixi bizə bu regionun inkişaf layihələri və strateji iqtisadi tərəfdaşlıqlar vasitəsilə regional əlaqələrinin strukturunu dəyişdirməyin çətin olduğunu deyir. Bu gün dünyada hakim fikir isə, odur ki, Yaxın Şərq regional nizamında müharibələr istisna olmaqla, heç bir dəyişiklik olmamalıdır. Müharibə Yaxın Şərqdə bir sindromdur ki, bölgədəki bəzi ölkələr onu tərk etməkdən və ya sağalmaqdan imtina edirlər.

Problem yəqin ki, Birinci Dünya Müharibəsindən və Osmanlı İmperiyasının dağılmasından sonra formalaşan Yaxın Şərqin xəritələşdirilməsi ilə başlayıb.
Bu başlanğıc region ölkələri üçün lənətə çevrildi. Tarixə nəzər salmadan, Səddamın Küveyti işğalından və İkinci Körfəz Müharibəsinin başlamasından sonra Yaxın Şərqdə baş verən dəyişiklik anında dayana bilərik.
Region güc balansında dəyişiklik və beynəlxalq güclərin təsiri uğrunda mübarizə ilə üz-üzə idi. Amerikanın İraqı işğalı və Səddam Hüseyn rejiminin dəyişməsi ilə bölgə dəyişdi və təsir mübarizəsi regional və beynəlxalq güclər arasında iç-içə oldu. Aydın idi ki, onlar arasında rəqabət ideoloji layihələrin tətbiqi və regionun kövrək ölkələrinə təsir etmək cəhdləridir. Görünür, 2023-cü il oktyabrın 7-dən və İsrailin Fələstindəki Qəzza zolağına və Livanın cənubundakı Hizbullaha qarşı müharibəsindən sonra baş verənlər yeni Yaxın Şərqin xüsusiyyətlərini formalaşdırmaq məqsədi daşıyır.

Peres və Netanyahu arasında

Görünən odur ki, yeni Yaxın Şərqin xəritələri qanla cızılır, çünki Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürüldüyünü elan edəndən sonra İsrailin baş naziri Binyamin Netanyahu “İsrail Hizbullah liderlərinə qarşı sui-qəsd etmək üçün sistemli plana əməl edir. Məqsəd Yaxın Şərqdəki strateji reallığı dəyişməkdir”-dedi.

Buna görə də İsrailin başçılıq etdiyi müharibə Qəzza zolağında HƏMAS hərəkatını aradan qaldırmaqla və ya Hizbullahın şimaldakı yaşayış məntəqələri üçün təhlükəsini zəiflətməklə bitmir. Əksinə, onun əsas məqsədi qüvvələr balansını və çəkindirmə strategiyasını yenidən qurmaqdır. Bu da Netanyahunun tətbiq etdiyi vizyonla yeni Yaxın Şərqin formalaşması deməkdir.

Əgər sui-qəsd nəzəriyyəsini istisna etsək, Netanyahunun ağlına da gəlməzdi ki, İsrail daxilində populyarlığı azaldıqdan və hökumətinin taleyi dağılmağa yaxın olduöu anda HƏMAS-ın hücüm ilə o xilas olacaq.

Müharibə onu işdən çıxarılmaqla təhdid edilən baş nazirdən müharibə hökumətinin başçısına v yeni bir Yaxın Şərqi yenidən formalaşdırmaq istəyən “liderə” çevirdi.

Netanyahunun formalaşdırmaq istədiyi Yaxın Şərq güc prinsipinə və İsrailin bölgədə hərbi, təhlükəsizlik və informasiya baxımından ən güclü dövlət kimi qəbul edilməsinə əsaslanır.
Bu baxış ABŞ və Avropa ölkələrinin axtardıqları, İsrailin təhlükəsizliyinə nail olmağın yolunun ərəb ölkələri ilə normallaşma layihəsinin davam etdirilməsindən keçdiyinə dair ənənəvi baxışın əksini təşkil edir.
Dünya prezident Trampın administrasiyası dövründə əhəmiyyətli irəliləyişlərin şahidi oldu. Normallaşmanın İsrailin siyasi tanınmasından onunla iqtisadi tərəfdaşlığa keçməsi planlaşdırılan strateji iqtisadi layihələr var idi.
Amma “Əqsa tufanı” bölgəni bu layihələrdən açıq döyüş meydanına çevirdi.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version